• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Qaqo “Boka Xuniors”da fiasko ilə debüt etdi - İCMAL

Dünya futbolu

28-10-2024, 16:0

Argentina çempionatının 18-ci turunda lider “Veles Sarsfild” xal itirdi, əsas izləyicilərindən “Atletiko Urakan” isə qələbə qazandı. Nəticədə mövqeyini qoruyan liderlə əsas izləyicisi arasındakı xal fərqi azaldı.

12-ci turdan zirvədə olan “Veles Sarsfild”in hesabat turunda büdrəmək ehtimalı vardı. Belə ki, Qustavo Kinterosun komandası son çempionun qonağı olacaqdı. Doğrudu, “River Pleyt”in cari mövsümdəki çıxışı heç də ürəkaçan deyil. Rəhbərlik bir neçə həftə əvvəl Dieqo Martinesi istefaya göndərərək yerinə Marselo Qalyardonu təyin etsə də, komanda qeyri-qənaətbəxş oyunlar seriyasından heç cür qurtula bilmir. “River Pleyt” derbi matçından əvvəl liderdən 11 xal geri qalmaqla 7-ci yerdə idi. “Milyonçular”ın əlinə aradakı xal fərqini bir qədər azaltmaq fürsəti düşmüşdü. Lakin bundan yararlana bilmədilər. “River” topa 63 faiz nəzarət etsə də, qapıya rəqibi kimi 3 dəqiq zərbə endirdi. Başqa sözlə, hesab oyuna görə oldu. Nəticəni isə komandaların ən yaxşı bombardirləri müəyyənləşdirdilər. 26-cı dəqiqədə Brayan Romero hesabı açdı. 33 yaşlı hücumçu bu mövsüm 11-ci qolunu vurmaqla bombardirlərin yarışında liderliyini möhkəmlətdi. Ev sahiblərini məğlubiyyətdən qurtaran cavab qolunu isə Borxa vurdu. 31 yaşlı kolumbiyalı hücumçu cari mövsümdə 8-ci qolunun sevincini yaşadı. Beləliklə, paytaxt derbisində bir xal qazanan “Veles Sarsfild” mövqeyini qorudu. Qalyardonun komandası isə növbəti xal itkisi ilə 7-ci yerdən 8-ə düşdü.

Tura liderdən 5 xal geri qalmaqla 2-3-cü yerləri bölüşməklə başlayan komandalar fərqli nəticələr göstərdilər. Topların fərqinə əsasən 2-ci yerdə olan “Atletiko Urakan” səfərdə “Union”a çətinliklə qalib gələrək mövqeyini qorudu. Frank Kudelkanın çalışdırdığı komanda indi liderdən 3 xal geridədi. “Talyeres de Kordoba” isə zirvə uğrunda mübarizədə büdrədi. Kordobalılar “Arxentinos Xuniors”dan üç cavabsız top buraxdılar. Amma böyükhesablı məğlubiyyət onların 3-cü yerdəki mövqeyinə təsir etmədi. Çünki tura 4-6-cı yerlərdə başlayan “İnstituto”, “Union” və “Atletiko Tukuman” xal ehtiyatını artıra bilmədi.
“Boka Xuniors”da vəziyyət getdikcə pisləşir. Ölkə nəhənginə yanvarda təyinat alan Dieqo Martinesin 16-cı turda “Belqrano”a məğlubiyyətdən (0:2) sonra istefaya getdiyini xəbər vermişdik. 45 yaşlı mütəxəssisi “Arxentinos Xuniors”la növbəti oyunda Mariano Erron əvəzləmişdi. Komandanı ötən ilin martından bu ilin yanvarına qədər çalışdıran 46 yaşlı mütəxəssisin qısamüddətli dönüşü uğurlu alınmışdı. “Boka Xuniors” evdə 3:0 hesabı ilə qalib gələrək 3 oyunluq məğlubiyyətə son qoymuşdu. Amma baş məşqçi vəzifəsində daimi işləmək şansı komandanın sabiq oyunçusu Fernando Qaqoya verilib. Xatırladaq ki, “Boka Xuniors”un yetirməsi olan Qaqo komandada 2004-06 və 2013-19-cu illərdə çıxış edib. Argentinalı sabiq futbolçu “Real”, “Roma”, “Valensiya” və “Veles Sarsfild”in də formasını geyib. 2020-ci ildə futbolçu karyerasını başa vurduqdan sonra ölkəsində “Aldosivi” və “Rasinq”i, Meksikada isə “Qvadalaxara”nı çalışdıran 38 yaşlı Qaqo “Boka Xuniors”da fiasko ilə debüt etdi: onun yeni komandası səfərdə “Tiqre”dən üç cavabsız top buraxaraq cədvəlin 10-cu pilləsindən 16-ya yuvarlandı.

18-ci tur
River Pleyt - Veles Sarsfild 1:1
Borxa, 49-p. - B.Romero, 26.
Union - Atletiko Urakan 0:1
Fertoli, 90+11-p.
Arxentinos Xuniors - Talyeres de Kordoba 3:0
F.Alvares, 62. M.Romero, 66. Leskano, 90.
Estudiantes - İnstituto 3:2
F.Rodriges, 13. Kastilyo Manyoma, 27. Benedetti, 50 - F.Rodriges, 55-öz qapısına. Puebla, 68-p.
Deportivo Riestra - Atletiko Tukuman 2:0
X.Errera, 83. A.Dias, 86.
Tiqre - Boka Xuniors 3:0
Pas, 28. Kardoso, 85. Medina, 90+3.
Sarmyento - Ximnasiya 1:1
Qaytan, 34 – Troyanski, 21.
Sentral Kordoba - İndependyente Rivadaviya 2:0
M.Benites, 22. Florentin, 40.
Lanus - İndependyente 0:2
Mankuelyo, 54. Avalos, 79.
Rasinq - Defensa y Xustisiya 4:3
Martirena, 30. A.Martines, 40; 45+1. Salas, 84 – M.Ramires, 70. Osorio, 76-p. Molinas, 90+2.
Belqrano - Platense 0:1
R.Martines, 90+3.
Rosario Sentral - Banfild 1:1
Kampas, 37 – Malyo, 26-öz qapısına.
San Lorenso - Barrakas Sentral 1:0
Kuelyo, 48.
Qodoy Krus - Nyuellz Old Boyz 2:0
Abreqo, 44. Andino, 50.

3-cü turdan təxirə salınan oyun
Qodoy Krus – San Lorenso 1:1
Ulariaqa, 35 – Qiay, 45+14.

1. Veles Sarsfild 18 11 4 3 31-12 37
2. Atletiko Urakan 18 9 7 2 20-9 34
3. Talyeres de Kordoba 18 8 7 3 23-19 31
4. İnstituto 18 8 4 6 25-17 28
5. Rasinq 18 8 4 6 25-18 28
6. Union 18 7 6 5 18-16 27
7. Deportivo Riestra 18 8 3 7 21-21 27
8. River Pleyt 18 6 8 4 21-13 26
9. Qodoy Krus 18 6 8 4 20-17 26
10. Estudiantes 18 7 5 6 21-19 26
11. Atletiko Tukuman 18 7 5 6 18-20 26
12. İndependyente 18 5 10 3 15-12 25
13. Belqrano 18 6 7 5 21-20 25
14. Tiqre 18 6 6 6 24-22 24
15. Ximnasiya 18 6 6 6 17-16 24
16. Boka Xuniors 18 6 6 6 20-20 24
17. Platense 18 6 6 6 15-15 24
18. Rosario Sentral 18 6 5 7 22-19 23
19. Arxentinos Xuniors 18 6 4 8 14-17 22
20. Sentral Kordoba 18 6 4 8 22-26 22
21. San Lorenso 18 5 6 7 15-17 21
22. Lanus 18 4 8 6 19-26 20
23. İndependyente Rivadaviya 18 5 5 8 11-19 20
24. Nyuellz Old Boyz 18 5 5 8 12-21 20
25. Sarmyento 18 4 7 7 14-19 19
26. Banfild 18 4 6 8 16-22 18
27. Defensa y Xustisiya 18 3 6 9 15-28 15
28. Barrakas Sentral 18 2 6 10 8-23 12

Bombardirlər: B.Romero (Veles Sarsfild) – 11, X.Errera (Deportivo Riestra) – 9, Borxa (River Pleyt), M.Ximenes (Boka Xuniors) – 8.

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

23-09-2024, 15:0

“Veles Sarsfild” üçün düşərli tur - “River Pleyt” heç-heçə seriyasına son qoydu

Dünya futbolu

11-09-2024, 14:0

“Atletiko Urakan”ın ilk məğlubiyyəti və “Veles Sarsfild” vahid liderdi - İCMAL

Dünya futbolu

28-09-2024, 21:0

“Veles Sarsfild”dən ardıcıl 5-ci qələbə - 263-cü “Superklasiko”da “River Pleyt” qalib gəldi

Dünya futbolu

3-09-2024, 20:0

“Veles Sarsfild” liderliyə şərik oldu

Dünya futbolu

7-10-2024, 16:0

“Veles Sarsfild”i dayandıran tapıldı - Martinesin “Boka Xuniors” macərası 8 ay çəkdi

Dünya futbolu

17-10-2024, 08:0

Erron “Boka Xuniors”a qələbə ilə qayıtdı - ŞƏRH

Aktual
“Daha tutarlı hücumlar quran KuPS qonaqların müdafiəçilərinə çətin anlar yaşatdı” – rəqibin baxışı
“Neftçi” potensialından maksimum yararlansa, geridönüş edə bilər” - Mahmud Qurbanov
Oyuna bir gün qalıb, amma “Zirə” hələ bilet satmır – nə vaxt başlayacaq?
Sərfəli təklif aldılar, klubu elitada saxlayan futbolçunu satdılar
Mümkünsüz arzularla alovların arasından üzmək... – Dambrauskas şeir dedi
“Çempionat bitəndən sonra rəhbərliklə aramızda fikir ayrılığı yarandı” - Rahid Əmirquliyev
Son xəbərlər
  • Bu gün, 10:31
    “Daha tutarlı hücumlar quran KuPS qonaqların müdafiəçilərinə çətin anlar yaşatdı” – rəqibin baxışı
  • Bu gün, 10:10
    5 güləşçimiz U-17 dünya çempionatında mübarizəyə başlayır
  • Bu gün, 09:59
    “Neftçi” potensialından maksimum yararlansa, geridönüş edə bilər” - Mahmud Qurbanov
  • Bu gün, 09:38
    "Kəpəz"in rəhbəri Gəncənin icra başçısı ilə görüşdü
  • Bu gün, 00:40
    "Tam olaraq formadayıq və hazırıq” - "Payde"nin baş məşqçisi
  • Bu gün, 00:15
    "Yeganə istəyim budu ki, futbolçularım kişi kimi mübarizə aparsınlar" - Yuri Vernidub
  • Dünən, 23:54
    "Sabah"ın rəqibi bəlli oldu - ÇL
  • Dünən, 23:23
    "Şamaxı" müdafiəçi transfer etdi
  • Dünən, 22:52
    AFFA-nın baş katibi milli üzvləri ilə görüşdü
  • Dünən, 22:21
    "Turan Tovuz" Türkiyə klubu ilə qarşılaşacaq
  • Dünən, 22:16
    "ÇSKA-ya qarşı səhv etmək olmaz" - Qurban Qurbanov
  • Dünən, 22:10
    Caz nazirliyi
  • Dünən, 21:40
    Oyuna bir gün qalıb, amma “Zirə” hələ bilet satmır – nə vaxt başlayacaq?
  • Dünən, 21:20
    "Sabah" Maludanı "Bazel"ə satdı - RƏSMİ
  • Dünən, 20:59
    “Qurban Qurbanov taktiki tələlər qura bilir” – “Qarabağ”ın sabiq futbolçusundan ÇSKA-ya xəbərdarlıq
  • Dünən, 20:26
    İspaniyadan İngiltərəyə üz tutdu
  • Dünən, 19:55
    ''Qalatasaray'' prezidentindən İkardi etirafı - ''Ondan cavab gözləyirik''
  • Dünən, 19:24
    Klubu ilə yenidən anlaşdı
  • Dünən, 18:53
    Sərfəli təklif aldılar, klubu elitada saxlayan futbolçunu satdılar
  • Dünən, 18:22
    Almaniyalı əfsanə Musialaya xəbərdarlıq etdi
  • Dünən, 17:51
    ÇSKA-da taktiki sxem və heyət dəyişikliyi – fərqli oyun, yoxsa tələ?
  • Dünən, 17:20
    “Araz-Naxçıvan” azarkeşlərdən bir qədər də uzaqlaşdı – klub problemi necə həll edəcək?
  • Dünən, 16:59
    Mümkünsüz arzularla alovların arasından üzmək... – Dambrauskas şeir dedi
  • Dünən, 16:28
    “Çempionat bitəndən sonra rəhbərliklə aramızda fikir ayrılığı yarandı” - Rahid Əmirquliyev
  • Dünən, 15:57
    “Artıq milli komandanın baş məşqçi vəzifəsinə namizəd deyiləm” - Pirlonun “skuadra adzurra”ya təyinatı niyə rəsmiləşmədi?
  • Dünən, 15:36
    “Bəzi suallara istədiyim cavabı verə bilməyəcəm” – Rəşad Sadıqov
  • Dünən, 15:15
    “Payde” Sumqayıtda yalqız qalacaq!
  • Dünən, 14:54
    “Karvan-Yevlax”dan növbəti transfer
  • Dünən, 14:23
    "Qarabağ"ın oyununda bizi narahat edə biləcək çox məqam var"- ÇSKA-nın baş məşqçisi
  • Dünən, 13:52
    “Bu səbəbdən ona oyunlarda şans vermirəm” – Abbas Hüseynovun taleyi bəlli oldu
  • Dünən, 13:31
    ''Qalatasaray'' istəyir, ''Ayntraxt'' buraxmır
  • Dünən, 13:00
    “İmarət Avropa” "Qarabağ"ı tək qoymayacaq
  • Dünən, 12:39
    “İtaliyada insanları nəticədən başqa heç nə maraqlandırmır” - Fonseka “Milan”da işlədiyi dönəm haqda nələr dedi?
  • Dünən, 12:18
    "Hər şey yaxşıdı, amma davam etmək lazımdı" - Aleksey İsayev
  • Dünən, 11:57
    Azərbaycan klubu ilə anlaşdı, Bolqarıstana qaçdı
Daha çox
Oxunub: 345
Qurban Qurbanovdan Sofiya səfəri ilə bağlı gözlənilməz qərar – o, qələbənin açarını tapıb?
Oxunub: 213
“İmişli”nin taleyi bəlli oldu – Arazın bu tayından Kürün o tayına
Oxunub: 210
“Bu səbəbdən ona oyunlarda şans vermirəm” – Abbas Hüseynovun taleyi bəlli oldu
Oxunub: 164
Mahir Polşada bəxtsizlikdə üzləşdi - ilk tur matçında nə baş verdi?
Oxunub: 151
ÇSKA-nın stadionunda 72 saatda üç oyun keçiriləcək – ot örtüyü “Qarabağ”a problem yarada bilər!
Oxunub: 115
“Bu mövzu ilə bağlı sualları Cavid Hüseynova ünvanlamaq daha doğru olar” – “Cəbrayıl” niyə satıldı?
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə