Pokatilov daha bir il "Sabah"da

26.06.2025 13:36 64
Ölkə futbolu
“Sabah” qapıçısı Stas Pokatilovla yeni müqavilə imzalayıb.

"Football-plus.az" xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Qazaxıstan millisinin üzvü ilə mövsümün sonunda başa çatan müqavilənin müddəti daha bir il uzadılıb. Stas 2025-ci ilin yanvar ayından “Sabah”da oynayır. O, son mövsümdə paytaxt təmsilçisinin heyətində ümumilikdə 19 matç keçirib.

Xatırladaq ki, "Sabah" bunadək Rəhman Daşdəmirovla müqaviləni uzadıb.