''Qalatasaray'' Edersona istədiyi maaşı verməyə razı olsa da...

29.07.2025 11:55 15
Dünya futbolu
''Qalatasaray''ın Fernando Musleradan sonra qapını kimə həvalə edəcəyi maraqla gözlənilir.

Uzun müddətdi, bir çox qapıçıların adları Türkiyə çempionu ilə yanaşı hallansa da, hələlik bu mövzuda irəliləyiş yoxdu. İstanbul nəhəngi menecerlər vasitəsilə yenidən ''Mançester Siti''nin ünlü qapıçısı Edersona yönələrək onun transfer şərtləri ilə maraqlanıblar.

İddialara görə braziliyalı qapıçı maaş tələbi qarşılanacağı təqdirdə Türkiyəyə gəlməyə razıdı. O, illik 6,5 milyon avro tələb edir və ''Qalatasaray'' bu məbləği ödəməyə hazırdı. Amma əsas problem təzminat məsələsidi. ''Cim-Bom'' ''Siti''yə 10 milyon avrodan artıq ödəmək istəmir. ''Şəhərlilər'' isə çətin ki, bu məbləğə razı olsun.

Ötən yay ''Siti'' bu qapıçını ''Əl-Nəssr''ə 30 milyon avroya satmaqdan imtina etmişdi. Ancaq əsas prinsipial məqam odu ki, Ederson artıq müqaviləsinin sonuncu ilinə qədəm qoyur. Yəni onun ''Siti'' ilə anlaşmasının müddəti gələn yay başa çatacaq. Belə anlarda isə adətən klublar astronomik məbləğlər tələb etmir. 31 yaşlı ''sambaçı''nın indiki transfer dəyəri təxminən 20 milyon avrodu.

Premyer-liqa tarixində ən çox (7) məhsuldar ötürmə verən qapıçı statusunda olan Ederson ''Siti'' karyerasında 372 rəsmi oyuna çıxıb. O, bu matçlarda 368 top buraxıb və 168 oyunda qapısını toxunulmaz saxlayıb

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul