"Qarabağ”da təhlükəli və keyfiyyətli oyunçular var" - "Lion"un futbolçusu

27.11.2024 18:57 312
Manşet / Avropa Liqası
“Qarabağ” – “Lion” oyunu ərəfəsində keçirilən mətbuat konfransına qonaqların yarımmüdafiəçisi Jordan Veretu da qatılıb.

- Avropa Liqasında təcrübəniz var. Sabahkı oyunu necə dəyərləndirirsiz?
- Bu Avropa Liqasının başlanğıc mərhələsidi. Bizdə uğursuzluqlar oldu. Qarşıdakı oyunlarda təcrübəmizdən müəyyən istiqamətdə istifadə edəcəyik.

- Hansı mövqedə daha çox oynamaq istəyirsiz?
- Mən müxtəlif yerlərdə oynamaq qabiliyyətindəyəm. Bəzən hücumçu, bəzən də yarımmüdafiəçi kimi. Baş məşqçinin tapşırdığı mövqelərdə olacam.

- “Qarabağ”ı necə xarkaterizə ederdiz? Rəqibin heyətində hansı oyunçuları təhlükəli bilirsiz?
- “Qarabağ”da təhlükəli və keyfiyyətli oyunçular var. Yassin Benzya “Lion” da olub. İndi də “Qarabağ”ı təmsil edir.

- Bir çox oyunlarda yarımmüdafiədə oynamısız. Hücumçu kimi yenidən öz performansınıza qayıda biləcəksizmi?
- Bəli, öz performansıma yaxşılaşmağa çalışıram. Səhvlərimi analiz edib, hücum mövqeyində daha yaxşı nəticə əldə etməyə çalışıram.

- Bilindiyi kimi “köhlən atlar”ın güclü azarkeş dəstəyi var. Bu amil “Qarabağ”ın qələbə şanslarını artırırmı?
- Fikrimcə, çox gərgin oyun olacaq. Məcburuq ki, bütün gücümüzü ortaya qoyaq. Bütün şanslarımızı səfərbər etməliyik.

- "Beşiktaş"la oyundan sonra sanki komanda öz gücünə şübhəylə yanaşır…
- Həmin oyunda çox güclü hücum keyfiyyəti nümayiş etdirdik. Oyuna çox gözəl başlamışdıq. Sabahkı oyunda da futbolçularımız öz qüvvələrini maksimum səfərbər edəcəklər.

ƏSƏD SEYİDOV