Muslera neçə oyunluq cəza aldı?

18.09.2024 17:32 127
Dünya futbolu
''Qalatasaray''ın artıq əfsanəsi sayılan və bu klubda 14-cü mövsümünü keçirən Fernando Musleranın cəzası açıqlanıb.

Məlum olduğu kimi uruqvaylı qapıçı Çempionlar Liqasının pley-offunda İstanbulda ''Yanq Boyz''a qarşı cavab oyununun son anlarında əsəblərinə hakim ola bilməmişdi. O, qonaqların heyətində qol vurduqdan sonra sevinmək istəyən Alan Virciniusa arxadan təpik atmış və buna görə də dərhal meydandan qovulmuşdu. UEFA 38 yaşlı qapıçıya 3 oyunluq cəza verib!

Bu da o deməkdi ki, Muslera Avropa Liqasının yeni formatlı qrupu çərçivəsində sentyabrın 25-də evdə PAOK, oktyabrın 3-də səfərdə RFŞ və oktyabrın 23-də evdə ''Elfsborq''a qarşı keçiriləcək oyunları buraxmalı olacaq. ''Qalatasaray''ın bu cəzaya etiraz edib-etməyəcəyi barədə məlumat yoxdu.

ƏLİ

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul