Məhəmmədəli də bürünc medal qazandı

5.07.2025 16:38 16
İdman
Daha bir boksçumuz Qazaxıstanın paytaxtı Astanada keçirilən boks üzrə dünya kubokunda bürünc medal qazanıb.

"Football-plus.az" xəbər verir ki, Məhəmmədəli Qasımzadə (60 kq) braziliyalı Luis Qabriel du Nasimentoya uduzub. Bununla da o, bürünc medalla kifayətlənib.

Daha əvvəl Sübhan Mamedov (50 kq) yarışda bürünc medal əldə etmişdi.