Renatdan "Radomyak"ın azarkeşlərinə çağırış

24.02.2025 18:58 235
Dünya futbolu
Polşanın "Radomyak" klubu ilə müqavilə imzalayan Renat Dadaşov keçidinə münasibət bildirib.

"Football-plus.az" xəbər verir ki, o, Radom təmsilçisinin mətbuat xidmətinə transferinin alındığı üçün xoşbəxt olduğunu deyib.

25 yaşlı hücumçu azarkeşləri də komandasının oyununa çağırıb:

“Cümə günü görüşürük, elə deyilmi?”

Qeyd edək ki, Dadaşov polşalılarla 2025-ci il iyunun 30-dək nəzərdə tutulan müqavilə imzalayıb. O, Rahil Məmmədovla komanda yoldaşı olub.