Cüdoçularımız Avropa çempionatına qatılacaq

29.05.2025 18:53 2
İdman
Cüdoçularımız Latviyanın paytaxtı Riqada keçiriləcək kata üzrə Avropa çempionatında mübarizə aparacaq.

"Football-plus.az" xəbər verir ki, yarışda ölkəmiz 4 idmançı ilə təmsil olunacaq.

Cüdoçularımız “nage-no-kata” və “katame-no-kata” üzrə çıxış edəcəklər. Turnirdə 22 ölkədən 332 idmançı qüvvəsini sınayacaq.

Nage-no-katada İsmayıl Rzayev (tori, hücum edən), Samir İsmayılov (uke, hücum edilən), katame-no-katada Rafiq Nəcəfov (tori), Seymur Məcidli (uke) mübarizə aparacaq.

Qeyd edək ki, mayın 31-də start götürəcək yarış iyunun 1-də yekunlaşacaq.