Serbiyalı mərkəz oyunçusu Boban Maryanoviç “Fənərbaxça” ilə müqavilə imzalayıb.
Bu haqda xəbəri “Eurohoops” nəşri yayıb. Adı çəkilən qaynaq “sarı-lacivərdlilər”in Maryanoviçlə birillik müqavilə bağladığını bildirir. Həmçinin müqavilədə hər iki tərəfin əməkdaşlığa birtərəfli qaydada son qoymaq hüququ tanınır.
Xatırladaq ki, Boban ötən mövsüm Milli Basketbol Assosiasiyasında – “Hyuston”un heyətində çıxış edib və parket üzərinə çıxdığı 14 oyunda orta hesabla 3,2 xal, 2,3 ribaund və 0,4 məhsuldar ötürmə ilə yadda qalıb. 224 santimetrlik Maryanoviçin Avroliqanın ən ucaboy oyunçusu olduğunu da bildirək.