Lakin diqqəti çəkən məqam təkcə meydandakı nəticə yox, tribunaların vəziyyəti oldu. “Qəbələ”nin çempionluq mərasimində şəhər stadionuna cəmi 350 azarkeş toplaşmışdı, yəni 3500 yerlik stadionda tribunaların cəmi 10 faizi dolmuşdu.
Belə acı mənzərənin səbəbini “Red Black Army” azarkeş qrupunun rəhbəri Cavad Şəriflidən soruşduq:
“Təkrar qeyd edirəm ki, boş tribunalar yalnız bir neçə klubun yox, demək olar ki, bütün klubların, hətta millimizin də problemidi. Ona görə də bu məsələni həll etmək üçün təkcə klublar yox, ümumilikdə bütün futbol ictimaiyyəti birlikdə çalışmalıdı. Yalnız belədə azarkeşləri stadionlara cəlb etmək olar”.
ƏSƏD SEYİDOV






