Futzal üzrə millimiz dünən yoldaşlıq oyunu keçirib.
"Football-plus.az" xəbər verir ki, komandamız Zeniça şəhərində Bosniya və Hersoqovinanın qonağı olub.
Oyunda hesab birinci hissənin başa çatmasına 2 saniyə qalmış açılıb. Jeliç komandasına üstünlük qazandırıb.
Meydan sahibləri ikinci hissədə daha fəal olub və böyük hesablı qələbə qazanıblar.
Bu komandalar arasında növbəti oyun bu gün Bakı vaxtı ilə saat 22.00-da keçiriləcək.