• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Almaniya bir qolla pley-offu təmin etdi - İCMAL

Dünya futbolu

21-10-2024, 13:0

Bu qrupda əsas diqqətlər Münhenə yönəlmişdi.

Dünya futbolunun iki nəhənginin dueli məhsuldar alınmasa da, oyunun maraqsız keçdiyini söyləmək olmaz. Heyətlə bağlı problemlərə baxmayaraq, Yulian Naqelsmannın komandası çox yaxşı performans sərgilədi. Naqelsmann bu dəfə “Hoffenhaym”ın təcrübəli qapıçısı Baumann ilə “Ştutqart”lı Levelinqə debüt imkanı yaratdı. Onların hər ikisi yaxşı təsir bağışladı. Levelinq artıq 2-ci dəqiqədə hesabı açsa da, işə VAR qarışdı. Hücumun əvvəlində qəribə ofsayd qeydə alındı. Çünki ofsaydda olan Qnabri aktiv vəziyyətə gələnə qədər qonaqların iki üzvü topa toxunmağa macal tapmışdı. Bundestim ilk yarını qapıya zərbələr baxımından 8:0 öndə tamamladı! “Narıncılar”ın ilk hissəni qapıya zərbə vurmadan tamamlamasına sonuncu dəfə 2019-un iyununda Portuqaliyaya qarşı oyunda rast gəlinmişdi. Ronald Kuman fasilədə iki dəyişikliyə əl atdı və bunun sayəsində qonaqlar bir qədər nəfəs almağa başladılar. Hətta komanda tədricən üstünlüyü də ələ aldı. Amma qəribədi ki, qolu meydan sahibləri vurdu. Künc zərbəsindən sonra yaranan qarışıqlıq zamanı top Levelinqin önündə düşdü. 23 yaşlı vinger isə qüvvətli zərbə ilə topu yaxın yuxarı küncə “sancdı”. Bu qolun artıq qeydə alınmaması mümkün deyildi.

Qoldan sonra Almaniya praqmatik oynayaraq özünə lazım olan nəticəni qoruya bildi. Qonaqların son anlarda iki yaxşı fürsəti oldu. Əvvəlcə Simonsun zərbəsindən sonra top tirə tuş gəldisə, Malenin zərbəsi zamanı Baumann inamlı oynadı. Beləliklə, bundestim bu nəticədən sonra qrupu ilk iki pillədə bitirməyi rəsmiləşdirdi. Yəni komanda tarixində ilk dəfə ML-də pley-offa yüksəldi. Niderlandın isə işi çətinləşdi. Çünki Macarıstan səfərdə Bosniya və Hersoqovina üzərində inamlı qələbə qazanmaqla xal hesabında Niderlanda çatdı. Ona görə də bu komandaların gələn ay keçiriləcək oyununu səbirsizliklə gözləməyə dəyər.

A liqası, 3-cü qrup
Almaniya – Niderland 1:0 (0:0)

Almaniya: Baumann, Kimmix, Rüdiger, Şlotterbek, Mittelştadt, Ştiller (Anton, 82), Pavloviç (Şade, 77), Qnabri, Virts (Andrix, 46), Levelinq (Qosens, 87), Klayndinst (Burkardt, 82).
Niderland: Verbrüggen, Dyumfris, De Vrey, Van De Ven, Hato, Qravenberx (Qeertruyda, 80), K.Timber (Viffer, 46), Simons, Reynders (Malen, 46), Qakpo (Frimponq, 65), Brobbi (Zirkzee, 65).
Qol: Levelinq, 64.
Vərəqələr: Reynders, 30. Rüdiger, 63. Viffer, 63. Anton, 90+3. Simons, 90+3. Şlotterbek, 90+3 – sarı.
Hakim: Slavko Vinçiç (Sloveniya).
14 oktyabr. Münhen. 68367 tamaşaçı.

Bosniya və Hersoqovina – Macarıstan 0:2 (0:1)
Bosniya və Hersoqovina: Vasil, Qazibeqoviç (Omeroviç, 46), Katiç, Biçakçiç, Kolaşinats, Tahiroviç (Şariç, 79), Qiqoviç (Huseynbaşiç, 64), Bayraktareviç, Burniç (Tabakoviç, 64), Hayradinoviç (Başiç, 79), Ceko.
Macarıstan: Dibuş, Bolla (Gera, 68), Botka, Orban, Fiola, J.Nad (Suç, 86), Nikitşer, Şafer (A.Nad, 86), Şallai (Qazdaq, 68), Soboslai, Varqa (Adam, 78).
Qollar: Soboslai, 38 (0:1). Soboslai, 50-p. (0:2).
Vərəqələr: Katiç, 24. Kolaşinats, 60. Huseynbaşiç, 74. Fiola, 87 – sarı.
Hakim: Entoni Teylor (İngiltərə).
14 oktyabr. Zenitsa. 8329 tamaşaçı.

