Vadim Abdullayev “Karvan”ı seçdi

5.07.2025 14:53 59
Aktual / Ölkə futbolu
"Araz-Naxçıvan "dan ayrılan Vadim Abdullayev "Karvan"la anlaşıb. Bu barədə futbolçu "Futbol+"ə açıqlama verib.

Əslində Vadimlə iyunun 18-də əlaqə saxlayanda heç bir təklifi yox idi, təklifləri gözlədiyini demişdi. 30 yaşlı müdafiəçinin açıqlamasını təqdim edirik:
“Bir çox klubdan təklif gəlmişdi - həm xarici, həm də yerli. Sonda "Karvan"la anlaşdım. Ən yaxşı təklifi onlar etdi. Digər klublar gözləməyimi istəyirdi, mən isə vaxt itirmək istəmədim. Konkret olan yeganə klub Yevlax təmsilçisi idi, mən də razılaşdım. Azarkeş amili də bu komandanı seçməyimə təkan verdi. Baş məşqçi məsələsinin həll olunmaması məni narahat etmir. Komandada hər kəsin öz işi var. Mən də futbolçuyam. Öz işimi görəcəm - futbolumu oynayacam”.
Xatırladaq ki, "Bakı"nın yetirməsi olan dayaq yarımmüdifəçisi "Simurq", "Qəbələ", "Sumqayıt", "Sabah" kimi klublarda oynayıb. 2022/2023 mövsümündə Azər Bağırovun yenidən kəşf etdiyi futbolçu iki mövsüm idi "Araz-Naxçıvan"ın şərəfini qoruyurdu.

MÜZƏFFƏR QULUZADƏ

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul