Bakıda qadın və kişi boksçular arasında “Böyük İpək Yolu” beynəlxalq turniri start götürüb.
Boks Mərkəzində təşkil olunan ənənəvi yarışda Azərbaycan, Tacikistan, Özbəkistan, Kamboca, Monteneqro, Qırğızıstan, Gürcüstan, Rusiya və Qazaxıstan milli komandaları mübarizə aparır.
25 dəst medal uğrunda 200-dən çox boksçu gücünü yoxlayacaq. Qaliblərin adına aprelin 15-də aydınlıq gələcək.
Azərbaycan kişilərin yarışında 45, qadınların mübarizəsində 11 boksçu ilə təmsil olunacaq.