Dani Karvaxalın uzun müddətə sıradan çıxmasının ardından müdafiənin sağ cinahını gücləndirmək istəyən ''Real'' bu mövqe üçün namizədləri müəyyənləşdirib.
Hələ ki, əsas namizəd ''Liverpul''lu Trent-Aleksander Arnold sayılır. Onun alternativi isə ''Bayer-04''lü Jeremi Frimponqdu. Amma belə görünür, Madrid nəhəngi yalnız yayda bu oyunçulardan birini transfer edə biləcək. Arnoldun müqavilə müddəti mövsümün sonunda başa çatacaq. Niderlandlı Frimponq isə qışda ''Bayer-04''ü tərk etmək istəmir.
Leverkuzen təmsilçisi ilə 2028-ci ilə qədər müqaviləsi olan Frimponqun təzminatı 40 milyon avrodu. Ötən mövsüm ulduzu parlayan və Niderland yığmasına da dəvət alan 23 yaşlı Frimponq 2024/25-də 10 rəsmi oyunda 1 qol, 5 məhsuldar ötürmə ilə fərqlənib.
ƏLİ