Basketbolçu idi, boksçu oldu

9.06.2025 01:22 13
İdman
Milli Basketbol Assosiasiyasının (MBA) sabiq oyunçusu, 2013/14 mövsümündə Şimali Amerika liqasının ən yaxşı yeni oyunçusu Maykl Karter-Uilyams Nyu-Yorkda keçirilən "Broad Street Brawl" xeyriyyə tədbiri zamanı boks qaydalarına əsaslanan həvəskar döyüş keçirib.

"Football-plus.az" xəbər verir ki, 33 yaşlı məşhur basketbolçu üç raundlu qarşılaşmada hakimlərin yekdil qərarı ilə amerikalı Sem Xativə qalib gəlib.

Karyerasını 2023-cü ildə bitirən Karter-Uilyams MBA-da “Filadelfiya”, “Miluoki”, “Çikaqo”, “Şarlott”, “Hyuston” və “Orlando” klublarında çıxış edib.

Döyüşdən sonra idmançı bildirib ki, bu, rinqə ilk və sonuncu çıxışı deyil və yaxın zamanda növbəti döyüşünü də keçirəcək.