“Mən Bakıda “Rus Evi”nin bağlanması ilə bağlı söylədiyim fikrin üstündə qalıram. Heç kimə pislik arzulamamışam, Azərbaycan Xarici İşlər Nazirliyinin bəyanatının əksinə heç kimə hədə-qorxu gəlməmişəm. Azərbaycana girişimə qoyulan qadağada heç bir məna görmürəm, ümid edirəm ki, vəziyyət düzələcək”.
Xatırladaq ki, Azərbaycan Xarici İşlər Nazirliyi Valuyevin Bakıda “Rossotrudniçestvo”nun nümayəndəliyinin - “Rus Evi”nin bağlanması ilə bağlı şərhindən sonra arzuolunmaz şəxs elan edib.


