İlham Zəkiyev bürünc medal qazandı - Paris-2024

7.09.2024 20:29 142
İdman
Ölkəmiz Paris-2024 Yay Paralimpiya Oyunlarında növbəti medalı aktivinə yazdırıb.

"Football-plus.az" xəbər verir ki, paracüdoçu İlham Zəkiyev bürünc medal qazanıb.

J1 kateqoriyası üzrə +90 kq. çəki dərəcəsində mübarizə aparan idmançımız həlledici görüşdə Ganbat Dashtsereni (Monqolustan) vazari xalı ilə məğlub edib.