Fatih Terim Bakıya gəlir

14.11.2024 07:03 355
Ölkə futbolu
Türkiyəli məşhur məşqçi Fatih Terim də Bakıya gələcək.

"Football-plus.az" xəbər verir ki, tanınmış mütəxəssis COP29-un tədbirlərində iştirak edəcək.

Terim "Qarabağ" Futbol Klubunun təşəbbüsü ilə Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Sazişinin Tərəflər Konfransının 29-cu Sessiyası (COP29) çərçivəsində futbol klublarının iqlim dəyişikliyi ilə mübarizə alyansının toplantısında təmsil olunacaq.