Muxtar Nəzərli ilə bağlı yeni qərar

4.06.2025 18:52 55
Ölkə futbolu
AFFA "Mingəçevir"in futbolçusu Muxtar Nəzərlinin danışılmış oyunlarda iştirakına görə ömürlük futboldan uzaqlaşdırılması ilə bağlı etdiyi apellyasiya şikayəti haqda yekun qərarını açıqlayıb.

"Football-plus.az" xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.

Məlumatda bildirilib ki, AFFA-nın Apellyasiya Arbitraj Tribunalı qərarı qüvvədə saxlayıb. 22 yaşlı yarımmüdafiəçi üçün futbola aid hər hansı bir məşğuliyyəti qadağan olunub.

Qeyd edək ki, Muxtar Nəzərli ötən ilin sentyabrından "Mingəçevir"in formasını geyinirdi.