ABŞ yığmasında son 6 ayda ikinci dəfə baş məşqçi dəyişikliyi olub. Komandaya tanış mütəxəssis təyinat alıb.
“Football-plus.az” xəbər verir ki, maraqlıdı ki, yığmanı 2018-22-ci illərdə çalışdıran Qreqq Berhalterin əvvəlki iş yerinə qayıtması vacib bilinib. Xatırladaq ki, milli komanda onun rəhbərliyi altında Qətərdə keçirilən dünya çempionatının 1/8 finalında Niderlanda uduzmuşdu (1:3). 49 yaşlı yerli mütəxəssis postunu tərk etməyi lazım bilmişdi. Yığmanı ötən yarım ildə çalışdıran Bi Cey Kallahanın fəaliyyəti futbol federasiyasının rəhbərliyini qane etməyib.