• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Bir il əvvəlki finalçılar qolsuz “sülh”ə razılaşdılar - İCMAL

Dünya futbolu

26-09-2024, 13:0

Çempionlar Liqasının (ÇL) əsas mərhələsinin ilk turunun sentyabrın 18-nə təyin olunan oyunlarına Bolonya və Praqada start verildi. İtaliyada hesab açıqlmadı, Çexiyada isə qapı torları üç dəfə silkələndi.

Bolonya sakinləri bu anı uzun müddət idi gözləyirdilər. Zarafat deyil, yerli komanda 60 (!) ildən sonra ən nüfuzlu klub turnirində ilk oyununu keçirdi. Əsas mərhələdə postsovet məkanının yeganə təmsilçisi olan “Şaxtyor” az qala “Bolonya”nın ÇL-dəki debütünü korlayacaqdı. Donetsklilərin gənc yarımmüdafiəçisi Sudakov 4-cü dəqiqədə komandasını önə keçirməyə yaxın olsa da, Skorupski ev sahiblərini xilas etdi. Vinçentso İtalyanonun komandası oyun ərzində yetərincə qol imkanı yaratdı. Lakin Riznık da qapısını toxunulmaz saxladı. Beləliklə, A seriyasınının yeni mövsümündə qələbə üzü görməyən “Bolonya” rəqibi ilə qolsuz “sülh”ə razılaşdı.

Praqada isə rəqabət mühitinə təsadüf olunmadı: yerli “Sparta” ötən mövsümlə müqayisədə heyəti kifayət qədər yenilənən “Zaltsburq”u üç cavabsız qolla məğlub etdi.

Sözsüz, ilk turun ən çox maraq doğuran matçı İngiltərədə keçirildi. Bir il əvvəl İstanbuldakı finalda “İnter”i Rodrinin yeganə qolu ilə məğlub edərək tarixində ilk dəfə Çempionlar kubokunu muzeyinə aparan “Mançester Siti” yenə favoritlər sırasındadı. Milanlıları çalışdıran Simone İnzaqi budəfəki duelə finalda alınan məğlubiyyətin əvəzini çıxmaq şansı kimi baxmadığını demişdi. Qvardiola isə yeni formatda təşkil ediləcək turnirə uğurla başlamaq istəyini gizlətməmişdi. “Etihad”dakı matç, gözlənildiyi kimi, ciddi rəqabət mühitində keçdi. Amma oyun baxımlı alınmadı: ümumiyyətlə, komandalar az sayda real qol vəziyyəti yarada bildilər. Bunun əsas səbəbkarı isə qonaqlar idi. Əslində milanlıların Mançesterdə qapalı oyun sərgiləyəcəyini gözləmək olardı. Hər halda, MS-yə qarşı səfər matçında açıq futbol oynamaq böyük ölçüdə məğlubiyyətə bərabər sayılır. İnzaqinin komandası əks-hücumlarda bir neçə şans yaxalasa da, istifadə edə bilmədi. İngiltərə çempionunun imkanlarını isə qapıçı Zommer heçə endirdi. Beləliklə, tanış rəqiblər qolsuz “sülh”ə razılaşdılar.

Turnirin favoritlərindən sayılan PSJ isə yeni mövsümə qələbə ilə başladı. Amma “Jirona” ilə ev oyunu parislilər üçün çox çətin alındı. Luis Enrikenin komandası matçboyu rəqib qapısına yol tapmağa çalışdı: qapıya 24 zərbə endirdi ki, bunlardan yalnız 5-i dəqiq alındı. Amma Qassaniqa hər bir halda ÇL-in debütantını real qollardan xilas etdi. Sona yaxın təzyiqi daha da artıran PSJ finişə az qalmış istəyinə çatdı. Qassaniqa bu dəfə Nunu Mendeşin zərbəsinə uğursuz reaksiya verərək topu ayaqları arasından buraxdı. Başqa sözlə, matçın qəhrəmanı adına ən çox layiq olan oyunçudan antiqəhrəmana çevrildi...

İyunun 1-də Londonda keçirilən finalda “Real”a uduzan (0:2) “Borussiya” yeni mövsümə əla başladı. Baş məqşçi vəzifəsindən gedən Edin Terziçin yerini tutan Nuri Şahinin ÇL-dəki debütü Brüggedə reallaşdı. Eyniadlı komanda uzun müddət dortmundlulara qarşı yaxşı mübarizə apardı. Amma türk mütəxəssisin 68-ci dəqiqədə etdiyi əvəzləmələr əla effekt verdi. Zabitser ilə Qrossun yerinə meydana çıxan Bayno-Gittens və Nmeçanın məhsuldar fəaliyyəti qələbədə mühüm rol oynadı. Dubl etməklə matçın qəhrəmanı olan Bayno-Gittensin MS-nin yetirməsi olduğunu, Dortmunda 16 yaşında gəldiyini və avqustda 20 yaşını tamamladığını qeyd edək.

Qlazqodakı oyun bir tərəfin dominantlığı ilə keçdi. “Seltik” turnirin debütantını, necə deyərlər, meydana çıxmasına peşman etdi. Bunadək ÇL-in qrup mərhələsinə çıxmaq üçün etdiyi 11 cəhdi uğursuz alınan “Slovan” ilk hissədə rəqib hücumlarının qarşısını böyük ölçüdə ala bildi və yalnız bir top buraxdı. Amma Brendan Rocersin komandası fasilədən sonra bratislavalıları darmadağın həddinə çatdırdı – 5:1. Maraqlıdı, görəsən, “Seltik” növbəti turda “Borussiya” ilə Dortmundda, “Slovan” isə evdə MS ilə oyunda nəyə nail olacaq?..

Bolonya – Şaxtyor 0:0
Bolonya (İtaliya): Skorupski, Poş, Beukema, Lukumi, Likoyannis (Miranda, 78), Fabbian (Urbanski, 78), Fröyler, Moro (Aylinq, 65), Orsolini (Pobeqa, 65), Kastro (Dallinqa, 65), Ndoy.
Şaxtyor (Donetsk, Ukrayna): Riznık, Konoplya (Tobias, 41), Bondar, Matvienko, Pedro Enrike, Bondarenko (Stepanenko, 78), Krıskiv, Zubkov (L.Traore, 78), Sudakov (M.Qomes, 78), Eqinaldo, Sikan (Neverton, 35).
Sudakov 4-cü dəqiqədə penaltidən yararlana bilməyib (qapıçı).
Vərəqələr: Poş, 3. Bondar, 12. Kastro, 58. Tobias, 70. Stepanenko, 84. M.Qomes, 88 - sarı.
Hakim: Rohit Saqqi (Norveç).
18 sentyabr. Bolonya. 23130 tamaşaçı.

Sparta – Zaltsburq 3:0 (2:0)
Sparta (Praqa, Çexiya): Vindal, Vitik, Panak, Zelenı, Presyado, Kayrinen, Lyaçi (Sadilek, 84), Visler (Rıneş, 71), Birmançeviç, Olatunci (Rrahmani, 64), Haraslin (Krasniçi, 71).
Zaltsburq (Avstriya): Blasvix, Dediç, Pyontkovski, Blank, Mellberq (Dyambu, 46), Kapaldo, Bayçetiç (Ratkov, 83), Klark (Qurna-Duat, 66), Dorjeles (Daqim, 57), Yeo (Konate, 57), Qlux.
Qollar: Kayrinen, 2 (1:0). Olatunci, 42 (2:0). Lyaçi, 58 (3:0).
Vərəqələr: Pyontkovski, 58. Qurna-Duat, 72. Vitik, 88 - sarı.
Hakim: Rade Obrenoviç (Sloveniya).
18 sentyabr. Praqa. 17612 tamaşaçı.

Mançester Siti – İnter 0:0
Mançester Siti (İngiltərə): Ederson, Akanci, Diaş, Qvardiol, Lüis, Rodri, Savinyo (Foden, 46), Silva (Dokyu, 80), De Bruyne (Gündoğan, 46), Qriliş, Holann.
İnter (Milan, İtaliya): Zommer, Darmian (Dyumfris, 74), Bissek (Pavar, 74), Açerbi, Bastoni, Auqusto, Barella, Çalhanoğlu (Frattezi, 74), Zyelinski (Mxitaryan, 65), Taremi, M.Türam (Lautaro Martines, 65).
Vərəqə: Diaş, 30 - sarı.
Hakim: Qlenn Nüberq (İsveç).
18 sentyabr. Mançester. 50922 tamaşaçı.

PSJ – Jirona 1:0 (0:0)
PSJ (Paris, Fransa): Safonov, Hakimi, Markinyos, Paço, Mendeş, Vitinya (Li Kan İn, 63), F.Ruis (Neveş, 63), Zair-Emeri, Dembele (Beraldo, 90+2), Asensio (Kolo Muani, 39), Barkola (Due, 63).
Jirona (İspaniya): Qassaniqa, A.Martines, D.Lopes, Kreyçi, Qutyerres, Martin (Solis, 66), Romeu, Van de Beek (Qruneveld, 58), Sıqankov (Franses, 88), Xil (Asprilya, 66), Stuani (Portu, 58).
Qol: Qassaniqa, 90-öz qapısına.
Vərəqələr: Markinyos, 17. Kreyçi, 20. Romeu, 43. Qassaniqa, 74 - sarı.
Hakim: Daniel Zibert (Almaniya).
18 sentyabr. Paris. 39951 tamaşaçı.

Brügge – Borussiya D 0:3 (0:0)
Brügge (Belçika): Minyole, Seys (Sabbe, 71), Ordonyes, Mexele, De Keyper, Onyedika, Skov Olsen, Vetlesen (Verman, 85), Vanaken, Dzolis (Talbi, 85), Nilsson (Xutqla, 65).
Borussiya (Dortmund, Almaniya): Kobel, Ryuerson, Zyule, Şlotterbek, Bensebayni (Anton, 59), Qross (Nmeça, 68), Can, Zabitser (Bayno-Gittens, 68), Brandt, Malen (Girassi, 59), Adeyemi (Kouto, 87).
Qollar: Bayno-Gittens, 76 (0:1). Bayno-Gittens, 86 (0:2). Girassi, 90+3-p. (0:3).
Vərəqələr: Vetlesen, 53. Ryuerson, 84 - sarı.
Hakim: İrfan Pelto (Bosniya və Hersoqovina).
18 sentyabr. Brügge. 19961 tamaşaçı.

Seltik – Slovan 5:1 (1:0)
Seltik (Qlazqo, Şotlandiya): Şmeyhel, Conston (Rolston, 77), Karter-Vikers (Trasti, 84), Skeyls, Teylor, Engels, Makqreqor, Hatate (Bernardo, 77), Kyun (Forrest, 71), Furuhaşi (Ayda, 77), Maeda.
Slovan (Bratislava, Slovakiya): Takaç, Blekmen, Kaşiya, Bayriç, Vimmer, Kutska (Qaydoş, 85), İqnatenko (Savvidis, 76), Barseqyan (Martselli, 76), Toliç, Vayss (Mak, 76), Strelets (Metsoko, 85).
Qollar: Skeyls, 17 (1:0). Furuhaşi, 47 (2:0). Engels, 56-p. (3:0). Vimmer, 61 (3:1). Maeda, 77 (4:1). Ayda, 87 (5:1).
Vərəqələr: Vayss, 18. Conston, 22. Vimmer, 22. Toliç, 26. Karter-Vikers, 80 - sarı.
Hakim: Danni Makkeli (Niderland).
18 sentyabr. Qlazqo. 56826 tamaşaçı.

Faktlar
* “Bolonya” avrokuboklarda öz meydanında keçirdiyi oyunlarda məğlubiyyətsiz seriyanı 36-ya çatdırdı. Bu planda rekordçu olan İtaliya klubundan sonrakı yeri evdə ardıcıl 31 matçda uduzmayan “İpsviç” tutur.
* “Mançester Siti” ÇL-də oyunların əsas vaxtında məğlubiyyətsiz seriyasını 24-ə çatdırdı. Bu seriya 2022-ci ilin mayında keçirilən matçda “Real”a 1:3 hesablı məğlubiyyətdən sonra başlayıb. Qvardiolanın komandası ötən mövsüm bu rəqibə 1/4 finalın cavab oyunundan sonrakı penalti seriyasında uduzub (3:4). “Şəhərlilər” indi əzəli rəqibi “Mançester Yunayted”ə məxsus rekorddan yalnız bir oyun geri qalırlar. Xatırladaq ki, MY 2007-09-cu illərdə ÇL-də ardıcıl 25 matçda məğlub olmayıb. MS-nin rekordu yeniləməsi üçün “Slovan” və “Sparta” ilə növbəti matçlarda uduzmaması tələb olunur.
* MS Qvardiolanın başçılığı altında turnirdə keçirdiyi son 42 ev oyununda ikinci dəfə qol vura bilmədi. “İnter”dən əvvəl 2022-ci ilin martında baş tutan “Sportinq” ilə matç da qolsuz nəticələnmişdi.
* Olatunci ÇL-dəki debüt oyununda qol vurub məhsuldar ötürmə edən 3-cü afrikalı futbolçu oldu. “Sparta”nın nigeriyalı hücumçusundan əvvəl buna 2007-ci ildə “Lion” a qarşı oyunda qabonlu Daniel Kuzen (Reyncers) və 2015-ci ildə “Şaxtyor” ilə matçda kot d’İvuarlı Serj Orye (PSJ) nail olmuşdu.

Oyundan sonra
Xosep Qvardiola, “Mançester Siti”nin baş məşqçisi:

“İnter” əla komandadı, əks-hücumda və müdafiədə çox yaxşı oynayır. Bu gün öz komandamın oyunundan razı qaldım. Çünki hansı rəqibə qarşı oynadığımızı yaxşı bilirəm. “İnter” İtaliyanın son çempionudu. Bir il əvvəl İstanbulda keçirilən finalla müqayisədə daha yaxşı oynadıq, 4-5 qol vəziyyəti yaratdıq. Bu mərhələdə belə rəqibə qarşı bundan artıq nəsə etmək mümkün deyil. Çox yaxşı oynadıq. Mən bu komandanı sevirəm! Holann? O, daim rəqibin 6 oyunçusunun nəzarəti altında idi: üçü öndə, üçü arxada olmaqla Erlinqi oyundankənar vəziyyətə saldılar. İstənilən oyunçu belə vəziyyətdə özünü çox narahat hiss edər. Meydanda tapdığımız az sayda boşluqdan belə istifadə etməyə çalışdıq. Gündoğanın bir neçə yaxşı imkanı oldu, ancaq “İnter” fiziki cəhətdən bizdən güclü idi. Rəqibin bizə qarşı məhz belə oynayacağını gözləyirdim”.
Simone İnzaqi, “İnter”in baş məşqçisi: “Komandaya “afərin, uşaqlar” dedim, onlar əla oyun nümayiş etdirdilər. Futbolçulara məhz belə oynamağı tapşırmışdım. “Siti”nin nəyə qadir olduğunu hamımız yaxşı bilirik. Buna görə belə güclü rəqibə qarşı əla oynamaq tələb olunurdu. Xüsusilə ilk hissədə bir neçə yaxşı imkanımız oldu: Taremi ilə Darmian hesabı aça bilərdilər. Komanda kimi yaxşı oynayanda istənilən rəqibi çətinə salırıq. Təəssüf ki, qələbə qazana bilmədik. Rəqib 2018-ci ildən sonra evdə uduzmamışdı. Milan derbisindən üç gün əvvəl “Siti” ilə qarşılaşmaq çətin idi. Amma nə edək, təqvim belə qurulub və bu vəziyyətə uyğunlaşmalıyıq”.


Luis Enrike, PSJ-nin baş məşqçisi:
“Qələbəni çətinliklə qazandıq? “Jirona” bu turnirə niyə vəsiqə qazanıb? Bu komanda ötən mövsüm La Liqada uzun müddət necə liderlik edib? Rəqib çox yaxşı müdafiə olundu. Yaxaladığımız şanslardan yararlanmaq bizim üçün çox çətin idi, amma oyuna görə qələbəyə layiq idik”.


Miçel Sançes, “Jirona”nın baş məşqçisi:
“PSJ xüsusilə ikinci hissədə əla təsir bağışladı. Bəli, rəqib qolu son dəqiqələrdə vurdu, amma bunu daha əvvəl bir neçə dəfə edə bilərdi. Son yarım saat bizim üçün çox çətin keçdi: topu heç cür ələ keçirib özümüzdə saxlaya bilmirdik. Bu səbəbdən yalnız müdafiə olunmağa çalışırdıq. Əlbəttə, son anda buraxılan qol komandamız üçün daha ağrılı oldu. Buna baxmayaraq, oyun planında yaxşı mənzərə formalaşdırdığımızı düşünürəm. Bu turnirdə olmağa layiqik. Bu hüququ ötən mövsüm alın tərimizlə qazanmışıq. Startda uduzsaq da, Parisdəki nəticəni tezliklə unutmalıyıq”.


Nuri Şahin, “Borussiya”nın baş məşqçisi:
“Turnirə güclü rəqibə qarşı səfər matçında uğurla başlamaq vacib idi. Hər iki tərəfin hücum futbolu oynadığı baxımlı oyun alındı. Qələbəyə layiq olduğumuzu düşünürəm”.


Arnau Martines, “Jirona”nın müdafiəçisi:
“Paulo bir neçə zərbəni dəf etməsəydi, hesab 0:3 və ya 0:4 ola bilərdi. Faciəvi heç nə baş verməyib, bu bir səhv idi. Bir-birimizə dəstək vermək zəruridi və belə də edirik. Bu oyunu unutmalı və növbəti matça köklənməliyik. PSJ kimi top-komandaya qarşı yaxşı mübarizə apardığımızı düşünürəm. Çətin səfərdə uzun müddət müdafiə olunmağa məcbur idik, amma bizim də bir neçə şansımız oldu”.


Növbəti turun oyunları oktyabrın 1-2-də keçiriləcək: Zaltsburq – Brest, Ştutqart – Sparta, Arsenal – PSJ, Bayer-04 – Milan, Borussiya D – Seltik, Barselona – Yanq Boyz, İnter – Srvena Zvezda, PSV – Sportinq, Slovan – Mançester Siti, Şaxtyor – Atalanta, Jirona – Feyenoord, Aston Villa – Bavariya, Dinamo – Monako, Liverpul – Bolonya, Lill – Real, Leyptsiq – Yuventus, Şturm – Brügge, Benfika – Atletiko.

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

6-06-2024, 13:0

İtalyano İtaliyada qaldı

Dünya futbolu

27-05-2024, 10:0

Tyaqo Motta “Bolonya”da yox, İtaliyada qalacaq

Dünya futbolu

11-01-2024, 18:0

“Fiorentina”nın dadına yenə penalti seriyası çatdı

Dünya futbolu

4-09-2022, 20:0

"Bolonya" məşqçi dəyişikliyinə hazırlaşır

Dünya futbolu

20-05-2024, 21:0

“Bolonya”: 60 illik həsrət sona çatdı!

Dünya futbolu

1-05-2024, 11:0

Tyaqo Mottanın yolu Turinədi

Aktual
“Sabah”, “Neftçi”, “Turan Tovuz”! - ...bu üç klubdan biri Elvin Cəfərquliyevi ala bilər
"Qəbələ" legionerlərə xərclədiyi pulu yerlilərdən çıxarıb! - maraqlı statistika
"Zirə" sabah Özbəkistan komandası ilə qarşılaşacaq
"Millerin indiyəcən meydana çıxmaması da o qədər də üzücü deyil" - Anar Şabanoğlu Kanadada gördüklərini anlatdı
18 gedən, 4 gələn... – “Şamaxı”da durğunluğun səbəbi nədi?
Çempion komandanı atdı, “Zirə”yə gəldi – nə qəribə!
Son xəbərlər
  • Bu gün, 23:34
    Dembele 32 dəqiqəyə het-trik etdi! - DÇ gecəsi
  • Bu gün, 22:40
    "Neftçi" Tuptanı tapdı
  • Bu gün, 22:00
    Romadan Berqamoya üz tutdu
  • Bu gün, 21:27
    “Sabah”, “Neftçi”, “Turan Tovuz”! - ...bu üç klubdan biri Elvin Cəfərquliyevi ala bilər
  • Bu gün, 20:57
    "Sabah"ın "Nyu Seynts"ə qarşı matçlarının hakimləri
  • Bu gün, 20:26
    Mançesterdən Madridə yollandı
  • Bu gün, 19:51
    ABŞ-nin məşqçisi nədən narazı qaldı? - ''Sanki Türkiyə davam edir, biz evə qayıdırıq''
  • Bu gün, 19:20
    Vaci ilə yeni müqavilə
  • Bu gün, 18:59
    Təntənəli çəkiölçmə mərasimi baş tutdu -UFC Bakı
  • Bu gün, 18:27
    "Qarabağ"ın yeni futbolçusundan paylaşım
  • Bu gün, 17:56
    "Qəbələ" legionerlərə xərclədiyi pulu yerlilərdən çıxarıb! - maraqlı statistika
  • Bu gün, 17:29
    Elman Himayətoğlunun vəzifəsi artırıldı
  • Bu gün, 16:58
    Bəhlulun durumuyla bağlı son xəbər - yaşıl meydana nə vaxt qayıdacaq?
  • Bu gün, 16:37
    Karyerasını başa vurdu
  • Bu gün, 16:16
    "Zirə" sabah Özbəkistan komandası ilə qarşılaşacaq
  • Bu gün, 15:59
    Cüdoçumuz bürünc medal qazandı
  • Bu gün, 15:28
    ''Fənər''in sabiq baş məşqçisi Türkiyədə saç əkdirdi
  • Bu gün, 14:57
    Ceyhun Sultanov “Araz-Naxçıvan”ın prezidenti oldu
  • Bu gün, 14:36
    "Səbail"dən daha bir transfer
  • Bu gün, 14:15
    Aparıbsansa, oynat! Oynatmırsansa, niyə aparıbsan? - Kristiansen Millerin taleyi ilə oynayır...
  • Bu gün, 13:58
    Vernidub daha iki il "Neftçi"də
  • Bu gün, 13:16
    "Millerin indiyəcən meydana çıxmaması da o qədər də üzücü deyil" - Anar Şabanoğlu Kanadada gördüklərini anlatdı
  • Bu gün, 12:56
    Türkiyə mundialı qələbə və ilklərlə tərk etdi!
  • Bu gün, 12:25
    Ölkəmizi ÇL-də iki klub təmsil edəcək
  • Bu gün, 11:54
    18 gedən, 4 gələn... – “Şamaxı”da durğunluğun səbəbi nədi?
  • Bu gün, 11:23
    Romadan Milana üz tuta bilər
  • Bu gün, 10:52
    Parisi tərk edəcək
  • Bu gün, 10:31
    Çempion komandanı atdı, “Zirə”yə gəldi – nə qəribə!
  • Bu gün, 10:00
    İdmançıların rəsmi çəkiölçmə mərasimi keçirildi - UFC Bakı
  • Bu gün, 09:59
    Türkiyənin heç nəyə yaramayan qələbəsi... - DÇ səhəri
  • Bu gün, 02:05
    Ekvador Almaniyanı məğlub etdi! - DÇ gecəsi
  • Bu gün, 00:00
    Ramiz Məmmədovun taleyi iclasda müəyyənləşəcək
  • Dünən, 22:50
    Liverpuldan Londona yollandı
  • Dünən, 22:19
    “Əsas mərhələdə nəinki iki, üç komanda ilə təmsil oluna bilərik” – Elmar Baxşıyev
  • Dünən, 21:45
    MS-ni tərk edə bilər
Daha çox
Oxunub: 306
UEFA-nın qərarı Tovuzda görülən işlərə təsir etdi – “artıq gələn mövsümə...”
Oxunub: 283
Transfer dosyesi - kimlər gedib, kimlər gəlib?
Oxunub: 264
“Sən özün nə qədər evlər yıxmısan, Xaqani...”
Oxunub: 261
Çempion komandanı atdı, “Zirə”yə gəldi – nə qəribə!
Oxunub: 260
“Neftçi”dən sürpriz gediş: Eminlə Emilə rəqib gəldi!
Oxunub: 217
Koxalski də "Qarabağ"dan gedib - onu "gördüm" deyən yoxdu!
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə