"Football-plus.az" xəbər verir ki, o, bununla bağlı öz İnstagram sosial səhifəsində (History bölümündə) paylaşım edib.
Səfərin səbəbi iyunun 21-də Bakıda keçiriləcək “UFC 260” turniri ilə bağlıdır. Nurməhəmmədov məşqçilik etdiyi rusiyalı döyüşçü Tagir Ulanbekov da bu turnirin iştirakçısı olacaq.
O, öz paylaşımında yazıb:
“Biz Taqir Ulanbekovla birlikdə qonaqpərvər Azərbaycana yollanacağıq. Yalnız qələbə”.




