• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Alonsonun məğlubedilməz komandası Almaniyada tarix yazdı

Dünya futbolu

30-08-2024, 23:0

Bu turniri hər il ulduzlar tərk edir. 2022-nin yayında Levandovski ilə Holann, ötən yay isə Bellingemlə Nkunku ayrıldı.

Amma turnir yenə də baxımlılığını itirmir. Təbii ki, söhbət bundesliqadan gedir. Stadiona gələn azarkeş sayına görə “böyük beşlik”də lider olan Almaniya çempionatı 2023/24-də sözün əsl mənasında tarixi alındı. “Bavariya”nın hegemonluğuna, nəhayət, son qoyan tapıldı. Özü də “Bayer-04” bu titulu daha öncə heç kimin bacarmadığı tərzdə - uduzmadan qazandı! Artıq başa düşdüyünüz kimi, bundesliqada 2023/24-ə yekun vururuq.

53 oyun, 43 qələbə, 9 heç-heçə, 1 məğlubiyyət!
Əslində Xabi Alonso hələ 2022/23-ün gedişində “Bayer-04”ü sondan əvvəlki pillədə qəbul edib 6-cı pilləyə qədər yüksəldəndə və AL-in yarımfinala qədər daşıyanda bəlli idi ki, bu işbirliyi növbəti mövsümdə daha ciddi nəticə verə bilər. Ancaq komandanın sözün əsl mənasında rəqib tanımayacağını və az qala mövsümü bütün turnirlərdə məğlubiyyətsiz tamamlayacağını az adam proqnozlaşdırardı. “Bayer-04” ilə Alonso belə desək, doğru zamanda bir-birinə qovuşdu və ortaya inanılmaz komanda çıxdı.

İspaniyalı mütəxəssis ötən yay təcrübəli Cakanı, eləcə də Bonifas, Qrimaldo, Stanişiç kimi oyunçuları heyətə cəlb edəndə onların bu dərəcədə faydalı olacağını yəqin heç özü də gözləmirdi. “Aspirinlər” ilk 12 turu 11 qələbə, 1 heç-heçə ilə başa vurdular. Yeganə xal itkisi 4-cü turda “Bavariya” ilə səfər oyununda qeydə alındı. Dortmund “Borussiya”sı və “Ştutqart”la oyunlardakı 1:1-lik bərabərliklərdən sonra komandanın, nəhayət, eniş yaşayacağı güman olunurdu. Amma əksinə “Bayer-04”ün sanki ikinci nəfəsi açıldı və komanda 15 turluq daha bir möhtəşəm dönəm keçirdi (14 qələbə, 1 heç-heçə).

Bu seriya zamanı 21-ci turda hətta “Bavariya” da “kötəkləndi” (3:0). Məhz həmin oyundan sonra hər kəs leverkuzenlilərin çempion ola biləcəyinə inanmağa başladı. Hərçənd komanda tarixi ərzində bir neçə dəfə vacib titulları son anda əldən verdiyindən bu dəfə də belə olacağını düşünənlər var idi. Amma turdan-tura xal fərqi azalmaq əvəzinə artırdı. 29-cu turda “Verder” üzərində 5:0-lıq qələbədən sonra isə “Bayer-04” sona 5 tur qalmış tarixinin ilk çempionluğunu rəsmiləşdirdi. Amma Alonsonun məğlubedilməz armadası bununla kifayətlənmədi. “Bayer-04” növbəti 5 turda da uduzmayaraq 1963-cü ildən keçirilən bundesliqanın tarixinə mövsümü məğlubiyyətsiz başa vuran ilk komanda kimi düşdü. Düzdü, mövsümün sonuna yaxın bir növ doymuşluq sindormu yaşayan komanda tez-tez xarakter göstərməli oldu və bir sıra oyunlarda möcüzəvi şəkildə məğlubiyyətdən qurtuldu. Bura, təbii ki, “Qarabağ”la oyunlar da daxildi. Təsəvvür edin, son turda “Auqsburq” üzərində qələbədən sonra “Bayer-04”ün mövsüm ərzindəki məğlubiyyətsiz seriyası 51 oyuna çatdı (42 qələbə, 9 heç-heçə)! Avrokuboklar keçirildiyi vaxtdan, yəni 1955-dən bəri Avropa futbolunda heç kimin belə seriyası yox idi. Əvvəlki rekord 1963-65-ci illərdə ardıcıl 48 rəsmi oyunda uduzmayan “Benfika”ya məxsus idi.

Fenomenal göstəriciyə imza ataraq bütün mövsümü uduzmadan başa vurmaq üçün AL-in finalında “Atalanta”ya və ölkə kubokunun finalında aşağı liqa təmsilçisi “Kayzerslautern”ə yenilməmək kifayət idi. Amma berqamolular finalda 3:0 qalib gələrək “Bayer-04” üçün mövsümün sonluğunu korladılar. Bununla belə, komanda həmin həftəsonu kuboku qazanmağı bacardı və Almaniya futbolunda mövsümü “qızıl dubl” ilə bitirən 5-ci kollektiv oldu. Ta, Qrimaldo, Caka, Bonifas, Şik kimi futbolçuların bu uğurda böyük əməyi oldu. Amma komandanı ən çox Virts arxasınca daşıdı. 11 qol, 11 məhsuldar ötürmə ilə yeni səviyyəyə yüksələn 21 yaşlı yarımmüdafiəçi bütün səsvermələrdə mövsümün ən yaxşı oyunçusu seçildi.

Titulsuz qalan “Bavariya” və başqaları
Yuxarıda “Bayer-04” üçün qığılcımın hələ 2022/23-dən etibarən hiss olunduğunu qeyd etmişdik. Eyni sözlər “Bavariya”ya da aiddi. Amma pis mənada. Bir il öncə Münhen nəhəngi Tomas Tuxellə son turda bəxt və möcüzə sayəsində çempion olarkən, artıq həyəcan təbili çalmağın vaxtı idi. Bəlkə də ağır xarakterli Tuxel ilə elə həmin vaxt yolları ayırmaq lazım idi.

“Rekordmaytser”də mövsümboyu həm rəhbərlik səviyyəsində, həm də komanda daxilində fikir ayrılıqları səngimək bilmədi. Tuxellə oyunçular arasında anlaşma heç cür istənilən səviyyəyə çatmadı. Nəticədə “Bavariya” hətta 2-ci pilləni də tuta bilməyərək 3-cü yerlə kifayətlənməli oldu. Ardıcıl 11 il çempion olmuş bir komanda üçün bu nəticəni tam bir fiasko saymaq mümkündü. “Bavariya” üçün qara mövsümün yeganə “ağ nöqtəsi” Keynin performansı oldu. İngiltərə yığmasının kapitanı əla məhsuldarlıq sərgilyərək bir sıra rekordları alt-üst etdi və mövsümü 36 qolla tamamladı. Ulduz futbolçu üzərinə düşəni artıqlamasıyla etsə də, karyerasının ilk titulunu qazanmaq ona yenə qismət olmadı. “Bavariya” ÇL-də pis təsir bağışlamayaraq yarımfinala qədər irəlilədi. Bu turnirdə mübarizəni yarımfinalda dayandırmaq bəlkə də başqa klub üçün uğur sayılardı. Amma ÇL-in 6 qat qalibi üçün bunu mükəmməl nəticə adlandırmaq olmaz. Qısası, komanda 2023/24-ü titulsuz başa vurdu və fanatlar bu mövsümü daim kabus kimi xatırlayacaq.
Səviyyəsinə görə ən azı “Bayer-04” qədər fenomenal mövsüm keçirən daha bir komanda “Ştutqart”dı. Şvabiyalılar 2022/23 mövsümünü 17-ci yerdə başa vurmuş və yalnız elitada qalmaq uğrunda pley-off matçındakı uğurlu nəticə sayəsində bundesliqadakı yerini qorumuşdu. Bu faktı nəzərə alanda 2023/24-də qazanılan ikincilik heyrət doğurmaya bilməz.

“Bavariya”nın fəxri prezidenti Uli Hönessin qardaşı oğlu Sebastyan Hönessin “Ştutqart”ın başında gördüyü iş hər cür xoş sözə layiqdi. Girassi 28 oyuna 28 qol vurmaqla diqqəti çəkməyi bacardı. 28 yaşlı fransızəsilli qvineyalı forvard bu göstərici ilə 2022/23-də böyük fərqlə bombardir adını qazanardı. Çünki həmin mövsüm 16-dan çox qol vuran futbolçu olmamışdı. Amma bu dəfə Keynin bundesliqadakı varlığı ona mane oldu. Yeri gəlmişkən, Girassi artıq Dortmund “Borussiya”sına yollanıb və komandanın onsuz 3 cəbhədə necə çıxış edəcəyi maraq doğurur. “Borussiya”dan söz düşmüşkən, komanda yenə tarixi nəticənin biraddımlığında dayanmalı oldu.

Edin Terziçin kollektivi 2022/23-də son tura lider kimi daxil olduğu halda, çempionluğu “Bavariya”ya “bağışlamışdı”. Bu dəfə isə “arılar” gözlənilmədən ÇL-də finala qədər irəlilədilər. Amma finalda bu turnirin kralı “Real”ı üstələmək mümkün olmadı. “Borussiya” mövsümü 5-ci yerdə bitirsə də, yenidən ÇL-də oynayacaq. Belə ki, UEFA-nın yeni qaydasına əsasən avrokubokların ötən mövsümündə ən çox əmsal toplayan iki ölkədən biri Almaniya olduğundan bundesliqada 5-ci yeri tutan komanda da ÇL-də oynamaq hüququ qazanır. Openda ilə Xavi Simonsun ulduzunun parladığı “Leyptsiq” 4-cü pillədən yuxarı qalxa bilmədi. Mövsümün əsas uğursuzları “Köln” ilə “Union” oldu. “Keçilər” 2019-dan bəri ilk dəfə elita ilə vidalaşdılar. Mövsümə ÇL-də oynamaqla başlayan və hətta “Real”la eyni qrupa düşən “Union” yalnız topların daha yaxşı fərqinə görə elitadakı yerini qorumağı bacardı. Mövsümün əsas sürprizi kimi “Haydenhaym”ı qeyd etmək olar. Tarixində ilk dəfə bundesliqada oynayan bu komanda ilk cəhddən avrokuboklara vəsiqə qazandı!

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

24-02-2024, 16:0

''Qarabağ''ın rəqibi Almaniya futbolunda yeni tarix yazdı

Dünya futbolu

19-05-2024, 17:0

Bundesliqada tarix yazdılar

Dünya futbolu

22-03-2024, 13:0

Alonso gedəcək, yoxsa qalacaq?

Dünya futbolu

13-10-2023, 17:0

Alonsonun müqaviləsində xüsusi bənd var

Dünya futbolu

7-08-2023, 17:0

“Bayer-04” ilə yenidən anlaşdı

Dünya futbolu

11-03-2024, 11:0

“Bayer-04” Xabi Alonsoya görə 24 milyon avro istəyir

Aktual
Maluda ilə bağlı qeyri-müəyyənlik – fransalı cavab matçında oynayacaqmı?
“Araz-Naxçıvan”ın stadion axtarışıyla bağlı son durum – Bakı, yoxsa bölgələrdən biri?
Elvin start heyətinə qayıtsın! – bu qədər umu-küsü bəs deyil?
“Emrelidə hələ də o keyfiyyət var” – Mahir qol vurdu, azarkeşlərin sevimlisinə çevrildi
“Bakı çox gözəldi, lakin burda inanılmaz tıxac var” – bolqar müdafiəçi başqa nədən narazı qaldı?
“Qarabağ həddən artıq güclü rəqibdi” – ÇSKA-nın yarımmüdafiəçisi
Son xəbərlər
  • Bu gün, 15:30
    Salahın bir ayağı artıq ''Beşiktaş''dadı!
  • Bu gün, 14:51
    ÇSKA “Qarabağ”la oyun üçün biletləri satışa çıxardı – bizim azarkeşlər üçün sərbəst satış olmayacaq!
  • Bu gün, 14:20
    ''Qalatasaray'' A seriyasının debütantına uduzdu
  • Bu gün, 13:59
    Maluda ilə bağlı qeyri-müəyyənlik – fransalı cavab matçında oynayacaqmı?
  • Bu gün, 13:28
    Urfan Abbasov "Kəpəz"də
  • Bu gün, 12:57
    Bakıdakı oyun avrokuboklarda TOP-5-də
  • Bu gün, 12:30
    "Qəbələ" "Şəfa" ilə üz-üzə gəlir
  • Bu gün, 11:59
    "Qarabağ"ı Sofiyada dəstəkləmək istəyənlər üçün biletlər satışda
  • Bu gün, 11:28
    Azərbaycanı dünya çempionatında təmsil edəcək hakimlər
  • Bu gün, 11:21
    Bakıda Avropa Cüdo Ümidləri turnirinə start verildi
  • Bu gün, 10:58
    “Araz-Naxçıvan”ın stadion axtarışıyla bağlı son durum – Bakı, yoxsa bölgələrdən biri?
  • Bu gün, 10:31
    “1–2 il ərzində idmançılarımızdan daha böyük uğurlar gözləmək mümkündü“ - Natiq Bağırov
  • Bu gün, 10:25
    “Belə tədbirlərin keçirilməsi çox vacibdi“ - Rüstəm Orucov
  • Bu gün, 10:00
    Mançesterdən Madridə yollandı
  • Dünən, 23:50
    Salahın başıbəlalı transferi ''Beşiktaş''da qalmaqala və istefaya səbəb oldu!
  • Dünən, 23:19
    Elvin start heyətinə qayıtsın! – bu qədər umu-küsü bəs deyil?
  • Dünən, 23:00
    "Çempionatın startına qədər çatışmazlıqları yoluna qoymağa çalışacağıq" - Cavid Hüseynov
  • Dünən, 22:40
    "Araz-Naxçıvan" "İmişli" ilə heç-heçə etdi
  • Dünən, 22:15
    İngiltərədə klubunu dəyişdi
  • Dünən, 21:40
    “Mançester Siti”dən ayrıla bilər
  • Dünən, 21:00
    Yaşıl meydanı tərk etdi
  • Dünən, 20:40
    "Şahdağ Qusar"dan növbəti transfer
  • Dünən, 20:19
    Ceyhun Nuriyev "Araz-Naxçıvan"da
  • Dünən, 19:59
    "Dinamo" - "Neftçi" matçının hakimləri açıqlandı
  • Dünən, 19:28
    Kariusdan illər sonra gələn etiraf - ''Həmin günlərdə futbola olan sevgimi itirdim''
  • Dünən, 18:57
    ''Salah Türkiyə futbolu tarixinin ən böyük transferi olacaq''
  • Dünən, 18:26
    "Azərbaycan futbolunu daha uğurlu və peşəkar səviyyəyə qaldıracağıq” - Elxan Səmədov
  • Dünən, 17:55
    “Emrelidə hələ də o keyfiyyət var” – Mahir qol vurdu, azarkeşlərin sevimlisinə çevrildi
  • Dünən, 17:27
    İtalyanonun ''Beşiktaş''da debütü uğurlu alındı
  • Dünən, 16:55
    “Bakı çox gözəldi, lakin burda inanılmaz tıxac var” – bolqar müdafiəçi başqa nədən narazı qaldı?
  • Dünən, 16:24
    "İmişli"nin sabiq futbolçusu "Xankəndi"də
  • Dünən, 15:25
    “Qarabağ həddən artıq güclü rəqibdi” – ÇSKA-nın yarımmüdafiəçisi
  • Dünən, 14:54
    Almaniya klubu ilə danışıq aparır
  • Dünən, 14:24
    Leroy Mikelsin yeni klubu açıqlandı
  • Dünən, 13:54
    Bolqarıstanda “Qarabağ”a görə həyəcan başladı! – bizimkiləri A sektoruna yerləşdirmək, bufer zona açmaq...
Daha çox
Oxunub: 204
“İmişli”nin taleyi bəlli oldu – Arazın bu tayından Kürün o tayına
Oxunub: 164
Varqas “Neftçi”yə nə vaxt qoşulacaq?
Oxunub: 140
Gəncə stadionu və onminlərlə azarkeş Azər Məmmədovu çəkindirmir!
Oxunub: 132
Maluda Duranla komanda yoldaşı olacaq? – “Sabah”dan iddialara reaksiya
Oxunub: 120
“Neftçi” bazar deyil, “Neftçi” xalqdı” - fanklub rəhbərindən sərt açıqlama
Oxunub: 95
“Neftçi”nin səhvlərini yalnız yeniyetmələrdən ibarət komandalar edə bilər” - belaruslular da şoka düşüb
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə