Tural Piriyev FİF-dən gedir? – özü açıqladı

29.10.2024 21:54 410
Aktual / Ölkə futbolu
Son aylarda AFFA-da bəzi yenilikləri izləyir, eşidirik.

Federasiya rəhbərliyi yenilənəndən sonra qurumda müəyyən kadrların yenilənəcəyi gözlənilən idi. Bu dəfə yayılan iddialara görə, dəyişiklik AFFA tərəfindən yaradılan Futbolun İnkişaf Fondunun (FİF) rəhbərliyində olacaq. Deyilənlərə inansaq, Tural Piriyevin FİF-in icraçı direktoru vəzifəsindən getməsi gündəmdədi.

Bəs həqiqətən də Piriyev “çantasını hazırlayıb”?
Məlumatı dəqiqləşdirmək səbəbkarla əlaqə saxladıq.

Tural bəy “Football-plus.az”a cavabı belə oldu:

“Xeyr, məndə belə bir məlumat yoxdu”.


RÖYANƏ OĞUZ