Yığmamızın güləşçisi Avropa çempionu oldu

11.06.2025 04:57 13
İdman
Şimali Makedoniyanın paytaxtı Skopyedə güləş üzrə U17 Avropa çempionatı davam edir.

"Football-plus.az" xəbər verir ki, ikinci yarış günündə yunan-Roma güləşi üzrə ilk medalçılar müəyyənləşib.

Qurban Məcnunov (48 kq) yunanıstanlı Nikolaos Zinisanı 4:1 hesabıyla məğlub edərək bürünc medal qazanıb.

Nicat Yeylaqaliyev (80 kq) isə isveçli Yens Abrahamssona tam üstünlüklə (10:0) qalib gələrək eyni uğuru təkrarlayıb.

Günün son qarşılaşmasında Rihad İbrahimli (110 kq) finalda bolqarıstanlı Denis Lazarovla üz-üzə gəlib. İlk hissəni minimal fərqlə öndə tamamlayan Sumqayıt güləş məktəbinin yetirməsi fasilədən sonra rəqibinə göz açmağa imkan verməyib. İbrahimli “tuş”la qələbə qazanaraq Avropa çempionu olub.

Beləliklə, millimiz qitə birinciliyinə 1 qızıl və 2 bürünc medalla start verib.

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul