Musleranı ağır cəza gözləyir?

31.08.2024 17:32 293
Dünya futbolu
''Qalatasaray'' camiəsində ''Yanq Boyz''a məğlubiyyətin söz-söhbəti davam edir.

İdarə heyətinin təcili toplantısı keçirildi. Orda Əli Yüce adlı idarə heyətinin üzvü istefa verdi. İstefaların davam edəcəyi istisna edilmir. Amma rəhbərlik hələ ki, Okan Burukun arxasındadı və məşqçi istefası gündəm mövzusu deyil.

''Yanq Boyz''a qarşı hər iki oyun ''Cim-Bom''un əfsanəsi Fernando Muslera üçün uğursuz alındı. İlk oyunda ilk iki qolda səhvə yol verən uruqvaylı qapıçı üstəlik zədə alaraq fasilədə əvəzlənmişdi. Cavab oyununda isə 38 yaşlı futbolçu ''Yanq Boyz''un qolunu vuran Virciniusa təpik atdığı üçün birbaşa qırmızı vərəqə aldı.

Bu arada Musleranın ağır şəkildə cəza ala biləcəyi haqda şayiələr yayılıb. Hər şey hakimin həmin epizodu raportunda necə qeyd etməsindən asılı olacaq. Muslera bu hərəkəti top oyunda olmadığı müddətdə etdiyi üçün ona ''oyunçuların və rəsmilərin pis davranışları'' başlıqlı 15-ci maddə əsasında cəza verilər bilər. UEFA-nın Nizam-İntizam Komitəsinə bu maddə ilə sövq edilən futbolçular adətən 3-5 oyunluq cəza alır. Belə olacağı təqdirdə məşhur qapıçı Avropa Liqasının qrup mərhələsinin ən azı yarısında komandasına kömək edə bilməyəcək.

Yeni formata əsasən AL-in qrupunda hər komanda 4-ü evdə, 4-ü səfərdə olmaqla 8 oyun keçirəcək.

ƏLİ

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul