"Danke, Mahir" - amma cəmi 46 dəqiqə oynadı

9.05.2025 23:24 23
Dünya futbolu
“Nürnberq” Mahir Emreliyə təşəkkür edib.

"Football-plus.az" xəbər verir ki, 2-ci bundesliqanın 33-cü turunda “Köln”ə qarşı ev matçından əvvəl həm həmyerlimizə, həm də mövsümün sonunda komandadan ayrılacaq başqa futbolçulara xatirə hədiyyəsi təqdim olunub.

Hədiyyələrdə futbolçuların çərçivəyə salınmış rəsmi həkk edilib. “Nürnberq” bununla bağlı şəkli sosial şəbəkə hesabında “Danke Mahir” (Təşəkkür edirik, Mahir) sözləri ilə paylaşıb.

"Danke, Mahir" - amma cəmi 46 dəqiqə oynadı


Bu arada, “Nürnberq” - “Köln” matçında qonaqlar 2:1 hesablı qələbə qazanıb. Start heyətində meydana çıxan Mahir 46-cı dəqiqədə əvəzlənib.