Dortmunddan Londona yollanmaq şansı var

28.04.2025 17:53 6
Dünya futbolu
“Çelsi” Dortmund “Borussiya”sının futbolçusu Ceymi Gittensi transfer etməyə hazırlaşır.

İnsayder Florian Plettenberqin məlumatına görə, hazırda tərəflər arasında danışıqlar aparılır. London klubu 20 yaşlı cinah oyunçusunun maaşını ildə 3 milyon avrodan 6-7 milyon avroya qədər artırmağa hazırdı. “Borussiya” isə Ceymini satmaq variantına müsbət yanaşır. Almaniya klubu təxminən 50-60 milyon avroluq təklifləri nəzərdən keçirəcək.

Yarımmüdafiəçi bu mövsüm bütün turnirlərdə 44 matçda iştirak edib, 12 qol vurub və 5 məhsuldar ötürmə edib. Gittensin müqaviləsinin müddəti 2028-ci ilin yayına kimi nəzərdə tutulub.

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul