• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Konsert, möhtəşəm xoreoqrafiya, axırda da darmadağın - YAZI

Aktual / Yazarlar

26-10-2024, 21:0

Onsuz da Bakı metrosunda həmişə sıxlıq olur. Sərnişinlər, adətən, ya səssiz-səmirsiz düşəcəyi ünvanı gözləyir, ya da mobil telefonlar vasitəsilə “vaxt öldürür”.

Cümə axşamı saat 18.00 radələrində isə durum bir qədər fərqli idi. Sıxlıq öz yerində, amma bu dəfə insanların əksəriyyəti “Qarabağ” formasını geymişdi, dost-tanışla birgə “Ayaks”la matçın müzakirəsini aparır, həm oyuna, həm də Mərdan Kazımovun iştirakıyla keçiriləcək konsertə tələsirdi. Təbii ki, bu sırada mən də var idim. Düzdü, insanların futbol sevgisi, xüsusilə “Qarabağ”a rəğbəti, “Ayaks”ı məğlub edəcəyini düşünənlərin çoxluğu məni xeyli sevindirdi. Amma kefimə soğan doğrayan hala da şahidlik etdim.

Ona görə ki, metronun “Gənclik” stansiyasının çıxışında real qiyməti 5 manat olan biletlərin əhaliyə baha təklif edildiyini gördüm. Hətta bir qrup şəxsin söhbətini eşidəndə məlum oldu ki, hüquq-mühafizə orqanları nə az, nə çox - 12 nəfəri bu üzdən saxlayıb. “Qarabağ” biletlərin “qara bazar”a çıxmasının qarşısını almaq üçün nə vaxt ciddi tədbir görəcək” deyə düşünürdüm ki, stadion ərazisindən Mərdan Kazımovun səsi ucaldı: “Göy və ağ, bizim rənglər! Qələbə bizi səslər!”

Konsert bitəndən sonra jurnalistlər üçün ayrılan media sektoruna yollandım. Bir qədər sonra komandalar meydana çıxdı. Avropa Liqasının himni səslənərkən “İmarət Tayfa” “Ruhlar şəhərindən Avropaya”, “Qarabağ Ordu” isə “İnanırıq ki, ağ və göy üçün döyüşəcəyik” sözlərinin ingilis dilində yazıldığı xoreoqrafiyalar açdı. Qeyd etmək yerinə düşər ki, “İmarət Tayfa”nın xoreoqrafiyasında həm də Ağdamda yerləşən, ermənilərin dağıtdığı Cümə məscidi də əks olunmuşdu. Azarkeşlərin əziyyət çəkdiyi, xüsusi hazırlıq işləri gördüyü hiss olunurdu. Mövzunun xoşagəlməz tərəfi odu ki, Amsterdamdan Bakıya gələn 500 niderlandlı azarkeş bizimkilərdən fərqli əvvəldən sona qədər susmadı: bəstələr oxudular, şüarlar səsləndirdilər, yeri gələndə yalnız qışqırdılar. Stadiondakı 27 mindən çox azərbaycanlı isə nadir hallarda varlığını hiss etdirdi. Bu üzdən azarkeşlərinin güclü dəstəyini tirajlayan, komandalarının qələbəsiylə yanaşı, tribunada da üstün olduqlarını yazan Niderland mətbuatına haqq verməmək olmur!

Amma bu o demək deyil ki, “Qarabağ” tam dəstəksiz qalmışdı. “İmarət Tayfa” “Ayaks”ın hesabı açmasından dərhal sonra “UEFA mafiya” şüarları səsləndirdi. Bu o deməkdi ki, “Qarabağ” yenə “İdman tədbirinə uyğun olmayan mesajın ötürülməsi” maddəsiylə 6000 avro cərimələnəcək. Bəs görəsən, oyunu izləmək üçün “Tofiq Bəhramov”a gələn Rəşad Sadıqovun yüngül qəza keçirən avtomobili onu nə qədər ziyana salıb? Beləcə “Qarabağ”ın növbəti məğlubiyyətinə şahidlik etdik. “Ayaks” qələbəni qeyd etmək üçün azarkeşlərinə yaxınlaşdı. “Köhlən atlar” isə həm “İmarət Tayfa”ya, həm də “Qarabağ Ordu”ya təşəkkür edərək paltardəyişmə otağına yollandı. Nə forma istəyən azarkeşlərə məhəl qoydular, nə də jurnalistlərin suallarını cavabladılar...

ƏSƏD SEYİDOV

Paylaş:
Digər xəbərlər

Avropa Liqası

22-10-2024, 23:0

"Qarabağ"ın oyunundan öncə konsert keçiriləcək

Ölkə futbolu

18-10-2024, 15:0

"Qarabağ" - "Ayaks" oyununa neçə bilet satılıb?

Avropa Liqası

17-10-2024, 10:0

“Qarabağ” - “Ayaks" oyununun biletləri satışa çıxarılır

Avropa Liqası

21-10-2024, 16:0

"Qarabağ" "Ayaks"la oyun haqda məlumat yaydı - azarkeşlərin diqqətinə!

Aktual

14-02-2023, 15:0

“Bakı Metropoliteni” QSC “Qarabağ”ın müraciətini təsdiqlədi

Aktual
Murad Məmmədov gözəl qol vurdu, Mahir Emreli mərhələ adladı
Qurban Qurbanov Koxalskini ehtiyatda saxladı! – “Dinamo” üçün heyət açıqlandı
“Bu suala dəqiq cavabı çempionat vaxtı ala biləcəyik” – “Zirə”nin oyunları arasında 17 gün fasilə var!
“Qarabağ” erkən qol vursa, oyuna nəzarəti ələ alacaq” – ağdamlılar nədən ehtiyatlanmalıdı?
“Qələbə qazanmağı düşünürük” - yeganə qolun müəllifi danışdı
“Sabah” bu dəfə də ilk oyunu səfərdə keçirəcək – Rumıniyada...
Son xəbərlər
  • Bu gün, 01:09
    Murad Məmmədov gözəl qol vurdu, Mahir Emreli mərhələ adladı
  • Bu gün, 00:17
    "Qarabağ"ın növbəti rəqibi məlum oldu
  • Dünən, 23:56
    "Elvin üçün faydası varsa, tez-tez asfalta göndərərik" - Qurban Qurbanov
  • Dünən, 23:35
    "Fürsətlərdən yararlana bilmədik" - İvan Kostyuk
  • Dünən, 23:13
    "Sabah"ın "Tofiq Bəhramov" seçiminin əsl səbəbi - klub Masazırda hansı problemlə üzləşib?
  • Dünən, 22:30
    MY yeniyetmə futbolçu aldı
  • Dünən, 22:02
    "Qarabağ" Konfrans Liqasının pley-offunda! - YENİLƏNİB
  • Dünən, 21:11
    Klubu ilə yenidən anlaşdı
  • Dünən, 20:35
    "Real”a yeni mövsümdə lazım olmadı
  • Dünən, 20:04
    Gözlənilən təyinat rəsmiləşdi
  • Dünən, 19:33
    Qurban Qurbanov Koxalskini ehtiyatda saxladı! – “Dinamo” üçün heyət açıqlandı
  • Dünən, 19:25
    Dünya çempionunun yolu haradı?
  • Dünən, 18:33
    Klubu ilə yenidən anlaşdı
  • Dünən, 18:00
    APL Fantasy platformasında qeydiyyatdan keçənlərin sayı 10 000-i ötdü!
  • Dünən, 17:53
    Fransa çempionu yeni qapıçı aldı
  • Dünən, 17:43
    “Tofiq Bəhramov” dolub-daşacaq! – artıq 26945 bilet satılıb
  • Dünən, 17:23
    O, artıq “Barselona”ya lazım deyil
  • Dünən, 17:04
    "Qarabağ" "Dinamo" matçından öncə fan-zona yaradılacaq
  • Dünən, 16:20
    "Şəfa"dan növbəti transfer
  • Dünən, 15:50
    Londondan Liverpula yollandı
  • Dünən, 15:20
    Haunun xələfi o oldu
  • Dünən, 14:49
    “Qarabağ”ın oyununa görə metro gücləndirilmiş rejimdə işləyəcək
  • Dünən, 14:20
    "Araz-Naxçıvan" "Sabah"ın müdafiəçisini icarəyə götürdü
  • Dünən, 13:58
    MS-yə yenə gərək olmadı
  • Dünən, 13:27
    Fransadan Almaniyaya yollandı
  • Dünən, 12:56
    Milli komandanı tərk edəcək
  • Dünən, 12:25
    Bolonyadan Turinə yollanmağa yaxındı
  • Dünən, 11:54
    "Kəpəz" belçikalı yarımmüdafiəçi transfer etdi
  • Dünən, 11:23
    “Bu suala dəqiq cavabı çempionat vaxtı ala biləcəyik” – “Zirə”nin oyunları arasında 17 gün fasilə var!
  • Dünən, 10:52
    Millimiz Qazaxıstana uduzdu
  • Dünən, 10:31
    Məşhur futbolçu inadından dönmür
  • Dünən, 10:00
    Portuqaliyadan İngiltərəyə üz tutdu
  • Dünən, 00:57
    PSJ ardıcıl ikinci dəfə Avropa Superkubokunu qazandı
  • 12-08-2026, 23:0
    Bundan sonra İtaliyada oynayacaq
  • 12-08-2026, 22:0
    Dortmundu tərk etdi
Daha çox
Oxunub: 334
Masazırdakı dava "Sabah" üçün başağrı olacaq... - "Orhus" UEFA-ya şikayət etdi!
Oxunub: 283
Sıfır, sıfır, sıfır - buna görə Rəşad Sadıqov onu göndərdi
Oxunub: 202
“Abbas artıq məşqlərə qoşulub, bizlə məşq edir” – bəs sonra?
Oxunub: 132
“Turan Tovuz” eyforiyadadı?
Oxunub: 105
“İlk iş günündə stadion rəhbərliyinə yazılı bildiriş göndəriləcək” – PFL-in təftişinin nəticəsi bəlli oldu
Oxunub: 105
“Avrokuboklarda oynamaq heç bir kluba başqası üzərində üstünlük vermir” - “Xəmsə”dən sərt reaksiya
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə