Deyəsən çempionşipdə çalışan yeganə türkiyəli məşqçi işini itirmək üzrədi.
Söhbət ''Kardiff Siti''nin başında yer alan Erol Bulutdan gedir. Düzdü, bu komanda qarşısına premyer-liqaya yüksəlmək hədəfi qoymayıb.
Təsadüfi deyil ki, komanda ötən mövsümü Erol Bulutun başçılığı altında 12-ci pillədə tamamlasa da, rəhbərlik bu məşqçinin işindən razı qalmış və bu yay onunla ikiillik yeni müqavilə imzalanmışdı. Amma ''Kardiff Siti'' cari mövsümə çox bərbad start verib. Komanda ilk 5 turdan sonra cəmi 1 qol və 1 xalla sonuncu pillədə qərarlaşıb.
''TalkSport''da yer alan məlumata görə paltardəyişmə otağında ab-hava heç də yaxşı deyil. Bəzi oyunçular Bulutun məşq metodlarından narazıdı. 49 yaşlı mütəxəssisin işinə ən qısa müddətdə son veriləcəyi gözlənilir.
Daha öncə ''Fənərbaxça''nı da çalışdırmış Bulutun müqaviləsi 2026-cı ilə qədər nəzərdə tutulub.
ƏLİ