• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Qalatasaray” 3:0-ı əldən verdi! - Aleksin komandası “Fənərbaxça” ilə bacarmadı

Dünya futbolu

5-10-2024, 14:0

Tur cümə günü Sivasda start götürdü. Mövsümə heç də pis başlamayan “İstanbul BŞ” Fiqeyredonun qolları sayəsində hesabına 3 xal yazdı.

Şənbə gününün açılış oyununda debütant “Göztəpə” Samsuna səfər etmişdi. Tura məğlubiyyətsiz daxil olan İzmir təmsilçisi bu seriyanı davam etdirməyə çox yaxın idi. Amma Stanimir Stoylovun komandası 70-ci dəqiqəyə 3:1 öndə daxil olduğu qarşılaşmada heç 1 xal da qazana bilmədi!

“Çaykur Rizəspor” isə “Alanyaspor” səfərindən əliboş dönməklə ardıcıl 5-ci turu xalsız tamamladı. Rizəlilərin çalışdırıcısı İlhan Palutun mövqeyi ciddi şəkildə laxlamağa başlayır. Bazar günü əsas diqqətlər “Rams Park”a yönəlmişdi. “Qalatasaray” “Kasımpaşa”nı yenərək tarixində ilk dəfə mövsümə ardıcıl 7 qələbə ilə start vermək arzusunda idi. Okan Buruk nədənsə bu oyunda ciddi rotasiya əl atmaq qərarına gəldi. Barış Alpər Yılmaz, Kaan Ayhan, Mertens və Torreyra kimi əsas oyunçular ehtiyatda qaldı. Torreyra heç sonradan da meydana çıxmadı. Halbuki “Cim-Bom”u həftəiçi Avropa Liqasında o qədər də qorxulu rəqib gözləmir. Burukun minimum güclə maksimum nəticə qazanmaq planı özünü doğrultmadı. Düzdü, oyunun əvvəlləri Osimhenlə İkardinin şousuna çevrildi. Nigeriyalı forvard, nəhayət, tilsimi qıraraq 8 dəqiqə aralığında iki dəfə fərqləndi. İkardi isə hesabı darmadağın həddinə çatdırdı.

Adətən, çempionatda “Qalatasaray”ın rəqibləri bu cür durumlarda “ağ bayraq qaldırır”. Amma fasiləyə qədər qollardan birinin əvəzini çıxan inadkar “Kasımpaşa” ikinci hissədə güclü rəqibinə çətin anlar yaşatdı. “Cim-Bom” həm də fasilədə zədə üzündən Osimheni itirincə ikinci hissədə özünə bənzəmədi. Təkcə bir faktı vurğulayaq ki, komanda ikinci yarıda qapıya cəmi bir zərbə endirdi. Burukun əvəzetmələri də işə yaramadı. Son anlarda iki qol vuran “Kasımpaşa” tarixi geridönüşün müəllifi oldu.

Bazar günü daha 4 oyun keçirildi. İlk 5 turdan bərabərliklə ayrılmaqla çox qəribə qrafik cızan “Trabzonspor” “Konyaspor”u yenməklə, nəhayət, mövsümdə ilk qələbəsini qazandı. Qaradənizlilər superliqada 127 günlük qələbə həsrətinə son qoydular. Arda Turanın çalışdırdığı “Eyüpspor” “Qaziantep”i evə əliboş yola salmaqla 3 oyunluq qələbəsiz seriyaya son qoydu. Problemlər məngənəsində boğulan və ötən tur baş məşqçi ilə vidalaşan “Adana Dəmirspor” heç cür uğuruszluq zolağından çıxa bilmir. Komanda bu dəfə debütant “Bodrum”a da boyun əyməklə 7-ci turu sonuncu pillədə və cəmi 1 xalla tamamladı.

Günün və turun əsas oyunu Antalyada keçirildi. İlk 3 ev oyununda uduzmayan “Antalyaspor” “Fənərbaxça”nı qəbul etdi. “Sarı-lacivərdlilər”in əfsanəsi Aleksin antalyalıların başında yer alması, heç şübhəsiz, matça marağı artırırdı. Mourinyo son avrokubok matçında ehtiyatda saxladığı Ceko, Sen-Maksimen, İsmayıl Yüksək, Ciku və Tadiç kimi əsas futbolçuları bu dəfə start heyətində meydana buraxmışdı.

Oyunun əvvəlləri Şimanskinin boşa verdiyi fürsət və meydan sahiblərinin hücumu zamanı topun dirəyə dəyməsi ilə yadda qaldı. Aşağı tempdə keçən ilk yarıda İstanbul nəhəngi rəqib müdafiəsini yara bilmədi. Fasilədən sonra Fred və yeni transfer Kostiçin meydana çıxması ilə təzyiqi artıran “Fənər”, nəhayət, 63-cü dəqiqədə istəyinə çatdı. Məhz Fredin gözəl ötürməsindən sonra qapıçı ilə təkbətək çıxan serbiyalı ulduz fürsəti boşa vermədi. Çox keçmədən Ceko fərqi artırsa da, cüzi ofsayd qeydə alındı. Maraqlıdı ki, Mourinyo epizodu hər kəsə göstərmək üçün əlindəki noutbuku oyunu çəkən kameranın düz önünə qoydu və bu hərəkətinə görə sarı vərəqə aldı. Bununla belə, İstanbul nəhəngi layiq olduğu ikinci qolu vura bildi. Kostiçin sol cinahdan asması zamanı Talisson avtoqol müəllifi oldu.

Beləliklə, “Fənərbaxça” “Qalatasaray”la xal fərqini 3-ə endirmək fürsətini əldən vermədi. Komanda superliqada səfərdəki məğlubiyyətsiz seriyanı 23 oyuna çatdırmaqla (19 qələbə, 4 heç-heçə) şəxsi rekordunu bir qədər də yaxşılaşdırdı. Mourinyo isə Zikodan (2006/07) bu yana “Fənər”in başında ilk 7 turda 5 qələbə qazanan birinci əcnəbi mütəxəssis oldu.

7-ci tur
Qalatasaray – Kasımpaşa 3:3

Osimhen, 20; 28. İkardi, 34 – Fall, 44. Hayradinoviç, 83-p. Da Koşta, 90+5.
Qalatasaray: Muslera, Yelert, Nelsson, Əbdülkərim Bardakcı, Yakobs, Kərəm Dəmirbay, Sara (Berkan Kutlu, 63), Şallai (Barış Alpər Yılmaz, 46), Yunus Akgün (Kaan Ayhan, 63), Osimhen (Mertens, 46), İkardi (Batşuayi, 74).

Antalyaspor - Fənərbaxça 0:2
Tadiç, 63. Talisson, 81-öz qapısına.
Fənərbaxça: Livakoviç, Mərt Müldür, Ciku (Kostiç, 46), Çağlar Söyüncü, Oostervolde, İsmayıl Yüksək (Fred, 46), Amrabat, Tadiç, Şimanski (Mərt Hakan Yandaş, 84), Sen-Maksimen (Bekao, 68), Ceko (Ən-Nəsiri, 79).

Kayserispor – Beşiktaş 0:3
Jedson, 56. İmmobile, 78-p.; 90+1.
Trabzonspor – Konyaspor 3:2
Visça, 16. Banza, 45+4-p.; 54 – Adil Dəmirbağ, 24. Keyta, 89.
Trabzonspor: Uğurcan Çakır, Maleyro, Densvil, Mendi, Ərən Elmalı, Okay Yokuşlu, Ozan Tufan (Çam, 37), Visça (Orşiç, 90), Bardi (Lundstram, 46), Nvakaeme (Sərdar Saatçı, 83), Banza (Draquş, 90).

Sivasspor – İstanbul BŞ 1:2
Meniq, 82 – Fiqeyredo, 43; 49.
İstanbul BŞ: Muhammed Şengezər, Kemen, Ba, Opoku (Həmzə Gürələr, 78), Onur Ərgün, Berat Özdəmir, Krespo, Dəniz Türüc (Ömər Bəyaz, 89), Fiqeyredo (Berkay Özcan, 78), Sərdar Gürlər (Davidson, 72), Pyontek (Keni, 89).

Eyüpspor – Qaziantep 3:2
Ahmed Kutucu, 15. Əmrə Akbaba, 65. Tiam, 79 – Soresku, 28. Əmrə Taşdəmir, 90+2.

Samsunspor - Göztəpə 4:3
Muandilmaci, 28. Ntçam, 70; 90+1. Şindler, 79 – Zəki Yavru, 13-p. Romulo, 41. Juan, 50.

Alanyaspor – Çaykur Rizəspor 1:0
Janvye, 33.

Bodrum – Adana Dəmirspor 3:1
Puşkaş, 13; 82. Seferi, 54 - Qravilyon 60.

1. Qalatasaray 7 6 1 0 23-8 19
2. Fənərbaxça 7 5 1 1 16-5 16
3. Beşiktaş 6 5 1 0 14-4 16
4. Samsunspor 7 5 0 2 11-6 15
5. İstanbul BŞ 6 4 1 1 13-8 13
6. Eyüpspor 7 3 3 1 12-8 12
7. Göztəpə 6 2 3 1 11-7 9
8. Bodrum 7 3 0 4 8-10 9
9. Alanyaspor 7 2 3 2 7-9 9
10. Trabzonspor 6 1 5 0 6-5 8
11. Konyaspor 7 2 2 3 8-10 8
12. Sivasspor 7 2 2 3 6-8 8
13. Antalyaspor 7 2 2 3 9-14 8
14. Kasımpaşa 7 1 4 2 9-11 7
15. Qaziantep 6 1 1 4 6-10 4
16. Çaykur Rizəspor 7 1 1 5 3-15 4
17. Kayserispor 6 0 3 3 5-12 3
18. Hatayspor 6 0 2 4 4-10 2
19. Adana Dəmirspor 7 0 1 6 6-17 1


Bombardirlər: İmmobile (Beşiktaş) – 6, Ceko (Fənərbaxça), Fiqeyredo (İstanbul BŞ) – 5.

Növbəti turun oyunları oktyabrın 4-6-sı aralığında keçiriləcək: Adana Dəmirspor – Samsunspor, Çaykur Rizəspor – Antalyaspor, Qalatasaray – Alanyaspor, Qaziantep – Beşiktaş, Göztəpə - Sivasspor, Hatayspor – Trabzonspor, İstanbul BŞ – Kayserispor, Kasımpaşa – Bodrum, Konyaspor – Eyüpspor.

Turun rəqəmi
3 – “Qalatasaray” bu tur fanatlarına acı sürpriz yaşatdı. Hər halda, ev oyununda 3 topluq üstünlük yaxaladıqdan sonra komandanın qələbəni əldən verəcəyini hətta ən bədbin azarkeş də düşünə bilməzdi. “Cim-Bom” tarixində cəmi 2-ci dəfə çempionat çərçivəsində evdə 3 top fərqi ilə öndə olduğu qarşılaşmada qalib gələ bilmədi. Daha öncə bu durum 1983-ün iyununda “Fənərbaxça” ilə derbidə yaşanmışdı. Həmin vaxt “Qalatasaray” oyunun gedişində 4:1 önə keçsə də, yekunda 4:4-lük bərabərlik qeydə alınmışdı.

Turun ulduzu
Olivye Ntçam (Samsunspor) – ilk 3 oyun günündə 4 fərqli futbolçu dubl etdiyindən turun ulduzunu seçmək asan deyil. Amma biz “Samsunspor”un kamerunlu forvardına üstünlük veririk. Çünki onun qolları sayəsində komandası 2 top fərqi ilə geridə olduğu qarşılaşmada mükəmməl qələbə qazandı. Maraq üçün bildirək ki, “Samsunspor” superliqada sonuncu dəfə 2001-in aprelində “Siirtspor”la oyunda (4:3) 2 topluq geriliyi aradan qaldıraraq qalib gəlmişdi.

Turun sitatı
Fernando Muslera, “Qalatasaray”ın kapitanı:

“İlk yarı ilə ikinci yarıda sanki fərqli qarşılaşmalar izlədik. Adətən, biz belə oynamırıq. Amma bu dəfə fasilədən sonra öz oyunumuzu sərgiləyə bilmədik. “Kasımpaşa” da yaxşı komandadı, ona hörmətlə yanaşmaq lazımdı. Ötən mövsüm də bu həftələrdə “Hatayspor”a uduzmuşduq. Özümüzə tənqidi yanaşmalı və səhvlərimizdən nəticə çıxarmalıyıq. Yolumuz hələ çox uzundu”.

Oyundan sonra
Okan Buruk, “Qalatasaray”ın baş məşqçisi:
“Ən böyük qorxumuz zədə idi, o da başımıza gəldi. Osimhen zədələndiyindən onu əvəzləməli olduq. Əslində 3:1-dən sonra qapımız önündə real qol vəziyyətləri yaranmadı. Amma digər tərəfdən, oyuna istədiyimiz kimi nəzarət edə bilmədik. Qapımıza təyin olunan penalti isə ayrı söhbətin mövzusudu. Oyunçu havaya tullandığı halda top əlinə dəydikdə nə üçün penalti verilir? Burda nəsə uyğunsuzluq var. Ya bizə deyilənlər səhvdi, ya da hakimlərə söylənilənlər. Bəlkə də Avropadakı hakimlər qaydaları səhv bilir! Axı oyunçu qolu bədəninə bitişik vəziyyətdə havaya necə tullana bilər?! Hətta mən bu cür epizodda bizim lehimizə olsa belə, penalti verilməsini istəmərəm. Bu penalti qərarı rəqibin iştahını artırdı. Öz səhvlərimin də fərqindəyəm. Bu gün son bölümü heç də yaxşı keçirmədik. Bu da bizə bir dərs olsun. Mən də daxil olmaqla hər kəs səhvindən nəticə çıxaracaq. 3:2-dən sonra həmişəki futbolumuzu oynaya bilmədik. Daha doğrusu, oynamaq istəmədik. Bizim üçün çox sürpriz bir xal itkisi oldsu. Osimhen və İkardinin qolları seçdiyimiz taktikanın doğru olduğunu göstərdi. İki hücumçu ilə daha hücumameyilli oynadıq. Fasilədən sonra geriyə çəkildik”.

Joze Mourinyo, “Fənərbaxça”nın baş məşqçisi:
“Hər oyundan sonra mənə eyni suallar verirsiz. Nə vaxt zirvədə olacağımızı, nə vaxt oyunumuzun maksimum səviyyəyə çatacağını soruşursuz. Mən bu suallara cavab verə bilmərəm. Bu işlər sehirli dəyənəklə olmur. Üzərimizdə çox çalışmalıyıq. Hamı hər şeyin çox tez baş verməsini istəyir. Amma futbol belə oyun deyil. Futbolda sabitlik çox önəmlidi. Çətin oyun oldu. Aleks komandasını bizə qarşı yaxşı hazırlamışdı. Sərt oyuna üstünlük verdilər. Derbidən sonra keçirdiyimiz hər iki matçdan da qələbə ilə ayrılmışıq. “Tvente” ilə oyundan sonra bizim üçün uzun bir fasilə yaranacaq. Həmin fasilədə qızımın toyu olacaq. Mən təzyiq hiss etmirəm. Çünki təzyiqi özüm öz üzərimdə qururam. Ev-səfər fərqi yoxdu, hər oyunda qalib gəlmək istəyirəm. Hərçənd bunun mümkün olmadığını da bilirəm. Yığma fasiləsində istədiyimiz şəkildə hazırlıq keçə bilmirik. Çünki oyunçularımızın böyük əksəriyyəti öz yığmalarında olur. Əlimizin altında 6-7 futbolçu qalır. Üstəlik bu dəfə yığma fasiləsindən sonrakı turda da oyunumuz olmayacaq. Bu qədər uzun aranın olması çox da xoşuma gəlmir. Bir çox məqamların üzərində çalışmalıyıq. Çünki oyunçular hələ də istədiklərimi tam həyata keçirə bilmir. İlk dəqiqələrdəki epizod məndə böyük suallar yaratdı. İngilislər o epizodu görsələr, təəccüblənərdilər. Avropada az qala hər çempionatda topun xətti keçdiyini göstərən texnologiya var. Türkiyədə nə üçün yoxdu? Gec-tez Türkiyə futbolunun da buna ehtiyacı olacaq”.

Şenol Günəş, “Trabzonspor”un baş məşqçisi:
“Layiqli qələbə qazandıq. Biz daha istəkliydik. Amma oyunun bəzi bölümündə istəklə səviyyə üst-üstə düşmədi. Oyunumuzda həm müsbət, həm də mənfi məqamlar oldu. Müdafiədə inamlı təsir bağışlamırıq. Rəqib hücumçulara qarşı yığcam oynamırıq. Cinah asmaları zamanı da sıxıntı yaşayırıq. İlk 5 turda qalib gələ bilməmişdik. Bu baxımdan sanki üzərimizdən bir yük götürüldü. Oyunçularımı təbrik edirəm. Ümid edirəm ki, qələbənin davamı gələcək. Mövsümün əvvəli ilə müqayisədə indi daha yaxşı durumdayıq. Amma psixoloji cəhətdən çox tez ruhdan düşən komandayıq. Ona görə də növbəti oyunlarda da qalib gəlmək bizim üçün vacibdi. Bəzi oyunçularımız potensialını tam açandan sonra bundan da güclü oynayacağıq”.

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

15-09-2024, 17:0

''Qalatasaray''dan ardıcıl 2-ci darmadağın

Dünya futbolu

17-08-2024, 13:0

''Qalatasaray'' Okan Burukun yubiley oyununda qalib gəldi

Dünya futbolu

18-09-2024, 21:0

''Qalatasaray'' derbiyə lider kimi çıxacaq

Dünya futbolu

31-08-2023, 23:0

Okan Buruk daha bir rekord müəyyənləşdirdi - REPORTAJ

Dünya futbolu

28-07-2022, 13:0

Seferoviç ardıcıl ikinci oyunda qol vursa da…

Dünya futbolu

24-09-2024, 15:0

Okan Buruk Terimin rekordunu təkrarladı - İCMAL

Aktual
“Zirə” Kutaisidə dəstəksiz qaldı – Gürcüstanda 269 min azərbaycanlı ola-ola!
“Cəbrayıl” hələ satılmayıb
Eldəniz Yusubov: “Rəhbərlik hazırda yeni stadion axtarışındadı” - “Araz-Naxçıvan” stadionsuz qaldı
“Püşkün atılması ilə yeni mübarizənin start götürdüyünü elan edə bilərik” – Sənan Abdullayev
"Kəpəz"in Gəncəyə qayıdışı təsdiqləndi, "Şamaxı" problemlə üzləşdi
“Zirə” Kutaisini qaynar qazana çevirdi – “Torpedo”nun kapitanı döyüldü, söyüldü!
Son xəbərlər
  • Dünən, 23:59
    “Zirə” Kutaisidə dəstəksiz qaldı – Gürcüstanda 269 min azərbaycanlı ola-ola!
  • Dünən, 23:30
    Zidanın təyinatı zaman məsələsidi
  • Dünən, 23:11
    Mundialı antirekordçu kimi tərk edib
  • Dünən, 22:40
    "Qarabağ" - ÇSKA matçı üçün biletlər satışa çıxır
  • Dünən, 22:17
    "Sumqayıt"dan "Şamaxı"ya keçdi
  • Dünən, 21:48
    Bir neçə ay futbolsuz qala bilər
  • Dünən, 21:18
    “Cəbrayıl” hələ satılmayıb
  • Dünən, 20:33
    MY-də yeni qapıçı
  • Dünən, 20:00
    DÇ-də 64 komandanın oynayacağı gözlənilir
  • Dünən, 19:29
    Petkoviç postunda qaldı - DÇ-nin ETİMADI
  • Dünən, 19:03
    Mane beynəlxalq karyerasını başa vurdu - DÇ-nin AYRILIĞI
  • Dünən, 18:40
    Eldəniz Yusubov: “Rəhbərlik hazırda yeni stadion axtarışındadı” - “Araz-Naxçıvan” stadionsuz qaldı
  • Dünən, 18:09
    Zidanın təyinatı zaman məsələsidi
  • Dünən, 17:38
    "Azərlotereya" şirkəti ilə ilkin danışıqlarımız olub" - Elgiz Abbasov
  • Dünən, 17:25
    “Püşkün atılması ilə yeni mübarizənin start götürdüyünü elan edə bilərik” – Sənan Abdullayev
  • Dünən, 17:00
    Azərbaycan kubokunda finalın vaxtı açıqlandı
  • Dünən, 16:35
    Hamıdan yaxşı o oldu
  • Dünən, 16:04
    Baş məşqçi kimi yığmaya qayıtdı - DÇ-nin İSTEFASI
  • Dünən, 15:34
    "Kəpəz"in Gəncəyə qayıdışı təsdiqləndi, "Şamaxı" problemlə üzləşdi
  • Dünən, 15:22
    Premyer-liqada yeni mövsümün püşkü atıldı
  • Dünən, 14:36
    Gözlənilən təyinat rəsmən açıqlandı - DÇ-nin TƏYİNATI
  • Dünən, 14:14
    "Sabah" - KuPS matçını polşalı hakim idarə edəcək
  • Dünən, 13:49
    “Zirə” Kutaisini qaynar qazana çevirdi – “Torpedo”nun kapitanı döyüldü, söyüldü!
  • Dünən, 13:23
    “Neftçi”yə xəbərdarlıq: Minsk “Dinamo”su üçün ev-səfər anlayışı yoxdu!
  • Dünən, 12:54
    “Oley Oley” kampaniyasında ilk avtomobilin sahibi bəlli oldu
  • Dünən, 12:36
    Millimiz Bakıda yoldaşlıq görüşü keçirəcək - rəqib bəllidi
  • Dünən, 12:08
    ''Yeni mövsüm böyük bir meydan oxumaq olacaq'' - Ake ''Fənərbaxça''da ilk günlərin təəssüratını bölüşdü
  • Dünən, 11:35
    Tiav vəzifəsindən azad olundu - DÇ-nin İSTEFASI
  • Dünən, 11:00
    Varqas artıq Bakıdadı, “Neftçi”də qalması an məsələsidi
  • Dünən, 10:33
    Mövsümün əvvəlini buraxa bilər - DÇ-nin EHTİMALI
  • Dünən, 10:12
    UEFA reytinqində liderik!
  • Dünən, 09:51
    "İnanıram ki, növbəti matça daha yaxşı formada çıxacağıq" - Qurban Qurbanov
  • Dünən, 09:30
    "Potensial rəqiblər sırasında qarşılaşmaq istəmədiyim iki komandadan biri "Torpedo" idi"
  • Dünən, 09:09
    "Neftçi"nin Konfrans Liqasındakı rəqibi bəllidi
  • Dünən, 01:50
    "Sabah", "Zirə" və "Qarabağ" avrokubokların 2-ci təsnifat mərhələsində! - YENİLƏNİB
Daha çox
Oxunub: 236
“Vestri” – “Qarabağ” matçını “CBC Sport” göstərməyəcək? – son durum açıqlandı
Oxunub: 235
Duran: düşünməmək bir ayıb, bunu dilə gətirmək iki ayıb – REPLİKA
Oxunub: 225
“Toral məndən “abi, bu, yoxlama oyunu deyilmi?” deyə soruşdu” – Bayramovu təəccübləndirən hadisə
Oxunub: 207
"Sabah"ın cavab oyunu yayınlanmaya bilər! - "Nyu Seynts"dən şok həmlə
Oxunub: 160
“Qarabağ”a tərif yağdırdı, azarkeş sayını azaltdı
Oxunub: 154
“Nyu Seynts” – “Sabah” matçının yayın problemi aradan qalxdı! – necə?
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə