"Kəpəz" premyer-liqasının 3-cü turunun "Turan Tovuz"la matçına itkilərlə çıxacaq.
"Football-plus.az" xəbər verir ki, Gəncə təmsilçisinin iki futbolçusu zədəlidi. Məşq prosesində zədələnən yarımmüdafiəçilər Tural Rzayev ilə Redon Mihana qərb derbisində forma geyə bilməyəcək. Futbolçuların müalicə prosesi davam edir.
Bundan əlavə Elmir Tağıyev cəzalı durumdadı.
Qeyd edək ki, "Kəpəz" - "Turan Tovuz" qarşılaşması bu gün saat 18.15-də start götürəcək.