Anton Mirançuk vətəni Rusiyanı tərk edib.
O, karyerasını İsveçrədə davam etdirəcək. “Lokomotiv” ilə müqaviləsi qüvvədən düşən yarımmüdafiəçi “Syon” ilə müddəti 2026-cı ilin yayına qədər nəzərdə tutulan müqavilə imzalayıb. Bəzi mənbələr onun yeni klubunda ilə 1,2 milyon avro maaş alacağını xəbər verib.
Anton Rusiya çempionatının ötən mövsümündə meydana çıxdığı 29 oyunda 6 qolun və 5 məhsuldar ötürmənin müəllifi olub.