Cüdoçularımız Avropa çempionu oldu

26.06.2025 19:51 180
İdman
Bu gün Şimali Makedoniyanın paytaxtı Skopyedə cüdo üzrə yeniyetmələr arasında Avropa çempionatı start götürüb.

"Football-plus.az" xəbər verir ki, ilk yarış günündə 6 çəki dərəcəsində 9 cüdoçumuz tatamiyə çıxıb.

50 kq çəki dərəcəsində yarışan Anar Quliyev fəxri kürsünün ən yüksək pilləsində yer alıb. O, finalda almaniyalı Yulius Kitanqavaya ipponla qalib gəlib.