"Bu komandanın kapitanı olmaq şərəf idi" - Mikels "Şamaxı"yla vidalaşdı

27.05.2025 11:04 27
Ölkə futbolu
"Şamaxı"nın kapitanı Leroy Mikels komandadan ayrılıb.

"Football-plus.az" xəbər verir ki, almaniyalı yarımmüdafiəçi bununla bağlı İnstaqram hesabında paylaşım edib. 30 yaşlı futbolçu komanda ilə vidalaşıb:

“Yaxşı mövsümü arxada buraxdıq. Biz gözlənilməzi etdik. Komanda yoldaşlarıma, məşqçilərə, azarkeşlərə təşəkkür edirəm. Bu komandanın kapitanı olmaq şərəf idi. Tezliklə görüşənədək”.

Qeyd edək ki, Mikels 2024-cü ilin yayından “Şamaxı”da çıxış edirdi. Onun müqaviləsi iyununa 30-na qədər idi. O, "Şamaxı"da ümumilikdə 24 oyuna 5 qol vurub, 4 qol ötürməsi edib.

Xatırladaq ki, Leroy Mikelsin qardaşı Coy-Lens Mikels "Sabah"da çıxış edir.

Əlavə edək ki, dünən "Şamaxı" futbolçusu Brahim Konate ilə də yolları ayırdığını açıqlayıb.