“İndi bütün dünyanın müsəlman icması arasında yeni nəsilləri ruhlandıra biləcək adam tapmaq çətindi. Nəticələrim, idman karyeramda nail olduqlarım ilə kimisə ruhlandıra bilirəmsə, onda xoşbəxtəm. Çoxları soruşur ki, sənin üçün irs nədi? Mənim üçün irs adamları ruhlandırmaqdı. Kəmər, pul, şöhrət irs deyil. İrs odu ki, adamlar səni görəndə motivasiya qazansın, irəli şığısın”.
Nurməhəmmədov sonuncu döyüşü 2020-ci ilin oktyabrında Əbu-Dabidə keçirib. Onda amerikalı Castin Qetcini boğucu fəndlə məğlub edən dağıstanlı karyerasını bitirdiyini elan edib.

