Neymarın aqibəti məlum oldu

13.09.2024 20:22 132
Dünya futbolu
Neymar ilə bağlı yeni xəbər yayılıb.

"Football-plus.az" xəbər verir ki, “Əl-Hilal”ın hücumçusunun zədəsinin bərpası gecikir. Braziliyalı futbolçu ötən ilin oktyabrında milli komandanın oyununda ciddi zədə alıb.

O, dizinin xaçvarı bağları qırıldığı üçün əməliyyat olunub. Neymar yaşıl meydana qayıtmaq üçün daha iki ay gözləməli olacaq. Başqa sözlə, 32 yaşlı hücumçu yalnız noyabrda futbol oynaya bilər.