• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Narazılığımı bildirdim ki, niyə sırf bizə qarşı belə qərarlar çox verilir” - Şəhriyar Əliyev

Ölkə futbolu

13-09-2024, 23:0

Yığmamız Slovakiyada keçirilən Millətlər Liqasının 2-ci tur oyununda da məğlub oldu. Yeni baş məşqçi Fernando Santuş heyətə “Turan Tovuz”dan iki futbolçu çağırmışdı. Tovuz təmsilçinin kapitanı, 2020-ci ildən sonra növbəti dəfə Azərbaycan millisinə dəvət alan Şəhriyar Əliyev "football-plus.az"a müsahibəsində oyunla bağlı suallarımızı cavabladı.

- Yeni baş məşqçi ilə ilk səfər görüşündən döndüz. Əvvəlcə Slovakiyaya qarşı matç barədə fikirlərini bilmək istərdim.

- Çətin səfər oldu. Əvvəldən də bilirdik ki, rəqib ilk dəqiqələrdən təzyiq göstərəcək. Komanda olaraq, bu təzyiqi altından çıxmağa çalışırdıq. Cüzi səhvlərimiz oldu ki, bundan da rəqib maksimum yararlana bildi. Nəticədə məğlub olduq. İkinci hissədə çalışdıq ki, toparlanıb hesabı bərabərləşdirək. Slovakiyanın həm təzyiqi, həm də möhtəşəm azarkeş dəstəyi var idi. Evdə oynayırdılar və qələbə qazanmaq istəyirdilər. Qarşıdakı oyunlara yaxşı hazırlaşıb, qalib gəlməyə çalışacağıq.

- Hiss olundu ki, oyunçular arasında anlaşmazlıqlar var. Sən isə epizodların birində komanda yoldaşlarına yox, hakimə etirazını bildirdin.

- Düzdü, çalışdıq ki, ilk oyundakı nəticəni unudub ikinci oyunda daha yaxşı nəticə qazanaq. Amma alınmadı. Etiraz etməyimin səbəbi o idi ki, ilk hissədə də rəqib futbolçular qayda pozurdu, amma "sarı" vermirdi. Bizim üçün isə mütəmadi vərəqə çıxarırdı. Narazılığımı bildirdim ki, niyə sırf bizə qarşı belə qərarlar çox verilir. Rəqib oyunçular bizimkiləri tapdalayır, üzünə əl atır, amma hakim onları cəzalandırmırdı. Başqa səbəb yox idi.

- İsveçə və Slovakiyaya məğlubiyyət arasında hansısa əlaqə vardı? Ümumiyyətlə, bu iki oyunu necə müqayisə edərdin, hansında oyununuz alındı, hansı daha çətin oldu?

- İsveçlə oyunda məğlub olmaya bilərdik. Real qol şanslarımız çox oldu. Rəqib də səhvlərimizdən maksimum istifadə etməyə çalışdı. Slovakiya da çətin rəqib idi. Çalışırdıq hər iki komandaya qarşı yaxşı oynayaq. Amma rəqiblərin həyətindəki futbolçular Avropada oynayan futbolçulardı. Səviyyəsini ortaya qoydu. Çalışırdıq əlimizdən gələnin ən yaxşı edək. Məğlub olduq. Növbəti matçlarda komandamız daha yaxşı olacaq və oyundan-oyuna müsbət nəticələr qazanacağıq.

- Slovakiya ilə bağlı ümumi təəssüratın necədi, nələr gördün, sənə maraqlı gələn nə oldu? Koşitsedə futbol ənənələri necə idi?

- Səhv etmirəmsə, Koşitsedə millinin oyunları olmurdu. Həqiqətən futbola böyük maraq var. Oyundan bir saat əvvəl artıq stadion dolmuşdu. Bilirdik ki, ağır oyun olacaq. Amma azarkeşlərin dəstəyi bir başqa səviyyədə idi. Belə atmosferdə oynamaq futbolçuların özünə də xoşdu. İnanıram ki, evdəki oyunda azarkeşlərin dəstəyi ilə yaxşı nəticələr qazanarıq.

- 4 il sonra yığmaya çağrıldın. Həmçinin “Turan Tovuz”dan 11 il sonra milliyə oyunçu dəvət edildi.  Bunu əsasən nəyə bağlayırsan, necə hisslərdi? 

- Düzdü, uzun aradan sonra yenidən milliyə dəvət aldım. Çempionatda çalışırıq ki, hər oyunda yaxşı çıxış edək. Həm komandamıza fayda verək, həm də baş məşqçinin diqqətini cəlb edək. Milliyə dəvət almağı hər kəs ürəyindən keçirir. Millidə oynamaq həqiqətən gözəl hissdi. Hər bir futbolçu bu formanı geymək istəyər. İnanıram ki, daimi olar. Əlimizdən gələnin ən yaxşısını edirəm - həm çempionat oyunlarında, həm də millidə.

- Komandalar yığma fasiləsini yaxşı dəyərləndirməyə çalışdı. Zirvədə qalmaq çətin olmayacaq?

- Əlbəttə, zirvədə qalmaq çətindi. Rəqiblərimiz də bizi təhlil edir. Çətin oyunlarımız var. Komanda olaraq yaxşı hazırlaşıb, nəticələrimizi yüksək tutmağa çalışacağıq. Zirvədəki yerimizi qorumaq üçün əlimizdən gələnin ən yaxşısını edəcəyik.

- “Turan Tovuz”un performansı təqdir olunsa da, bəzi transferlərin olması labüd hesab edilir. Səncə, hansı mövqelərə yeni oyunçular cəlb edilsə, rəqabətədavamlı komandanız olar?

- Düşünürəm ki, hər mövqedə yetərincə oyunçumuz olmasa belə, elə mövqelər var ki, orda iki-üç futbolçu var. Transfer işlərini məşqçilər heyəti və rəhbərlik daha yaxşı görür. Əlbəttə, hər kəs istər ki, komandasının heyəti geniş olsun. Çünki qarşıda zədəlilər olur, cəzalı duruma düşürsən və rotasiya etməkdə çətinlik çəkirsən. Yeni transferləri baş məşqçi və rəhbərlik yaxşı bilər. Ümid edirəm ki, yaxin müddətdə yeni transferlər olar və komandamızın gücünə güc qatar.

RÖYANƏ OĞUZ

Paylaş:
Digər xəbərlər

Premyer-liqa / Manşet

13-08-2022, 23:0

"Turan Tovuz" yaxşı müdafiə olundu" - Mahmud Qurbanov

Manşet / Müsahibə

27-01-2024, 17:0

“Sadəcə, bu gün baş məşqçinin tapşırıqlarını icra edə bilmədik” – Yusif Nəbiyev belə dedi

Ölkə futbolu

9-04-2024, 10:0

“Turan Tovuz”un kapitanı üçün yubiley

Manşet / Müsahibə

7-06-2022, 12:0

"Azərbaycan yaxşı komandadı" - MÜSAHİBƏ

Manşet / Avropa Liqası

8-03-2024, 22:0

“Dəyişikliklər olandan sonra təzyiqi və sürəti artırdılar” – 2:0-ı niyə qoruya bilmədik?

Premyer-liqa / Manşet

18-05-2024, 15:0

“Bəlkə də təcrübəsizlik üzündən uduzduq” – “Turan Tovuz”un kapitanı

Aktual
KuPS bu heyətlə 30 dəqiqədə 3 qol vurdu - "Sabah"ı nə gözləyir?
Ruh "Bazel"də, vücud Kuopioda... - Dambrauskasdan Maluda qərarı
KuPS-un yarımmüdafiəçisi "Sabah"a hədə-qorxu gəldi - "Artıq nə edəcəyimizi bilirik"
“Qəbələ variantı hələ dəqiq deyil, seçimlərdən biridi” – azarkeşsiz komandanı orda kim dəstəkləyəcək?
Mahir Polşada bəxtsizlikdə üzləşdi - ilk tur matçında nə baş verdi?
“Agentim “Rakuv”la bir aydan çox danışıq apardı” - Mahir Polşaya niyə qayıtdı?
Son xəbərlər
  • Dünən, 23:45
    Leverkuzenə qayıtmayacaq
  • Dünən, 22:40
    KuPS bu heyətlə 30 dəqiqədə 3 qol vurdu - "Sabah"ı nə gözləyir?
  • Dünən, 22:20
    "Sabah mövsümün ən yaxşı oyununu oynamalıyıq..." - KuPS-un baş məşqçisi
  • Dünən, 21:58
    Valdas Dambrauskas: "İlk qarşılaşma KuPS-un həqiqi gücünü tam şəkildə göstərmədi"
  • Dünən, 21:27
    İngiltərə futbolunda böyük itki
  • Dünən, 20:55
    "İmişli" anqolalı oyunçu transfer etdi
  • Dünən, 20:30
    1-ci və 2-ci liqaların püşkü bu tarixdə atılacaq
  • Dünən, 20:00
    Güləşçimiz finalda - DÇ
  • Dünən, 19:41
    Klubu ilə yenidən anlaşdı
  • Dünən, 19:10
    MS-ni tərk edə bilər
  • Dünən, 18:37
    Elxan Səmədov Serbiya superliqasının baş katibi ilə görüşdü
  • Dünən, 18:06
    Ruh "Bazel"də, vücud Kuopioda... - Dambrauskasdan Maluda qərarı
  • Dünən, 17:30
    "Qarabağ"dan azarkeşlərinə şad xəbər!
  • Dünən, 17:00
    "İmişli" kot-d’İvuarlı futbolçu trasnfer etdi
  • Dünən, 16:38
    Belçikadan İngiltərəyə üz tutacaq
  • Dünən, 16:07
    İngiltərə klubunda yeni oyunçu
  • Dünən, 15:36
    Almaniyada klubunu dəyişdi
  • Dünən, 15:05
    KuPS-un yarımmüdafiəçisi "Sabah"a hədə-qorxu gəldi - "Artıq nə edəcəyimizi bilirik"
  • Dünən, 14:35
    “Qəbələ variantı hələ dəqiq deyil, seçimlərdən biridi” – azarkeşsiz komandanı orda kim dəstəkləyəcək?
  • Dünən, 14:04
    Rəşad Sadıqov jurnalistlərin suallarını cavablayacaq
  • Dünən, 13:33
    “Mançester Siti”dən ayrıla bilər
  • Dünən, 13:01
    Millimiz Qazaxıstana qalib gəldi
  • Dünən, 12:31
    İtaliya klubunda yeni müqavilə
  • Dünən, 12:00
    "Zaqatala" baş məşqçisi ilə vidalaşdı
  • Dünən, 11:36
    Kamal Umudluya UEFA-dan təyinat
  • Dünən, 11:15
    "Bu məqam oyun keyfiyyətinə təsirsiz ötüşmür" - Arif Əsədov "Qarabağ"a mane olan amili açıqladı
  • Dünən, 10:49
    Özbək futbolçu ilə müqavilə yeniləndi
  • Dünən, 10:18
    "Turan Tovuz" Türkiyə klubuna qarşı
  • Dünən, 10:00
    Baş məşqçi vəzifəsində 4 ay işlədi
  • 26-07-2026, 23:0
    Luka Erlayn Almaniyada klubunu dəyişib.
  • 26-07-2026, 23:0
    İngiltərə klubunu tərk etdi
  • 26-07-2026, 22:0
    FİFA-nın reytinq siyahısında lider oldu
  • 26-07-2026, 22:0
    Mahir Polşada bəxtsizlikdə üzləşdi - ilk tur matçında nə baş verdi?
  • 26-07-2026, 21:0
    Mançesterdən Madridə yollandı
  • 26-07-2026, 21:0
    İngiltərədə iş yerini dəyişə bilər
Daha çox
Oxunub: 212
“İmişli”nin taleyi bəlli oldu – Arazın bu tayından Kürün o tayına
Oxunub: 161
Mahir Polşada bəxtsizlikdə üzləşdi - ilk tur matçında nə baş verdi?
Oxunub: 123
“Neftçi” bazar deyil, “Neftçi” xalqdı” - fanklub rəhbərindən sərt açıqlama
Oxunub: 108
“Sabah” üçün çətin, “Neftçi” üçün mümkünsüz vəzifə! - onlar rəqiblərə yerini göstərə biləcəkmi?
Oxunub: 102
“Neftçi”nin səhvlərini yalnız yeniyetmələrdən ibarət komandalar edə bilər” - belaruslular da şoka düşüb
Oxunub: 90
Maluda ilə bağlı qeyri-müəyyənlik – fransalı cavab matçında oynayacaqmı?
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə