• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Mövsümün ən “sülhpərvər” turu - İCMAL

Dünya futbolu

5-11-2024, 12:0

Argentina çempionatının 19-cu turunda diqqəti ən çox cəlb edən fakt 14 oyundan 9-da qalibin müəyyənləşməməsi oldu. Başqa sözlə, mövsümün ən “sülhpərvər” turu reallaşdı. “Veles Sarsfild”, liderin əsas izləyiciləri “Atletiko Urakan” və “Talyeres de Kordoba” da rəqibləri ilə heç-heçəyə razılaşdı. Nəticədə bu komandalar arasındakı xal fərqi olduğu kimi qaldı.

12-ci turdan zirvədə olan “Veles Sarsfild” ardıcıl ikinci dəfə hesabına bir xal yaza bildi. Əvvəlki turun “River Pleyt” ilə səfər matçında 1:1 hesabı Qustavo Kinterosun komandası üçün qənaətbəxş nəticə sayılmışdı. Lakin paytaxt klubunun öz meydanında “Belqrano”dan maksimum xal ala bilməməsi itki sayılmalıdı. Bu mövsüm ortabab komanda təsiri bağışlayan “Belqrano” liderə ciddi müqavimət göstərdi. Hesabı da qonaqlar açdılar, özü də 5-ci dəqiqədə. “Veles”in ilk hissəni məğlub başa vurması da gözlənilməz oldu. Meydan sahibləri yalnız fasilədən sonra cavab qolunu vurdular: 20 yaşlı yarımmüdafiəçi Tyaqo Fernandesin 52-ci dəqiqədə hesabı bərabərləşdirməsindən sonra “Veles”in növbəti qolu vuraraq qələbə qazanacağını düşünənlər yanıldılar. Lider xal itkisinə baxmayaraq, mövqeyini qorudu.

Ona görə ki, tura liderdən 3 xal geri qalmaqla 2-ci yerdə başlayan“Atletiko Urakan” da iki xal itirdi. Frank Kudelkanın çalışdırdığı komanda “Sentral Kordoba” ilə ev oyununda çətinə düşdü. 60-cı dəqiqədə Matsanttinin qarşısında birbaşa qırmızı vərəqə görməsi həmin ana qədər qapıya yol tapa bilməyən “atletlər”in işini bir qədər də qəlizləşdirdi. Qolsuz “sülh” liderlə əsas izləyicisi arasındakı 3 xallıq fərqi qorudu.

“Talyeres de Kordoba” isə zirvə uğrunda mübarizədə ardıcıl üçüncü dəfə büdrədi. Kordobalılar evdə “Tiqre” ilə 1:1 hesabına razılaşdılar. Amma son 3 matçda yalnız 2 xal qazanmaq onların 3-cü yerdəki mövqeyinə təsir etmədi.

Tura hərəyə 28 xal toplamaqla, uyğun olaraq, 4-5-ci yerlərdə başlayan “İnstituto” ilə “Rasinq” də büdrədi. “Rosario Sentral”la qolsuz heç-heçə “İnstituto”nu 5-ci yerə saldı. “Banfild”ə uduzan (1:2) “Rasinq” isə bu pillədən 7-yə düşdü. Bu komandaların xal itkisindən maksimum yararlanan “Union” səfərdə “Ximnasiya” üzərində qələbə qazanmaqla 6-cı yerdən 4-ə yüksəldi.

Ölkənin son çempionunun vəziyyəti heç yaxşılaşmır. “River Pleyt” qeyri-sabit nəticələrdən heç cür qurtula bilmir. Marselo Qalyardonun komandası ardıcıl üçüncü dəfə rəqibi ilə “sülh”ə razılaşdı. “Defensa y Xustisiya” ilə səfər oyununun gedişində rəqib azlıqda qaldı. Lakin ölkə nəhəngi Palavesinonun 51-ci dəqiqədə növbəti xəbərdarlığa görə meydandan qovulmasından da yararlana bilmədi. Qolsuz heç-heçəyə nail olan Qalyardonun komandası 8-ci yerdən 9-a düşdü.

“Boka Xuniors”dakı vəziyyət əzəli rəqibindən çox da fərqlənmir. Fernando Qaqonun baş məşqçi vəzifəsindəki debütü əvvəlki turun “Tiqre” ilə oyununda fiasko ilə nəticələnmişdi – 0:3. Komandanın sabiq oyunçusu olan 38 yaşlı Qaqonun ikinci sınağı da qeyri-qənaətbəxş alındı. “Deportivo Riestra” ilə ev oyunu 1:1 hesabıyla nəticələndi. “Boka Xuniors” cədvəlin 16-cı pilləsində qaldı.

19-cu tur
Veles Sarsfild - Belqrano 1:1
T.Fernandes, 52 - N.Fernandes, 5.
Atletiko Urakan - Sentral Kordoba 0:0
Talyeres de Kordoba - Tiqre 1:1
Tarraqona, 52 – Forklas, 80.
İnstituto - Rosario Sentral 0:0
Banfild - Rasinq 2:1
Sepulveda, 53. İ.Rodriges, 70 – Kuyros, 49.
Ximnasiya - Union 2:3
De Blasis, 45+2-p. Kastilyo, 54 – Balboa, 4. Morales, 70. Domina, 90+6.
Defensa y Xustisiya - River Pleyt 0:0
Boka Xuniors - Deportivo Riestra 1:1
Kavani, 78 – B.Sançes, 15.
Barrakas Sentral - Estudiantes 1:1
Demartini, 90+4 – Kastilyo Manyoma, 76.
Nyuellz Old Boyz - Sarmyento 1:1
Silvetti, 29 – Morales, 21.
İndependyente - Qodoy Krus 1:1
Loyola, 61 – S.Rodriges, 87.
İndependyente Rivadaviya - San Lorenso 1:0
Ramis, 4.
Platense - Arxentinos Xuniors 2:1
Pelleqrino, 27-p. Maynero, 45+2 – Oros, 8.
Atletiko Tukuman - Lanus 1:0
Koronel, 26.

1. Veles Sarsfild 19 11 5 3 32-13 38
2. Atletiko Urakan 19 9 8 2 20-9 35
3. Talyeres de Kordoba 19 8 8 3 24-20 32
4. Union 19 8 6 5 21-18 30
5. İnstituto 19 8 5 6 25-17 29
6. Atletiko Tukuman 19 8 5 6 19-20 29
7. Rasinq 19 8 4 7 26-20 28
8. Deportivo Riestra 19 8 4 7 22-22 28
9. River Pleyt 19 6 9 4 21-13 27
10. Qodoy Krus 19 6 9 4 21-18 27
11. Estudiantes 19 7 6 6 22-20 27
12. Platense 19 7 6 6 17-16 27
13. İndependyente 19 5 11 3 16-13 26
14. Belqrano 19 6 8 5 22-21 26
15. Tiqre 19 6 7 6 25-23 25
16. Boka Xuniors 19 6 7 6 21-21 25
17. Rosario Sentral 19 6 6 7 22-19 24
18. Ximnasiya 19 6 6 7 19-19 24
19. Sentral Kordoba 19 6 5 8 22-26 23
20. İndependyente Rivadaviya 19 6 5 8 12-19 23
21. Arxentinos Xuniors 19 6 4 9 15-19 22
22. San Lorenso 19 5 6 8 15-18 21
23. Banfild 19 5 6 8 18-23 21
24. Nyuellz Old Boyz 19 5 6 8 13-22 21
25. Sarmyento 19 4 8 7 15-20 20
26. Lanus 19 4 8 7 19-27 20
27. Defensa y Xustisiya 19 3 7 9 15-28 16
28. Barrakas Sentral 19 2 7 10 9-24 13

Bombardirlər: B.Romero (Veles Sarsfild) – 11, X.Errera (Deportivo Riestra) – 9, Borxa (River Pleyt), M.Ximenes (Boka Xuniors), Pelleqrino (Platense) – 8.

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

23-09-2024, 15:0

“Veles Sarsfild” üçün düşərli tur - “River Pleyt” heç-heçə seriyasına son qoydu

Dünya futbolu

28-09-2024, 21:0

“Veles Sarsfild”dən ardıcıl 5-ci qələbə - 263-cü “Superklasiko”da “River Pleyt” qalib gəldi

Dünya futbolu

3-09-2024, 20:0

“Veles Sarsfild” liderliyə şərik oldu

Dünya futbolu

26-05-2023, 13:0

Son çempion derbidən sonra tədricən özünə gəlir - TURUN ŞƏRHİ

Dünya futbolu

7-10-2024, 16:0

“Veles Sarsfild”i dayandıran tapıldı - Martinesin “Boka Xuniors” macərası 8 ay çəkdi

Dünya futbolu

11-09-2024, 14:0

“Atletiko Urakan”ın ilk məğlubiyyəti və “Veles Sarsfild” vahid liderdi - İCMAL

Aktual
Sərfəli təklif aldılar, klubu elitada saxlayan futbolçunu satdılar
Mümkünsüz arzularla alovların arasından üzmək... – Dambrauskas şeir dedi
“Çempionat bitəndən sonra rəhbərliklə aramızda fikir ayrılığı yarandı” - Rahid Əmirquliyev
“Payde” Sumqayıtda yalqız qalacaq!
"Qarabağ"ın oyununda bizi narahat edə biləcək çox məqam var"- ÇSKA-nın baş məşqçisi
“Bu səbəbdən ona oyunlarda şans vermirəm” – Abbas Hüseynovun taleyi bəlli oldu
Son xəbərlər
  • Bu gün, 20:59
    “Qurban Qurbanov taktiki tələlər qura bilir” – “Qarabağ”ın sabiq futbolçusundan ÇSKA-ya xəbərdarlıq
  • Bu gün, 20:26
    İspaniyadan İngiltərəyə üz tutdu
  • Bu gün, 19:55
    ''Qalatasaray'' prezidentindən İkardi etirafı - ''Ondan cavab gözləyirik''
  • Bu gün, 19:24
    Klubu ilə yenidən anlaşdı
  • Bu gün, 18:53
    Sərfəli təklif aldılar, klubu elitada saxlayan futbolçunu satdılar
  • Bu gün, 18:22
    Almaniyalı əfsanə Musialaya xəbərdarlıq etdi
  • Bu gün, 17:51
    ÇSKA-da taktiki sxem və heyət dəyişikliyi – fərqli oyun, yoxsa tələ?
  • Bu gün, 17:20
    “Araz-Naxçıvan” azarkeşlərdən bir qədər də uzaqlaşdı – klub problemi necə həll edəcək?
  • Bu gün, 16:59
    Mümkünsüz arzularla alovların arasından üzmək... – Dambrauskas şeir dedi
  • Bu gün, 16:28
    “Çempionat bitəndən sonra rəhbərliklə aramızda fikir ayrılığı yarandı” - Rahid Əmirquliyev
  • Bu gün, 15:57
    “Artıq milli komandanın baş məşqçi vəzifəsinə namizəd deyiləm” - Pirlonun “skuadra adzurra”ya təyinatı niyə rəsmiləşmədi?
  • Bu gün, 15:36
    “Bəzi suallara istədiyim cavabı verə bilməyəcəm” – Rəşad Sadıqov
  • Bu gün, 15:15
    “Payde” Sumqayıtda yalqız qalacaq!
  • Bu gün, 14:54
    “Karvan-Yevlax”dan növbəti transfer
  • Bu gün, 14:23
    "Qarabağ"ın oyununda bizi narahat edə biləcək çox məqam var"- ÇSKA-nın baş məşqçisi
  • Bu gün, 13:52
    “Bu səbəbdən ona oyunlarda şans vermirəm” – Abbas Hüseynovun taleyi bəlli oldu
  • Bu gün, 13:31
    ''Qalatasaray'' istəyir, ''Ayntraxt'' buraxmır
  • Bu gün, 13:00
    “İmarət Avropa” "Qarabağ"ı tək qoymayacaq
  • Bu gün, 12:39
    “İtaliyada insanları nəticədən başqa heç nə maraqlandırmır” - Fonseka “Milan”da işlədiyi dönəm haqda nələr dedi?
  • Bu gün, 12:18
    "Hər şey yaxşıdı, amma davam etmək lazımdı" - Aleksey İsayev
  • Bu gün, 11:57
    Azərbaycan klubu ilə anlaşdı, Bolqarıstana qaçdı
  • Bu gün, 11:36
    ''Qalatasaray''ın sabiq üzvündən şok sözlər - ''Bunları çox az insan görmək istəyər''
  • Bu gün, 11:15
    "Kəpəz" Qətər klubuna qarşı
  • Bu gün, 10:54
    Millimiz Çexiya ilə üz-üzə gələcək
  • Bu gün, 10:33
    “Sabahın Ulduzları” turnirinin püşkü atıldı
  • Bu gün, 10:13
    Qurban Qurbanovdan Sofiya səfəri ilə bağlı gözlənilməz qərar – o, qələbənin açarını tapıb?
  • Bu gün, 09:52
    İki güləşçimiz dünya çempionatının finalında
  • Bu gün, 09:31
    "Çox keyfiyyətli və yaxşı məşqçi tərəfindən hazırlanan komandaya uduzduq" - KuPS-un baş məşqçisi
  • Bu gün, 09:00
    Türkiyə klubu 900 minə aldığı oyunçunu 15 milyona satdı!
  • Dünən, 23:27
    İngiltərədə klubunu dəyişəcək
  • Dünən, 23:00
    “Sabah” və Mikels 10-a çatdı
  • Dünən, 22:06
    “Milan”ı tərk etməyəcək
  • Dünən, 21:55
    "Belə nəticə əldə etməyimizlə qürur duyuram" - Valdas Dambrauskas
  • Dünən, 21:24
    ÇSKA-nın stadionunda 72 saatda üç oyun keçiriləcək – ot örtüyü “Qarabağ”a problem yarada bilər!
  • Dünən, 21:10
    "İmişli" yoxlama oyunu keçirdi
Daha çox
Oxunub: 227
Qurban Qurbanovdan Sofiya səfəri ilə bağlı gözlənilməz qərar – o, qələbənin açarını tapıb?
Oxunub: 213
“İmişli”nin taleyi bəlli oldu – Arazın bu tayından Kürün o tayına
Oxunub: 179
“Bu səbəbdən ona oyunlarda şans vermirəm” – Abbas Hüseynovun taleyi bəlli oldu
Oxunub: 163
Mahir Polşada bəxtsizlikdə üzləşdi - ilk tur matçında nə baş verdi?
Oxunub: 150
ÇSKA-nın stadionunda 72 saatda üç oyun keçiriləcək – ot örtüyü “Qarabağ”a problem yarada bilər!
Oxunub: 123
“Neftçi” bazar deyil, “Neftçi” xalqdı” - fanklub rəhbərindən sərt açıqlama
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə