• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Bolonya”: 60 illik həsrət sona çatdı!

Dünya futbolu

20-05-2024, 21:0

Bolonyada bir neçə gündü Çempionlar Liqası (ÇL) ab-havası yaşanır.

“Football-plus.az” xəbər verir ki, eyniadlı komanda mayın 11-də “Napoli”yə səfərdə 2:0 hesabıyla qalib gəldi. Ertəsi gün Berqamoda arzulanan nəticə qeydə alındı: yerli “Atalanta” “Roma”nı 2:1 hesabı ilə məğlub etdi. Bu isə o demək idi ki, “Bolonya” mövsümü ən pis halda 5-ci yerdə başa vuracaq.

ÇL-ə aparan yol
Zarafat deyil, “Bolonya” 60 ildən sonra Avropanın ən nüvuzlu klub turnirində oynayacaq! Tyaqo Mottanın komandası A seriyasında hələ ötən il dekabrın ortalarından ilk “4-lük”də görünməyə başlamışdı, bu ilin yazından isə “ÇL zonası”nda möhkəmlənmişdi. İtaliyanın ÇL-in növbəti mövsümündə 5 komanda ilə təmsil olunacağı rəsmiləşərkən bolonyalıların uzun həsrətə son qoymaq şansı daha da artmışdı.

Amma onlar mövsümə heç də əla başlamamışdılar. “Göy-qırmızılar” ilk 6 turda sonra cəmi 7 xal toplaya bilmişdilər və turnir cədvəlində 13-cü yeri tuturdular. Ancaq vəziyyət tədricən dəyişməyə başladı. Komanda sentyabr-noyabr aralığında 10 oyunluq məğlubiyyətsiz seriya yaxalamaqla ilk “6-lığ”a daxil oldu. Doğrudu, sonra biraylıq eniş yaşandı: Tyaqo Mottanın komandası dekabrın sonundan bu il yanvarın sonuna qədər keçirdiyi 4 matçda hesabına yalnız 2 xal yaza bildi. Bununla belə, onda ÇL-ə sonuncu vəsiqəni verən 4-cü yerlə aradakı xal fərqi yalnız 3-ə bərabər idi.

Sonra vəziyyət çox yaxşılaşdı. Yüksəlişə keçən “Bolonya” çempionatda 9 oyunda 8 qələbə qazandı. Bu seriyada yalnız gələcək çempion “İnter”ə məğlub olan (0:1) komanda martda 4-cü yerdə möhkəmləndi və bir daha bu mövqedən aşağı düşmədi. Neapoldakı qələbədən sonra isə “Yuventus”u qabaqlayıb 3-cü yerə çıxdı.
Tyaqo Mottanın komandası heç də güclü hücum xətti ilə seçilmir: 36 oyuna 51 qol vurub. Amma arxa xətt yetərincə sanballı görünür: qapısında topu 27 dəfə görən “Bolonya” bu planda yalnız “İnter”dən (19) geri qalır. Komanda evdə çox güclü təsir bağışlayır: bu mövsüm öz meydanında keçirdiyi 18 oyundan 12 qələbə ilə ayrılan “göy-qırmızılar” yalnız 9 top buraxıb. Yeri gəlmişkən, “İnter” evdə 10 top buraxıb. Bolonyalılar “quru” oyunlar planında isə yalnız “İnter”lə “Torino”dan geri qalırlar.

Avrokubok macərası
“Bolonya” İtaliyanın 7 qat çempionudu. Bu titullardan çoxu avrokuboklar təşkil ediləndən əvvəl qazanılıb. Komanda qitə kubokları dövründə skudettoya yalnız bir dəfə sahib çıxıb. Aydın məsələdi ki, bu səbəbdən Çempionlar Kubokunda bir dəfə görünüb. Bu fakt 1964-cü ildə qeydə alınıb. Amma “göy-qırmızılar”ın ən nüfuzlu klub turnirindəki debütü uğursuz alınıb. 60 il əvvəl “Anderlext” ilə qarşılaşan İtaliya çempionu bu səddi keçə bilməyib. Evdə 2:1 hesabıyla qalib gələn “Bolonya” Brüsseldə minimal hesabla uduzub, əlavə oyunda hesab açılmayıb və cütün qalibi metal pulla atılan püşk yolu ilə müəyyənləşib. Burda bəxt “Anderlext”in üzünə gülüb. Maraq üçün Belçika klubunun növbəti mərhələdə “Liverpul”a uduzduğunu da xatırladaq.

“Bolonya”nın qitə kuboklarındakı macərası heç də zəngin deyil. Komanda bir müddət sonra “Anderlext”dən qisasını aldı: özü də UEFA kubokunda çıxış etdiyi 4 mövsümdən ikisində brüsselliləri mübarizədən kənarlaşdırdı. “Bolonya” daha iki dəfə Kuboklar Kubokunda çıxış edib və ötən əsrin 70-ci illərində hər iki halda mübarizəni birinci mərhələdə dayandırıb.

Amma UEFA kubokundakı nəticələr yaxşı sayıla bilər. Məsələn, 1990/91 mövsümündə 1/4 finalda “Sportinq”ə uduzub. 1998/99 mövsümündə isə yarımfinala qədər irəliləyib. Bu mərhələdə “Marsel”dən oyun və ümumi hesab baxımından geri qalmayıb. Fransa nəhənginə yalnız o vaxt mövcud olan səfər qolu qaydasına əsasən məğlub olub. Marseldə hesab açılmayıb və Bolonyada məhsuldar “sülh” (1:1) qeydə alınıb. Özü də İtaliyadakı matçda məşhur müdafiəçi, dünya çempionu Loran Blanın son dəqiqələrdə penalti ilə vurduğu cavab qolu marselliləri finala çıxarıb. Amma Moskvadakı “Lujniki” stadionunda keçirilən həlledici matçda İtaliyanın digər komandası “Parma” fransalılara heç bir şans verməyib – 3:0.

Bir ara təşkil edilən İntertoto Kubokunu nəzərə almasaq, “Bolonya” qitə arenasında sonuncu mövsümünü 1999-cu ildə keçirib. Mövsümə “Zenit”i mübarizədən kənarlaşdırmaqla (2:2, 3:0) başlayan “göy-qırmızılar” bir neçə mərhələni keçəndən sonra “Qalatasaray”a boyun əyiblər. Onların bu turnirdə 2002-ci ildə də oynamaq şansı olub. Lakin İntertoto Kubokunun final mərhələsində “Fulhem” səddini keçə bilməyiblər (2:2, 1:3).

Perspektiv
Tyaqo Mottanın komandası mövsümü bürünc mükafatçı kimi başa vura bilər. “Bolonya” A seriyasının növbəti turunda “Yuventus”u qəbul edəcək. Hər iki komandanın hesabında 67 xal var. Turinliləri topların fərqinə əsasən qabaqlayan bolonyalılar qələbə qazanmaqla “bürünc”ə daha da yaxınlaşacaqlar.

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

1-05-2024, 11:0

Tyaqo Mottanın yolu Turinədi

Dünya futbolu

11-01-2024, 18:0

“Fiorentina”nın dadına yenə penalti seriyası çatdı

Dünya futbolu

4-09-2022, 20:0

"Bolonya" məşqçi dəyişikliyinə hazırlaşır

Dünya futbolu

14-05-2024, 22:0

“Bolonya” ÇL-ə vəsiqə qazandı! - TURUN İCMALI

Dünya futbolu

16-04-2024, 22:0

“Çempionlar Liqası zonası”nda “sülh” - TURUN İCMALI

Dünya futbolu

10-01-2024, 21:0

Son 4 oyunda sensasiya baş vermədi

Aktual
Sərin hava, bir də təbii örtük! - “Qəbələ” pley-off ilə bağlı istəklərini açıqladı
Əli Bəşirovdan xəbər var!
"Kəpəz" doğrudan da "Neftçi"nin təklifinə "yox" deyib... - həqiqət üzə çıxdı!
“Neftçi” “Kəpəz”i yalançı çıxardı! – “Palms Sports Arena” variantı olmayıb...
Niyə “Qəbələ” sabah, “Kəpəz” Sumqayıtda oynayır? – PFL aydınlıq gətirdi
“Rəhbərliyə güvənmədiyimiz üçün oyuna çıxmadıq” – “qiyamçı” kapitan danışdı, prezident cavab verdi
Son xəbərlər
  • Bu gün, 00:55
    Unay Emeri yenə Avropa Liqasının qalibi oldu!
  • Dünən, 23:55
    Karvaxal inciyib: baş məşqçini vida yeməyinə çağırmadı
  • Dünən, 23:07
    "İmişli" futbolçusu ilə yeni müqavilə imzaladı - RƏSMİ
  • Dünən, 22:42
    UEFA prezidenti Türkiyə futbolu haqda nələr dedi? - ''Bəli, potensial var, amma...''
  • Dünən, 22:11
    Sərin hava, bir də təbii örtük! - “Qəbələ” pley-off ilə bağlı istəklərini açıqladı
  • Dünən, 21:40
    Əli Bəşirovdan xəbər var!
  • Dünən, 21:07
    Cəsusun kimliyi bəlli oldu - İngiltərədəki qalmaqalın detalları
  • Dünən, 20:37
    Mourinyo 13 ildən sonra Madridə qayıdacaq
  • Dünən, 19:43
    “Formula-1” dünyasında önəmli razılaşma
  • Dünən, 19:12
    Gözlənilən müqavilə rəsmiləşdi
  • Dünən, 18:41
    "Kəpəz" doğrudan da "Neftçi"nin təklifinə "yox" deyib... - həqiqət üzə çıxdı!
  • Dünən, 18:15
    Cokoviç də “qiyamçılar”ı dəstəklədi
  • Dünən, 17:44
    “Neftçi” “Kəpəz”i yalançı çıxardı! – “Palms Sports Arena” variantı olmayıb...
  • Dünən, 17:30
    Niyə “Qəbələ” sabah, “Kəpəz” Sumqayıtda oynayır? – PFL aydınlıq gətirdi
  • Dünən, 17:15
    “Rəhbərliyə güvənmədiyimiz üçün oyuna çıxmadıq” – “qiyamçı” kapitan danışdı, prezident cavab verdi
  • Dünən, 16:56
    PFL pley-off oyununun gününü müəyyənləşdirdi – bayrama bayram qatdı!
  • Dünən, 16:27
    "Sabah" "Qarabağ"a qalib gəldi, çempion oldu
  • Dünən, 15:58
    Peresin fikirləri özünü və “Real”ı ziyana sala bilər
  • Dünən, 15:28
    Final fiti səslənmədi, AFFA nümayəndəsi susdu
  • Dünən, 14:59
    Yüksək Qızlar Liqası üçün müraciət dövrü başladı
  • Dünən, 14:45
    Yamal mudiala zədəli yollanacaq
  • Dünən, 14:32
    Neapolu tezliklə tərk edəcək
  • Dünən, 14:15
    Ölkəmizi AÇ-də təmsil edəcək şahmatçılar - AÇ
  • Dünən, 14:00
    Maltanın millimizlə görüş üçün heyəti bəlli oldu
  • Dünən, 13:08
    ''Arsenal'' 22 illik həsrətə son qoydu, Arteta premyer-liqanın tarixinə düşdü
  • Dünən, 12:37
    “Belə mərasimin ölkəmizdə keçirilməsi üçün azı 20-30 il lazımdı” – Elçin Cəfərov “RAMS Park”da nə görüb?
  • Dünən, 12:16
    “Bavariya” XXI əsrdə “böyük beşliy”in rekordunu yenilədi! - İCMAL
  • Dünən, 11:58
    "Sumqayıt" - "Qarabağ" matçının biletləri satışda
  • Dünən, 11:39
    “Frayburq”un ilk, Emerinin 6-cı cəhdi
  • Dünən, 11:18
    “Düşünürəm ki, səviyyə fərqi göründü” – “Neftçi”nin baş məşqçisindən məğlubiyyətə izah
  • Dünən, 10:58
    Bəhlul və Muaddib "Qarabağ"ın məşqində
  • Dünən, 10:37
    “Üzücü haldı ki, əlbəyaxa döyüş oldu” - “Ağstafa Gəncləri” nə edəcək?
  • Dünən, 10:31
    Ölkəmizi AÇ-də təmsil edəcək güləşçilər - SİYAHI
  • Dünən, 10:00
    ''Beşiktaş'' yeni idman direktorunu tapdı
  • 19-05-2026, 23:0
    İngiltərədə futbol demokratiyası! – Acunun komandasının finaldakı rəqibi dəyişdi
Daha çox
Oxunub: 545
Elvinin menecerindən Qurban Qurbanovun yeni qadağası haqda açıqlama - "sən gəlmə, sənə olmaz..."
Oxunub: 305
"Neftçi" Konfrans Liqasına vəsiqə qazandı, "Zirə" Avropadan kənarda qaldı
Oxunub: 265
Zirvədən yerə çırpılan Əliyar Ağayev qalxdı... - premyer-liqada nə vaxt olacaq?
Oxunub: 254
“Yekə oğlansan, bu nə hərəkətdi edirsən?” - “Qarabağ” azarkeşləri Elvinlə bağlı
Oxunub: 241
Mahir meydana çıxan kimi "fərqləndi" - əlvida, bundesliqa!
Oxunub: 210
“Kəpəz” - “Neftçi” oyununun Sumqayıtda keçirilməsini “ağ-qaralar” istəyib - səbəbi bu yazıda!
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə