• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Sumqayıt” evdə uduzdu, Samir Abasov yenə gileyləndi - REPORTAJ

Premyer-liqa / Reportaj

31-08-2024, 14:0

Sumqayıt - Araz-Naxçıvan 0:1 (0:0)
1. Mehdi Cənnətov - 5,5
6. Vüqar Mustafayev (k) - 6,0
14. Elvin Bədəlov - 5,0
10. Rəhim Sadıxov - 5,0
2. Sərtan Taşkın - 5,0
(60. Tresor Mossi, 76) - qiymətsiz
7. Rövlan Muradov - 5,5
17. Murad Xaçayev - 5,0
8. Səbuhi Abdullazadə - 5,0
11. Fernando Medeyros - 4,5
(99. Silvanus Nimeli, 58) - 5,0
9. Nikola Vuynoviç - 4,5
(30. Kamran Quliyev, 58) - 5,0
23. Cordan Rezabala - 5,0
Ehtiyat oyunçular
36. Xəyal Fərzullayev
56. Aftandil Arixov
21. Nihad Əhmədzadə
24. Sənan Muradlı
3. Slaviça Radoviç
Baş məşqçi: Samir Abasov
Komandanın ən yaxşısı: Vüqar Mustafayev

12. Kristian Avram - 6,0
34. Urfan Abbasov - 5,5
3. Bəxtiyar Həsənalızadə - 5,5
6. Vadim Abdullayev (k) - 5,5
26. Ömər Buludov - 5,0
(2. Slavik Alxasov, 23) - 5,5
16. Ramon Maçado - 5,5
29. Vanderson Melo - 5,5
23. Nuno Rodriges - 5,5
14. Miço Kuzmanoviç - 7,0
(7. Ülvi İsgəndərov, 85) - qiymətsiz
4. İqor Ribeyro - 6,0
97. Felipe Santos - 6,5
(10. Bernardo Dias, 75) – 5,5
Ehtiyat oyunçular
94. Tərlan Əhmədli
22. Elçin Mustafayev
20. Turan Vəlizadə
88. Tuqay Əlizadə
11. Bayraməli Qurbanov
24. Mustafa Əhmədzadə
57. Elcan Məmmədov
Məşqçi: Rasim Ramaldanov
Komandanın ən yaxşısı: Miço Kuzmanoviç

Qol: M.Kuzmanoviç, 56 (F.Santos).
Vərəqələr: T.Əhmədli, 23 (hakimin qərarına etiraz). B.Həsənalızadə, 28 (hakimin qərarına etiraz). N.Rodriqes, 28 (hakimin qərarına etiraz). R.Muradov, 59 (qeyri-idman hərəkəti). V.Melo, 74 (qeyri-idman hərəkəti). Ü.İsgəndərov, 90 (qeyri-idman hərəkəti). C.Rezabala, 90 (qeyri-idman hərəkəti) - sarı.
Hakimlər: CAVİD CƏLİLOV, Müslüm Əliyev, Kamran Bayramov, Kamran Əliyev (hamısı Bakı).
VAR hakimi: Kamal Umudlu (Bakı).
VAR hakiminin köməkçisi: Namiq Hüseynov (Bakı).
Hakim-inspektor: Ramil Diniyev (Bakı).
AFFA nümayəndəsi: Namiq Əliyev (Bakı).
30 avqust. Sumqayıt. Mehdi Hüseynzadə adına şəhər stadionu. 1500 tamaşaçı (9502 yerlik).
Birinci hissəyə 1, ikinci hissəyə 4 dəqiqə əlavə olunub.
Oyunun qiyməti: 6,0.


Görünür, Samir Abasovun bildiyi nəsə varmış. Yoxsa ötən həftə Masazırda "Sabah"a uduzan "Sumqayıt"ın baş məşqçisi mətbuat konfransında "Araz-Naxçıvan"la oyun daha çətin olacaq" deməzdi. Sən demə, mütəxəssis komandasının böhran yaşadığını hiss edib. Sadəcə, bunu etiraf etmək əvəzinə yorğunluq bəhanəsinə sığınır. Belə deyilsə, Muxtar Respublika təmsilçisi çox güc sərf etmədən, hətta cəmi bir neçə qol vəziyyəti yaratmaqla 3 xalı necə qazandı?!

Bəli, "qırmızı-ağlar" turnir cədvəlindəki mövqeyini səfər qələbəsiylə yaxşılaşdırdı. İlk dəqiqələrdən üstün oyunla diqqəti çəkən qonaqların ilk təhlükəli vəziyyəti də özünü çox gözlətmədi. Santosun ötürməsindən sonra "çərçivə"ni nişan alan Maçadoya Mehdi mane olmasaydı, hesab artıq 7-ci dəqiqədə açılacaqdı. Lakin top qolkiperin seyviylə tirin üzərindən keçdi. "Kimyaçılar"ın cavab həmləsi də uğursuz alındı. Rəhimin qapı önünə göndərdiyi topu nə Sərtan, nə də Medeyros qarşılaya bildi. 17-ci dəqiqədə Rəhimlə mübarizədə zədələnən Ömər meydanı tərk etməli oldu. Belədə onu Slavik əvəzlədi ki, dəyişiklik "qırmızı-ağlar"ın təzyiqinin azalmasıyla müşayiət edildi. İş orasındadı ki, qonaqların bəxtsizliklə üzləşməsi və oyun planındakı dəyişiklik "Sumqayıt"ın dirçəlməsiylə nəticələnmədi. Düzdü, "kimyaçılar" indi daha çox irəliləyə bilirdi. Amma qeyri-dəqiq ötürmələr və qapıya zərbələr bütün əziyyəti puç edirdi.

Detallı danışsaq, 28-ci dəqiqədə Rəhim Rövlanın ötürməsini doğru dəyərləndirə bilmədi. Hücumçu həlledici zərbə üçün gecikməklə yanaşı, qeyri-dəqiq oldu. Ardından əks-hücuma keçən qonaqlar hesabı aça bilərdi ki, Santos Elvinin müdaxiləsiylə topu itirdi. Bir qədər sonra Bəxtiyarın kobud səhvi qeydə alındı. Burda az qala Medeyros Avramla təkbətək qalacaqdı. Lakin Həsənalızadənin mübarizəyə davam edib “günahını yuması”, daha doğrusu, topu meydandan uzaqlaşdırması hesabın açılmasına əngəl oldu. 38-ci dəqiqədə "Araz-Naxçıvan" 6 futbolçuyla hücuma keçsə də, Vadimin qapıya keyfiyyətsiz zərbəsiylə tamamlanan təhlükəli vəziyyət qolla nəticənmədi. Hər halda, topa yiyələnmək Mehdi üçün çətin olmadı. Qısası, birinci hissədə baxımlı oyun izləyə bilmədik.

Qonaqların ikinci hissəyə daha inamlı start verməsi məqsədə çatmağa zəmin yaratdı. Bir qədər əvvəlki epizodda Urfanın qeyri-dəqiq zərbəylə yadda qalmasına, Avramın Rövlanın cəhdini dəf etməsinə baxmayaraq, ruhdan düşməyən naxçıvanlılar 56-cı dəqiqədə hesabı açdı. Rövlan topu itirdi, Santos ötürdü və Kuzmanoviç komandasını önə keçirdi. Ardından "Sumqayıt" hesabı bərabərləşdirmək üçün irəli atıldı. 71-ci dəqiqədə Kamran Səbuhinin qapı önünə göndərdiyi topu qeyri-dəqiqlik üzündən tora qovuşdura bilmədi. Rövlana isə Avram mane oldu. 81-ci dəqiqədə qonaqların qapıçısı yenə inamlı oynadı. O, bir-birinin ardınca Rəhimin və Rezabalanın zərbələrini dəf etdi.

Beləliklə, "Sumqayıt" mövsümün ilk ev məğlubiyyətini yaşadı. "Araz-Naxçıvan" isə bu qələbə sayəsində 3-cü pilləyə yüksəldi.

Gözdən qaçmadı
* "Sumqayıt"ın heyətində 100-cü oyununu keçirən Mehdi Cənnətov klub prezidenti Riad Rəfiyev tərəfindən xüsusi plaketlə mükafatlandırıldı.
*"Araz-Naxçıvan"ın baş məşqçisi Elmar Baxşıyev "Neftçi"ylə matçda "qırmızı" aldığından oyunu tribunadan izlədi.
* Kamal Quliyev də matçı stadiondan izləyən arasındaydı.
* "Ultras Sumqayıt" və "Kimyaçılar" tribunadaydısa, "Araz Naxçıvan"ın "Sektor 85"i yox idi.
* Samir Abasovun köməkçisi Vəfadar Quliyev hakimin qərarına etiraz etdiyinə görə 50-ci dəqiqədə "sarı" aldı.

KƏNAN BAHADIR

Paylaş:
Digər xəbərlər

Premyer-liqa

30-08-2024, 19:0

“Sumqayıt” - “Araz-Naxçıvan”: START HEYƏTLƏRİ

Premyer-liqa

17-08-2024, 19:0

"Sumqayıt" - "Səbail": START HEYƏTLƏRİ

Premyer-liqa

25-08-2024, 17:0

“Sabah” - “Sumqayıt”: START HEYƏTLƏRİ

Premyer-liqa

11-08-2024, 17:0

“Turan Tovuz” - “Sumqayıt”: START HEYƏTLƏRİ

Premyer-liqa

10-08-2024, 18:0

"Araz-Naxçıvan" - "Şamaxı": START HEYƏTLƏRİ

Ölkə futbolu

3-08-2024, 19:0

"Sumqayıt" - "Kəpəz": HEYƏTLƏR

Aktual
“Çünki ortada ürəkaçan heç nə yoxdu” – “Xəmsə” etirazını çatdırmaq üçün adam tapa bilmir
"Sabah"dan oyunun göstərilməsi üçün 100 min tələb olunur! - soyğun planı üzə çıxdı
“Görək azarkeşləri cəlb etmək nə dərəcədə real olacaq...” – “Zirə” Gürcüstanda nə edəcək?
“Turan Tovuz” niyə rəqiblərini açıqlamır?
Vernidubun start heyəti müəyyənləşir - "ağ-qaralar" böyükhesablı qələbəni necə qazandı?
“Qarabağ”a tərif yağdırdı, azarkeş sayını azaltdı
Son xəbərlər
  • Bu gün, 14:40
    Fuad Bayramov "Səbail"də
  • Bu gün, 14:15
    “Çünki ortada ürəkaçan heç nə yoxdu” – “Xəmsə” etirazını çatdırmaq üçün adam tapa bilmir
  • Bu gün, 13:54
    "Qəbələ" 5 yoxlama oyunu keçirəcək
  • Bu gün, 13:23
    MS daha bir oyunçu transfer etdi
  • Bu gün, 12:57
    Nəriman start heyətində oynadı, komandası heç-heçə etdi
  • Bu gün, 12:36
    Final matçı bu topla oynanılacaq
  • Bu gün, 12:15
    Babək Quliyev Konfrans Liqasının matçında
  • Bu gün, 11:54
    Millimiz rekorda imza atdı
  • Bu gün, 11:23
    Hamını arxada qoydu
  • Bu gün, 10:52
    "Sabah"dan oyunun göstərilməsi üçün 100 min tələb olunur! - soyğun planı üzə çıxdı
  • Bu gün, 10:31
    "Neftçi" Xorvatiya klubuna qarşı
  • Bu gün, 10:00
    Lissabondan Madridə üz tutdu
  • Dünən, 23:54
    Klubu ilə yenidən anlaşdı
  • Dünən, 23:23
    Kapitan “gəmini” tərk etməyəcək
  • Dünən, 22:59
    Son çempiondan unikal göstərici
  • Dünən, 22:13
    "Sabah"ın cavab oyunu yayınlanmaya bilər! - "Nyu Seynts"dən şok həmlə
  • Dünən, 22:02
    Dortmundu tərk etməyə yaxındır
  • Dünən, 21:30
    “Görək azarkeşləri cəlb etmək nə dərəcədə real olacaq...” – “Zirə” Gürcüstanda nə edəcək?
  • Dünən, 20:56
    MS yeni qapıçı aldı
  • Dünən, 20:25
    “Turan Tovuz” niyə rəqiblərini açıqlamır?
  • Dünən, 19:54
    Yenidən paytaxt klubuna xidmət edəcək
  • Dünən, 19:23
    20 yaşında dünyasını dəyişdi
  • Dünən, 18:52
    "Şəfa"dan yeni transfer
  • Dünən, 18:31
    Vernidubun start heyəti müəyyənləşir - "ağ-qaralar" böyükhesablı qələbəni necə qazandı?
  • Dünən, 18:00
    Yenidən Fransada işləyəcək
  • Dünən, 17:29
    Yaşıl meydana oktyabrda dönəcək
  • Dünən, 16:58
    Gözlənilən təyinat rəsmiləşdi
  • Dünən, 16:27
    Doğma klubuna qayıtdı
  • Dünən, 15:56
    Matçın ən yaxşı oyunçusu seçildi
  • Dünən, 15:25
    Meksikalı futbolçu meydana nə vaxt qayıdacaq?
  • Dünən, 14:54
    Gözlənilən transfer rəsmən açıqlandı
  • Dünən, 14:51
    Yeni rekord müəyyənləşdirdi
  • Dünən, 14:30
    Güləşçimiz 10:0 hesablı qələbə ilə "qızıl" qazandı
  • Dünən, 13:52
    “Qarabağ”a tərif yağdırdı, azarkeş sayını azaltdı
  • Dünən, 13:26
    “Sabah” Ovestriyə yollanır – çempionun səfər planı
Daha çox
Oxunub: 207
Duran: düşünməmək bir ayıb, bunu dilə gətirmək iki ayıb – REPLİKA
Oxunub: 189
"Sabah"ın cavab oyunu yayınlanmaya bilər! - "Nyu Seynts"dən şok həmlə
Oxunub: 162
Zlomisliçlə Qnalinin adı “Qarabağ”ın iştirak ərizəsində niyə yoxdu? – rəsmi açıqlama
Oxunub: 153
“Qarabağ”a tərif yağdırdı, azarkeş sayını azaltdı
Oxunub: 143
“Kutaisililər 1990-cı illərdəki internet qədər yavaş idi” - “Zirə” gürcü jurnalisti dəhşətə gətirdi
Oxunub: 136
“Ötən mövsümün Çempionlar Liqasındakı “Qarabağ”ı görməyəcəyik” - Aslan Kərimov
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə