Avropa kubokunda ilk gündə iki qızıl, iki bürünc medal

6.04.2025 12:12 7
İdman
Cüdoçularımız Polşanın Poznan şəhərində davam edən gənclər arasında Avropa Kubokunun ilk günündə 2 qızıl və 2 bürünc medal qazanıblar.

"Football-plus.az" xəbər verir kki, xəbər verir ki, Fərid Qarayev (60 kq) və Məhəmməd Musayev (66 kq) bütün rəqiblərinə qalib gələrək fəxri kürsüsünün ən yüksək pilləsinə qalxıblar.

Nihad Məmişov (60 kq) və Əbil Yusubov (73 kq) isə bürünc medala sahib çıxıblar.

Qeyd edək ki, hazırda yığma 4 medalla ümumi sıralamaya başçılıq edir. Turnirə 23 ölkədən 412 cüdoçu qatılıb.