Renat Polşada ilk qolunu vurdu

1.03.2025 11:19 244
Dünya futbolu
Renat Dadaşov Polşanın “Radomyak” klubunda ilk qolunu vurub.

“Football-plus.az" xəbər verir ki, 25 yaşlı hücumçu komandadakı debüt matçında fərqlənib.

Forvard çempionatın 23-cü turunda “Vidzev”lə heç-heçə etdikləri (1:1) qarşılaşmanın 90-cı dəqiqəsində rəqib qapısına yol tapıb. O, 80-ci dəqiqədə meydana daxil olub.

Qeyd edək ki, fevralın 24-də “Radomyak” Renat Dadaşovu heyətinə qatdığını açıqlayıb.