1. Almaniya 4 3 1 0 10-3 10
2. Niderland 4 1 2 1 8-6 5
3. Macarıstan 4 1 2 1 3-6 5
4. Bosniya və Hersoqovina 4 0 1 3 3-9 1
16 noyabr: Niderland – Macarıstan, Almaniya – Bosniya və Hersoqovina.

Faktlar
* Almaniya Naqelsmannın başçılığı altında 17-ci oyunda 10-cu qələbəsini qazandı (4 heç-heçə, 3 məğlubiyyət).
* Qapıçı Baumann 34 yaş 131 günlüyündə Almaniya yığmasında ilk oyununu keçirdi. O, İkinci Dünya Müharibəsindən bəri bundestimin ən yaşlı ikinci debütantı kimi tarixə düşdü! 1959-un mayında Polşa ilə yoldaşlıq oyununda Mattias Maurits almanların heyətində 34 yaş 188 günlüyündə debüt etmişdi.
* Levelinq Naqelsmannın dönəmində yığmada debüt oyununda fərqlənməyi bacaran ilk futbolçu oldu. Bundestimin heyətində sonuncu dəfə bu sevinci 2022-ci ildə Niklas Füllkruq yaşamışdı.

Oyundan sonra
Yulian Naqelsmann, Almaniya yığmasının baş məşqçisi:

“İlk yarıda qol vura bilməsək də, oyunumuzdan çox razı qaldım. Hətta deyərdim ki, bu il ilk yarılardakı ən yaxşı oyunumuzu sərgilədik. Komandam çox istəkli görünürdü. Həm müdafiədə, həm də hücumda yaxşı təsir bağışladıq. Ona görə də tam layiqli şəkildə qələbə qazandığımızı deyə bilərəm. Rəqib oyunboyu yalnız bir dəfə, o da son saniyələrdə qapımız önündə təhlükə yarada bildi. Komanda düzgün yoldadı və çox ambisiyalıdı. Belə də irəliləməliyik. Paltardəyişmə otağında çox yaxşı ab-hava hökm sürür. Çünki hər kəs qalib gəlmək istəyir. Levelinq debüt oyununda özünü itirmədi. Onu uğurlu debüt münasibətilə təbrik edirəm”.

Ronald Kuman, Niderland yığmasının baş məşqçisi:
“Bu qədər geriyə çəkilməməliydik. Bir komanda çox geriyə çəkilirsə, sanki özü rəqibi üzərinə gəlməyə vadar edir. Bəzi oyun komponentlərində yetərli səviyyədə deyildik. Almaniya bizdən bir baş üstün futbol sərgilədi. Ona görə də oyunumuzdan razı qala bilmərəm. Almanlar daha cəld düşünür və fiziki cəhətdən də bizi üstələyirdilər. Onların qol fürsətləri də çox oldu. Bu qədər müdafiəyə çəkilmək planlarımıza daxil deyildi. Əksinə, pressinqdən və sağ cinahdan daha çox faydalanmaq istəyirdik. Amma bu, işə yaramadı”.

Paylaş:
Digər xəbərlər

AÇ

23-06-2024, 20:0

Bundestim ilk 1/8 finalçı oldu - REPORTAJ

Dünya futbolu

16-10-2024, 03:0

Niderland 1 xala sevinməli oldu - İCMAL

Dünya futbolu

16-10-2024, 22:0

Türkiyə səfərdə İslandiya lənətinə 4 qolla son qoydu

Dünya futbolu

17-09-2024, 12:0

Amsterdamda qollu “sülh” - İCMAL

AÇ

19-05-2024, 20:0

Naqelsmann Hummels ilə Qoretskaya ehtiyac duymadı

Çempionlar Liqası

17-03-2023, 23:0

“İnter” dirəklərlə birləşib istəyinə çatdı – REPORTAJ

Aktual
Tovuzda tribunalar dolmadı - niyə?
Yalnız iki azərbaycanlı oynadı, ölkə qarışdı – “Ona görə də hələlik gözləyək”
"Qəbələdə bilet satmayacağıq, "açıq qapı" olacaq" - "Araz-Naxçıvan" azarkeş sayını artıra biləcəkmi?
Yeni sponsor tapan klubun hədəfi nə olacaq?
“Günahımı hiss edirəm və məsuliyyəti öz üzərimə götürürəm” – “Dinamo”nun oyunçusu
Vernidub 400 min avroluq əcnəbi müdafiəçi istəyir – appendisit...
Son xəbərlər
  • Bu gün, 20:04
    "Neftçi" fərqi artırdı - YENİLƏNİR
  • Bu gün, 19:56
    Londondan Madridə yollandı
  • Bu gün, 19:25
    Tovuzda tribunalar dolmadı - niyə?
  • Bu gün, 18:56
    "Qarabağ"ın rəqibi ilk qələbəsini qazandı
  • Bu gün, 18:27
    “Sabah” və “Qarabağ”ın oyunları təxirə salındı
  • Bu gün, 17:56
    "Sumqayıt" - "Neftçi": START HEYƏTLƏRİ
  • Bu gün, 17:25
    Doğma klubuna qayıtdı
  • Bu gün, 16:54
    "Sabah" - "Hapoel" matçının biletləri satışa çıxarıldı
  • Bu gün, 16:23
    Yalnız iki azərbaycanlı oynadı, ölkə qarışdı – “Ona görə də hələlik gözləyək”
  • Bu gün, 15:52
    AFFA-nın baş katibi "Sabahın Ulduzları" yarışında
  • Bu gün, 15:31
    Niderlanda yollanacaq
  • Bu gün, 15:00
    İki boksçumuz 1/4 finalda - Avropa çempionatı
  • Bu gün, 14:29
    Milandan Turinə yollana bilər
  • Bu gün, 13:58
    "Yeni mərhələyə başlamağın vaxtıdı" - Zubir
  • Bu gün, 13:27
    “Milan”ı tərk etməyəcək
  • Bu gün, 12:56
    MS-ni tərk edə bilər
  • Bu gün, 12:25
    "Qarabağ"da Zubir dönəmi başa çatdı - RƏSMİ
  • Bu gün, 11:54
    Romadan Milana üz tuta bilər
  • Bu gün, 11:23
    Dünya çempionu paytaxt klubunda
  • Bu gün, 10:52
    “Qarabağ”ın ulduzlarından biri getdi – 8 titul, 79 qol, 96 ötürmə!
  • Bu gün, 10:31
    London klubunda yeni futbolçu
  • Bu gün, 10:00
    İspaniyada zəruri təxirəsalma
  • Bu gün, 00:05
    Masazırda "bayquş ulayırdı"!
  • Dünən, 23:55
    "Eyni vaxtda üç turnirdə çıxış etmək asan olmayacaq" - Valdas Dambrauskas
  • Dünən, 23:33
    "Transferlərdən narazılığımız yoxdu" - Azər Məmmədov
  • Dünən, 23:11
    "Potensialımız daha çoxdu" - Cavid Hüseynov
  • Dünən, 22:20
    Nuriyev qol vurdu, komandası uduzdu
  • Dünən, 21:48
    "Araz-Naxçıvan"da baş məşqçi ilə bağlı qərar
  • Dünən, 21:27
    "Biz də qələbə qazana bilərdik, rəqib də" - Fərid Namazov
  • Dünən, 20:56
    Madrid klubu ilə razılığa gəldi
  • Dünən, 20:25
    "Sumqayıt"dan növbəti transfer
  • Dünən, 19:55
    "Sabah" - "Kəpəz": START HEYƏTLƏRİ
  • Dünən, 19:24
    İtaliyanın paytaxtını tərk etdi
  • Dünən, 18:53
    Ulduz futbolçu imicini dəyişdi
  • Dünən, 18:20
    Arif Əsədov "Qarabağ" üçün fəlakət ssenarisini açıqladı – “Allah eləməmiş, kənarda qalsalar...”
Daha çox
Oxunub: 337
Masazırdakı dava "Sabah" üçün başağrı olacaq... - "Orhus" UEFA-ya şikayət etdi!
Oxunub: 136
“Turan Tovuz” eyforiyadadı?
Oxunub: 133
Vernidub 400 min avroluq əcnəbi müdafiəçi istəyir – appendisit...
Oxunub: 122
Arif Əsədov "Qarabağ" üçün fəlakət ssenarisini açıqladı – “Allah eləməmiş, kənarda qalsalar...”
Oxunub: 105
“İlk iş günündə stadion rəhbərliyinə yazılı bildiriş göndəriləcək” – PFL-in təftişinin nəticəsi bəlli oldu
Oxunub: 105
“Avrokuboklarda oynamaq heç bir kluba başqası üzərində üstünlük vermir” - “Xəmsə”dən sərt reaksiya
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə