Musleranın yubiley oyunu

24.04.2023 13:57 319
Dünya futbolu
Dünən ''Qalatasaray''ın ''Fatih Karagümrük''ə qarşı keçirdiyi oyunun (3:3) Fernando Muslera üçün ayrı bir önəmi var idi.

"Football-plus az" xəbər verir ki, məhşur qapıçı İstanbul nəhənginin heyətində yubiley - 450-ci rəsmi oyununu keçirdi!

2011-ci ilin iyulunda ''Latsio''dan transfer olunan 36 yaşlı uruqvaylı əlcək sahibi klubda böyük uğurlar qazanıb. O, 5 çempionluq, 5 ölkə superkuboku və 4 ölkə kuboku olmaqla klub tarixində həm ən çox titul qazanan, həm də ən çox oyun keçirən əcnəbi oyunçu statusundadı. ''Qalatasaray''da oyun sayına görə Muslera 4-cü pillədədi və yalnız Arif Ərdəm (485), Hakan Şükür (539), Bülənt Korkmazdan (588) geri qalır.

Musleranın müqaviləsinin 2024-cü ilin yayında bitəcəyini nəzərə alsaq, çox güman o, yaxın gələcəkdə bu siyahıda ilk ''3-lüy''ə daxil olacaq.