Erlinq Holann yaxın gələcəkdə “Barselona”nın formasını geyə bilər.
İspaniya klubunun prezidenti Xuan Laporta “Mançester Siti”nin hücumçusunu göy-qırmızı formada görmək istəyir. “Sport.es” saytının məlumatına görə, Laporta klubda işlədiyi müddətdə ən azı bir dəfə daha səs-küylü transfer etməyi planlaşdırır. O, 24 yaşlı norveçli ilə 2025 və ya 2026-cı ildə müqavilə imzalamaq istəyir.
Erlinq MS-də 2022-ci ildən çıxış edir. Futbolçunun klubla müqaviləsinin müddəti 2027-ci ilə qədərdi. Hazırda onun transfer dəyəri 200 milyon avro qiymətləndirilir. Holannın bu mövsüm bütün turnirlərdə 10 matça çıxdığını və 11 qol vurduğunu da qeyd edək.