Ançelotti Romaya qayıda bilər

13.02.2025 21:04 305
Dünya futbolu
Karlo Ançelottinin mövsümün sonunda “Real”dan ayrılamaq ehtimalı qalır.

“Roma” rəhbərliyi bundan istifadə etməyi planlaşdırıb. “AS” qəzetinin yazdığına görə, İtaliya klubunun amerikalı həmsahibləri olan Rayan və Den Fridkin qardaşaları artıq Ançelotti ilə təmas qurublar. Dünya şöhrətli mütəxəssisə “Roma”da transfer məsələsində sərbəstlik vəd verilib.

Qeyd edək ki, Ançelotti “Roma”nın ən titullu oyunçularından sayılır. O, paytaxt komandasında çıxış etdiyi 1979-87-ci illərdə bir dəfə çempion olub, 4 dəfə isə ölkə kubokunu qazanıb.

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul