Komandası ilə məşqlərə başladı

15.02.2025 16:31 320
Dünya futbolu
“Bavariya”nın futbolçusu Alfonso Deyvis zədəsini sağaldıb.

Almaniya klubunun mətbuat xidmətinin məlumatına görə, 24 yaşlı müdafiəçi artıq komanda ilə məşqlərə başlayıb. Alfonso Çempionlar Liqasının liqa mərhələsinin 7-ci turunun “Feyenoord”la matçında zədələnmişdi.

O, bu mövsüm “Bavariya”nın heyətində bütün turnirlərdə 25 oyuna çıxıb və 1 qol vurub. Alfonso komandada 2018/19 mövsümündən çıxış edir.