• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Azərlotereya”nın sponsorluğuyla voleybol komandası yaradıldı - FOTOLAR

İdman

30-04-2025, 12:0

“Azərlotereya” ASC Korporativ Sosial Məsuliyyət strategiyası çərçivəsində idmanın inkişafına növbəti dəfə töhfə verib. Şirkətin baş sponsorluğu ilə qadınlardan ibarət “DH Volley” adlı voleybol klubu yaradılıb.

"Football-plus.az" xəbər verir ki, “DH İdman” MMC-nin təsis etdiyi bu klub 2025/26 mövsümündə Azərbaycan Çempionatının Yüksək Liqasında və ölkə kuboku yarışlarında iştirak edəcək.

Bu münasibətlə 29 aprel 2025-ci ildə “DH Volley” klubunun məşqçi və oyunçuları ilə klub rəhbəri Şərəf Yalçın arasında müqavilələrin imzalanması mərasimi keçirilib. Şərəf Yalçın mətbuat konfransında çıxışı zamanı bildirib ki, “DH Volley” Klubu yalnız yeni mövsümə start vermir, güclü və iddialı heyətlə yeni bir dövrə qədəm qoyur: “2025-ci il mövsümündə yalnız yerli yarışlarda uğurlar deyil, beynəlxalq arenada da adımızdan söz etdirmək istəyirik. Bu məqsədlə heyətimizi həm Azərbaycan milli komanda üzvləri, həm də Avropa təcrübəsinə malik elit oyunçularla gücləndirdik. Bu oyunçularla “DH Volley” olaraq çempionluq yarışında ən güclü namizədlərdən biri olacağımıza inanırıq. Klubumuzun əsas vizyonu, qısa müddətdə ölkə voleyboluna dəyər qatmaq, uzun müddətdə isə “DH Volley”i Avropada mübarizə aparan, tanınan və hörmət edilən bir brendə çevirməkdir”. Şərəf Yalçın klubun qurulmasında göstərdiyi dəstəyə görə Azərbaycan Voleybol Federasiyasının prezidenti Şahin Bağırova təşəkkür edib.

“DH Volley” klubunun baş məşqçisi müxtəlif mükafatlara layiq görülmüş peşəkar voleybolçu Fərid Cəlalovdur. Komandanın heyətinə peşəkar qadın voleybolçular kapitan Aynur İmanova, Katerina Jidkova, Ceyran İmanova, Nilufər Ağazadə və Raziyə Əliyeva daxildir.

“Azərlotereya” ASC gənclərin idmana və sağlam həyat tərzinə təşviqi, idman klublarının dəstəklənməsi, eləcə də müxtəlif idman növlərinin inkişafı istiqamətində bir sıra təşəbbüsləri dəstəkləyir. Məqsəd ölkəmizdə idmanın kütləviliyinə nail olmaq, futbol, basketbol və voleybol idman növlərində peşəkar idmanın inkişafıdır. Şirkətin “Misli” brendi Azərbaycan voleybolunun inkişafını dəstəkləmək məqsədilə 2024-cü ildə Azərbaycan Voleybol Federasiyası arasında əməkdaşlıq müqaviləsi imzalanıb. “DH Volley” klubunun yaradılması bu əməkdaşlığın daha da inkişaf etdirilməsi məqsədi daşıyır.

“DH Volley” klubu haqqında
Baş məşqçi Fərid Cəlalov

Fərid Cəlilov 8 il Azərbaycan kişi milli voleybol komandasının baş məşqçisi olub. 4 il qadın “İqtisadçı” voleybol komandalarında məşqçilik edib. Keçmiş milli voleybolçu, eyni zamanda milli komandanın kapitanı olub.

- 2017 – 4-cü İslam Oyunları Gümüş Medal
- 2018 – Türk Dünyası Universiadası Qızıl Medal
- 2017/18 – Challenge Cup 1/8 Lokomotiv Men Volleyball
- 2021/22 – Challenge Cup 1/8 Murov VC Men
- 2016–2023 – mövsümlərdə ardıcıl ölkə çempionluğu və kubok qalibiyyəti

Köməkçi məşqçi Vusal Rüstəmov
Milli voleybolçu 2018-ci illərdə İslam Oyunlarında çempion olub. 2016-ci illərdə məşqçi olub. Vusal Rüstəmov 2023-cü illərdə kişilərdən ibarət milli yığmada baş məşqçi köməkçisi işləyib. 2024/2025 mövsümündə komandanın kapitanı olub. “Azərreyl”lə liqa çempionu olub. 2022-ci ildə İslam Oyunlarında Qadın Milli Komandası 3-cü olub.

OYUNÇULAR
Aynur İmanova

“Azərreyl” klubunda 10 il oynamış və komandanın kapitanı olmuş milli oyunçumuz 2024/25 mövsümündə çempion olub. 2006-cı ildən etibarən milli komandada forma geyinən Aynur 2006 və 2018 “FIVB” Dünya Çempionatları ilə yanaşı, 6 Avropa çempionatında heyətdə olub. Həmçinin, 9 Azərbaycan Kuboku çempionluğu və 5 Liqa Kuboku çempionluğu qazanıb.

Katerina Jidkova
Milli voleybolçu 9 il Azərbaycan klublarında mübarizə aparıb. Təcrübəli oyunçu Ukrayna, Rumıniya, Türkiyə, İtaliya, Macarıstan, İndoneziya və Vyetnam ölkələrində forma geyinib. 2024/2025 mövsümündə “Abşeron”un kapitanı olan oyunçu ölkə kubokunda çempion olub, liqanı 2-ci yerdə tamamlayıb. Milli komandalarla “FIVB” Dünya Çempionatı, “CEV Cup”, İslam Oyunları, “CEV Volleyball European League” kimi müxtəlif turnirlərdə iştirak edib.

Ceyran İmanova
“Azərreyl”də 4 çempionluq yaşayan milli oyunçu 2024/25 mövsümündə yenə çempion olub. 6 il milli komandada yer alan Ceyran 2014-cü ildə Dünya Çempionatı seçmə mərhələlərinə qatılıb, 2017-ci ildə İslam Oyunlarında qızıl medal qazanıb.

Nilufər Ağazadə
2024/25 mövsümündə “Azərreyl”də çempion olan milli oyunçumuz “CEV Challenge Cup” turnirində də oynayıb. İki ildi milli komandamızda yer alan Nilufər Avropa çempionatında da iştirak edib.

Raziyə Əliyeva
Beş ildi milli komandada yer alan oyunçumuz liqada son üç mövsümdə “Azərreyl”də çempion olub.

“Azərlotereya”nın sponsorluğuyla voleybol komandası yaradıldı

Paylaş:
Digər xəbərlər

İdman

5-10-2023, 12:0

Çimərlik voleybolu üzrə komandalarımız Avropa Kubokunda mübarizəyə başlayır

İdman

8-05-2023, 15:0

“Bakı Marafonu-2023”də “Azərlotereya” tərəfdaş oldu

İdman

16-05-2022, 19:0

“Azərlotereya” ASC “Bakı Marafonu-2022”nin tərəfdaşı oldu

İdman

1-12-2022, 11:0

Avropa Voleybol Konfederasiyasının rəsmi saytı Azərbaycan klubu haqda məqalə hazırladı

Maraqlı

17-05-2022, 12:0

“Azərlotereya” ASC “Bakı Marafonu-2022”-nin tərəfdaşı oldu

İdman

20-03-2025, 15:0

"Sabah" Basketbol Klubu və "Azərlotereya"dan əyləncəli “Beşdə5” müsabiqəsi

Aktual
“Agentim “Rakuv”la bir aydan çox danışıq apardı” - Mahir Polşaya niyə qayıtdı?
"Sabah" Finlandiyaya yollandı - Dambrauskas jurnalistlərlə görüşəcək
“Məsələ günahkar axtarmaq yox, oyunu necə xilas etməyi düşünməkdi” - Şahin Diniyev “Neftçi”yə inanır
“Səbail” Türkiyəyə gedir, amma burda yeri yoxdu
ÇSKA-nın “Qarabağ”la “sülh”ü buzları əritdi – komanda ölkəsində tərif eşitdi
Maluda ilə bağlı qeyri-müəyyənlik – fransalı cavab matçında oynayacaqmı?
Son xəbərlər
  • Bu gün, 19:08
    DÇ-2026-nın arzuolunmaz rəmzi yığmasına kimlər düşdülər?
  • Bu gün, 18:37
    Təxminən 4 ay “istirahət edəcək”
  • Bu gün, 18:06
    “Milan”ı tərk etməyəcək
  • Bu gün, 17:35
    "Çempionatın startına kimi komanda daha yaxşı hazır olacaq" - Zaur Həşimov
  • Bu gün, 17:03
    Salibanı kim əvəz edəcək?
  • Bu gün, 16:32
    Mahir start heyətində!
  • Bu gün, 16:00
    İngiltərədə klubunu dəyişdi
  • Bu gün, 15:32
    Yeniyetmə istedad “Liverpul”a qoşuldu
  • Bu gün, 15:11
    “Agentim “Rakuv”la bir aydan çox danışıq apardı” - Mahir Polşaya niyə qayıtdı?
  • Bu gün, 14:53
    Zambiyalı futbolçu "Kəpəz"də
  • Bu gün, 14:32
    Gözlənilən təyinat rəsmiləşdi
  • Bu gün, 14:01
    Qapıçı ilə müqavilə yeniləndi
  • Bu gün, 13:40
    "Sabah" Finlandiyaya yollandı - Dambrauskas jurnalistlərlə görüşəcək
  • Bu gün, 13:19
    "Şamaxı" Qətər klubu ilə üz-üzə
  • Bu gün, 12:58
    Klubuna daha bir il gərək oldu
  • Bu gün, 12:27
    “Məsələ günahkar axtarmaq yox, oyunu necə xilas etməyi düşünməkdi” - Şahin Diniyev “Neftçi”yə inanır
  • Bu gün, 12:01
    İngiltərə futbolunda böyük itki
  • Bu gün, 11:33
    Qarsiyaya xələf olacaq
  • Bu gün, 11:00
    Dünya çempionu əməliyyat olunacaq
  • Bu gün, 10:30
    Klubu ilə yenidən anlaşdı
  • Bu gün, 10:00
    Göz yaşlarını saxlaya bilmədi
  • Bu gün, 00:47
    "Neftçi" PAOK-a uduzdu, mübarizəni dayandırdı
  • Bu gün, 00:20
    İtaliya klubunda yeni müqavilə
  • Dünən, 23:50
    İngiltərə klubunda yeni oyunçu
  • Dünən, 22:54
    “Məncə, problem təkcə nəticələrdə deyil” - azarkeşlər avrokubok oyunlarına niyə maraq göstərmir?
  • Dünən, 22:13
    London klubunda yeni oyunçu
  • Dünən, 21:44
    Birmingemdən Londona yollandı
  • Dünən, 21:12
    Qattuzonun yerini o tutacaq
  • Dünən, 20:41
    Milli komandanı tərk edəcək
  • Dünən, 20:00
    “Sabah” üçün çətin, “Neftçi” üçün mümkünsüz vəzifə! - onlar rəqiblərə yerini göstərə biləcəkmi?
  • Dünən, 19:41
    Millimiz ilk qrup qələbəsini qazandı - AÇ
  • Dünən, 19:01
    “Səbail” Türkiyəyə gedir, amma burda yeri yoxdu
  • Dünən, 18:40
    ÇSKA-nın “Qarabağ”la “sülh”ü buzları əritdi – komanda ölkəsində tərif eşitdi
  • Dünən, 18:19
    Nunyeslə Salahın yolu bu dəfə İstanbulda kəsişə bilər
  • Dünən, 17:58
    Milandan Turinə yollana bilər
Daha çox
Oxunub: 208
“İmişli”nin taleyi bəlli oldu – Arazın bu tayından Kürün o tayına
Oxunub: 165
Varqas “Neftçi”yə nə vaxt qoşulacaq?
Oxunub: 122
“Neftçi” bazar deyil, “Neftçi” xalqdı” - fanklub rəhbərindən sərt açıqlama
Oxunub: 100
“Sabah” üçün çətin, “Neftçi” üçün mümkünsüz vəzifə! - onlar rəqiblərə yerini göstərə biləcəkmi?
Oxunub: 98
“Neftçi”nin səhvlərini yalnız yeniyetmələrdən ibarət komandalar edə bilər” - belaruslular da şoka düşüb
Oxunub: 87
Maluda ilə bağlı qeyri-müəyyənlik – fransalı cavab matçında oynayacaqmı?
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə