Uels klubunda qeyri-adi təyinat

21.04.2025 23:22 17
Dünya futbolu
“Kardiff Siti”də qeyri-adi təyinat olub.

Uels klubu baş məşqçi Omer Riza ilə yolları ayırıb. Rəhbərlik komandanın futbolçusu Aaron Remzini bu vəzifəyə təyin edib. İngiltərə çempionatının 2-ci divizionu sayılan çempionşipdə mövsümün son 3 oyununa komandanı 34 yaşlı yarımmüdafiəçi çıxaracaq.

Qeyd edək ki, Aaron hazırda zədəlidi. O, “Kardiff Siti”yə 2023-cü ildə “Nitsa”dan gəlib.